Məhkəmə qərarları › İş №2(125)-652/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-652/2023

12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-652/2023 12.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli, 2(104)-668/2013 nömrəli qətnaməsi ilə 09 sentyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadən saxlanması təyin olunmuş 93 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 200 manat məbləğində alimentin və mediyasiya xərci olan 50 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh onun vəfat etmiş bacısı X1 əridir. X11 cavabdehlə 2007-ci ildə rəsmi nikahdan keçməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci ildə Nemət adlı uşaqları anadan olmuşdur.Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş Nemətin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 93 manat aliment tutularaq mərhum bacısı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bacısı Xatirə xx.xx.2021-ci ildə Covid 19 korona virusuna yoluxaraq ölmüşdür. Bacısı öləndən sonra onun uşağı Nemət onun yanında qalmış və onunla yaşayır. Cavabdeh uşağı ilə bir dəfə də olsun maraqlanmamışdır. Gəncə şəhər Kəpəz rayon İcra hakimiyyəti başçısının 16 iyun 2022-ci il tarixli sərəncamına əsasən bacısının oğlu X7 qəyum təyin edilmişdir. Cavabdeh uşağın saxlanması üçün təyin olunmuş alimentdən başqa heç bir maddi yardım göstərməmiş, hətta uşağı ilə belə maraqlanmamışdır. Uşaq böyüdüksə onun maddi tələbatları atmışdır. Təyin olunmuş 93 manat uşağın tələbatını ödəmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, «SemSan» şirkətində metal əridən işləməklə aylıq əmək haqqı 420 manat göstərilsə də təmiz 320 manat alır. Bundan başqa hazırki nikahından himayəsində 2 azyaşlı uşağı vardır.Təyin olunmuş 93 manat alimenti çətinliklə ödəyir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-AZ-İİ 297850 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, cavabdehin X8 ilə birgə nikahlarından xx.xx.2008-ci ildə Nemət aldı uşaqları anadan olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli 2(104)-668/2013 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş Nemətin yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 93 manat aliment tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. AZ-İİ177227 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 bacısı oğlu xx.xx.2008-ci ildə anadan olmuş X7 qəyyum təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, MŞG/1-05739 saylı ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediyasiya prosesini davam etdirməyə razılıq verməmişdir. X6 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. AZ-İİİ 408093 nömrəli və AZ-İİ 735728 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. «SemSan» şirkəti tərəfindən verilmiş 2.12.2022-ci il tarixli 33 nömrəli arayışdan görünür ki, Cavabdeh həmin şirkətdə metal bişirən işləməklə aylıq əmək haqqı 420 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli 2(104)-668/2013 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş Nemətin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 93 manat aliment tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. X5 öldükdən sonra iddiaçı xx.xx.2008-ci ildə anadan olmuş Nemətə qəyyum təyin edilmişdir. Təyin olunmuş 93 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh 93 manat alimentdən başqa uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul eməyərək alimentin artırılmasına razı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatına dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. AM-in 139.0. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq hüququna malikdirlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli 2(104)-668/2013 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. «X9» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, habelə cavabdehin himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Mediyasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh mediyasiya xərci olan 50 manat tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 09 sentyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli 2(104)- 668/2013 nömrəli qətnaməsi əsasında tutulan 93 manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə 50 manat mediyasiya xərci Cavabdeh alınraq İddiaