Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6491/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11805 manat pulun və ödənilmiş 125,50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci il oktyabr ayının 17-də oğlu X1 şəhərində erməni terrorçularının törətdikləri terror nəticəsində öz ailəsi ilə birlikdə həlak olmuş və bir azyaşlı qızı sağ qalmışdır. Oğlu Röyal zərgər olmuş və fərdi qaydada qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, Röyal Gəncə şəhəri Sabir küçəsi adlanan yerdə lombardda qızıl əşyalarına baxıb keyfiyyətini yoxlayıb qiymət qoyurdu. Röyal 2018-ci ildə Səmayə adlı bir qadınla tanış olmuşdur. Röyalın ölümündən bir müddət əvvəl Səmayəyə müxtəlif şəxslərdən qızıl-zinət əşyaları götürüb satmaq üçün vermişdir. Bildiyinə görə, Röyal müxtəlif şəxslərdən ümumilikdə 30 000 manat dəyərində qızıl-zinət əşyalarını götürüb satmaq üçün Səmayəyə vermişdir. Səmayənin Röyala ümumilikdə 23000 manat borcu qalmışdır. Röyal, Gəncə şəhəri Sabir küçəsi adlanan küçədə “Firuzə” adlı qızıl-zinət əşyaları satılan mağazada işləyən Şahid1 14956 manat dəyərində qızıl zinət əşyalarını, X2-zinət əşyalarının satışı ilə məşğul olan Şahid2 Elburus oğlundan 4500 manat, X4 2430 manat dəyərində qızıl zinət əşyalarını götürüb Səmayəyə vermişdir. Gəncə şəhərində baş verən hadisələrə görə o Bakı şəhərinə getmişdir. 2020-ci ilin oktyabr ayının 16-da o Bakı şəhərində olarkən Röyala zəng etmiş və ailəsini də götürüb Bakı şəhərinə gəlməyini bildirmişdir. Röyal telefon vasitəsilə ona bildirmişdir ki, Səmayə onun qızıllarının pulundan 6000 manat pul gətirib verməlidir. Həmin pulu Səmayədən alıb Mərhəmətə verdikdən sonra Bakı şəhərinə gələcəkdir. Lakin Səmayə həmin puldan gətirib oğluna verməmişdir. Əslində, Səmayə bu hərəkəti ilə onun oğlunun borcunu iddiaçıdan istəməyinə mane olmaq, bütün pulları dələduzluq edərək mənimsəmək istəmişdir. İddiaçı cavabdehdən polisə şikayət etmiş, orada Səmayə pulu tezliklə ödəyəcəyini bildirmişdi. Səmayə qeyd edilən pulu tezliklə ödəyəcəyini bildirsə də, lakin bu günə qədər ödəməmişdir. Hazırda onun Şahid1 7305 manat, Şahid2 3400 manat və Əliyev Elnura 1100 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə etdi ki, oğlunun ölümündən sonra ona məxsus daşınar əşyalarını vərəsəlik qaydasında qəbul etmişdir və ona görə də hesab edir ki, cavabdehin oğluna olan borcunu ondan tələb etmək hüququ var. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Röyal Şahnəzərov vəfat etməmişdən əvvəl 2020-ci ilin yanvar ayında o, işlədiyi yerə gəlib ondan qızıl-zinət əşyalarını nisyə alıb aparıb satıb bir ay ərzində pulunu qaytaracağını bildirmişdir. O, da Röyalı tanıdığına görə onunla razılaşmışdır. Röyal ondan qızıl-zinət əşyalarını alıb apararkən qızılları Səmayə adlı qadına satmaq üçün verdiyini bildirmişdir. Röyal ondan ümumilikdə təxminən 22000 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Röyal həmin qızıl-zinət əşyaların pulundan 2020-ci ilin iyun ayına qədər ona 7000 manat pulu gətirib vermişdir. xx.xx.2020-ci il tarixdə o, Səmayəyə zəng edib pulu istəmiş, lakin Səmayə ona müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Röyal vəfat etməmişdən əvvəl ondan aldığı qızıl-zinət əşyalarını alması barədə öz dəftərində qeydlər aparmışdır. Şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, Röyal qızıl-zinət əşyalarını ondan satmaq üçün götürdükdən təxminən bir ay sonra bilmişdir ki, həmin qızıl-zinət əşyalarını satmaq üçün Səmayə adlı qadına vermişdir. Röyal vəfat etməmişdən əvvəl ondan aldığı qızıl-zinət əşyalarını alması barədə öz dəftərində qeydlər aparmışdır. Ümumilikdə Səmayənin ona 5500 manat pul borcu olmuş, ondan dəfələrlə tələb etdikdən sonra 2000 manatını vermişdir. Səmayə adlı qadının hazırda ona 3300 manat pul borcu qalmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin hazırki iş üzrə iddiaçının cavabdehin dələduzluq cinayəti törətməsi barədə müraciəti əsasında toplanmış HK-1/50 nömrəli rədd materialına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. İddiaçı vəfat etmiş oğlu Röyalı o, təxminən 2 il bundan əvvəl tanımışdır. O, Gəncə şəhəri H.Əliyev prospektində yerləşən İnterneşin kredit təşkilatına gedəndə Röyalla orada tanış olmuş, Röyal həmin vaxt orada zərgər işləmişdir. Röyal qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. O, özü də həmin vaxt qızıl alqı-satqısı ilə məşğul olmuşdur. 2019-cu ilin noyabr ayından başlayaraq onlar birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmağa başlamışdılar. Onun qızıl sifarişləri olanda Röyala demiş, Röyal gətirib satmaq üçün qızılları ona vermişdir. Röyal vəfat etməmişdən əvvəl hissə-hissə ümumilikdə təxminən 40000 manat dəyərində qızıl-zinət əşyalarını Gəncə şəhəri Sabir küçəsində Mərhəmət adlı şəxsə məxsus Firuzə qızıl-zinət əşyalarını mağazasından, Gəncə şəhəri Mərkəzi Univermaqda işləyən Ramin və Elnur adlı şəxslərdən qızılları götürüb satmaq üçün ona vermişdir. O, da həmin qızıl zinət əşyalarının müəyyən hissəsinin pulunu hissəhissə qaytarıb Röyalın özünə vermişdir. Röyalın Şahid1 qızıl-zinət əşalarını götürüb ona satmaq üçün verdiyi qızılların pulundan 14956 manat deyil, 13000 manat qalmış, həmin puldan Röyal vəfat etməmişdən əvvəl xx.xx.2020-ci il tarixdə 700 manat pul vermişdir. Həmin pulun 400 manatını Mirdamətə verməyini, 300 manatını isə Raminə verməyini demişdir. Bundan başqa, Röyal vəfat etdikdən sonra 2021-ci ilin yanvar ayının 12-də o, 500 manatı aparıb Röyalın anasına vermişdir. Onun Şahid1 hazırda 12500 manat borcu qalmışdır. O, bildiyinə görə Röyal 700 manat puldan 200 manatını Mərhəmətə vermiş, 200 manatı isə Raminə verəcəyini demiş, Ramin isə həmin vaxtı Bakı şəhərində olduğunu Gəncə şəhərinə gəldikdən sonra Röyaldan alacağını bildirmişdir. Onun Şahid2 Röyal vəfat etməmişdən əvvəl 3030 manat borcu qalmış, həmin borcdan 680 manat pulunu qaytarıb vermiş, hazırda onun Raminə 2350 manat borcu qalmışdır. Əliyev Elnura isə onun hazırda 2120 manat pul borcu qalmışdır. Röyal vəfat etməmişdən əvvəl ona gətirib qızılları verməyi barədə öz dəftərində qeydiyyat aparmışdır. Bundan başqa, qızılların müəyyən hissəsinin pulunun qaytarılması barədə də dəftərində qeydiyyat aparmışdır. Həmçinin onun onlara borcu olmasını onların özlərinə demişdir və hazırda da onlara olan qızılların pulundan hissə-hissə qaytarır. Röyalın həmin şəxslərdən götürüb ona satmaq üçün verdiyi qızıl-zinət əşyalarından olan borcunun qalan hissəsni 2021-ci ilin may ayınadək ödəyəcəyinə söz verir. İş materiallarında olan X-ЖГ seriyalı, 85747 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X9, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 130476 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” səbəbindən Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, mübahisəyə iki aspektdən hüquqi qiymət verilməlidir: birinci, iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması, ikincisi cavabdehdən pulun tutulmalı olmasına səbəb olan halların mövcud olub-olmaması. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı, X3 anasıdır. Belə ki, iş materiallarında olan X-ЖГ seriyalı, 85747 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X9, anası İddiaçıdır. X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində qeyd edilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı oğlu, X3 birinci növbəli vərəsəsidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, həm iş materiallarına əlavə edilmiş şəkillərdən, həm də iddiaçının izahatından aydın olur ki, mərhum Röyaıl zərgər kimi fəaliyyət göstərmişdir və ondan zərgər kimi istifadə etdiyi ləvazimatlar miras qalmış, həmin daşınar əşyaları iddiaçı faktiki qəbul etmişdir və hazırda həmin əşyalar iddiaçının sahibliyindədir. Qeyd edilən maddi hüquq normalarının mənasına və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı, X3 vərəsəsi kimi və maraqlarına toxunduğuna görə hazırkı pul tələbi barədə iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. MPM-in 4.1-ci maddəsində də müəyyən edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Mübahisənin ikinci aspekti ilə bağlı, yəni cavabdehdən tələb edilən pul məsələsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567, 600.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının oğlu X5 ilə cavabdeh arasında “nisyə alğı-satqı müqaviləsi” adlanan şifahi müqavilənin bağlanması işin müəyyən edilmiş halıdır. Belə ki, bu hal işin materialları və iş üzrə şahidlərin ifadələri ilə təsdiq olunur. Həmçinin, cavabdehin polis orqanında verdiyi izahatı ilə müəyyən edilir ki, mərhum Röyal Şahnəzərov cavabdehə müəyyən miqdarda qızıl-zinət əşyalarını nisyə satmışdır. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, Röyal vəfat etməmişdən əvvəl hissə-hissə ümumilikdə təxminən 40000 manat dəyərində qızıl-zinət əşyalarını Gəncə şəhəri Sabir küçəsində Mərhəmət adlı şəxsə məxsus Firuzə qızıl-zinət əşyalarını mağazasından, Gəncə şəhəri Mərkəzi Univermaqda işləyən Ramin və Elnur adlı şəxslərdən qızılları götürüb satmaq üçün ona vermişdir. O, da həmin qızıl-zinət əşyalarının müəyyən hissəsinin pulunu hissəhissə qaytarıb Röyalın özünə vermişdir. Röyalın Şahid1 qızıl-zinət əşalarını götürüb ona satmaq üçün verdiyi qızılların pulundan 14956 manat deyil, 13000 manat qalmış, həmin puldan Röyal vəfat etməmişdən əvvəl xx.xx.2020-ci il tarixdə 700 manat pul vermişdir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. MPM, həmçinin müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (maddə 106.3). Sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının oğlu X5 ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, mərhum Röyal vəfat etməmişdən əvvəl hissə-hissə ümumilikdə təxminən 40000 manat dəyərində qızıl-zinət əşyalarını Gəncə şəhəri Sabir küçəsində Mərhəmət adlı şəxsə məxsus Firuzə qızıl-zinət əşyalarını mağazasından, Gəncə şəhəri Mərkəzi Univermaqda işləyən Ramin və Elnur adlı şəxslərdən qızılları götürüb satmaq üçün cavabdehə vermişdir. Başqa sözlə, iddiaçı cavabdehin sözügedən şifahi müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə mərhum Röyaldan ümumilikdə təxminən 40000 manat dəyərində qızıl-zinət əşyalarını aldığını etiraf etmişdir. Göründüyü kimi, mərhum Röyal Şahnəzərov üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, nisyə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, cavabdeh isə nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İddiaçı hazırda cavabdehin həmin qızıl-zinət əşyalarının dəyərinin 11805 manat hissəsini qaytarmadığını bildirərək həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh aldığı qızıl-zinət əşyalarının dəyərinin tam qaytardığını subut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 11805 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu təsdiq edir, cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəməyə gəlməmiş, iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 125,42 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11805 (on bir min səkkiz yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 125,42 (bir yüz iyirmi beş manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6491/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6491/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver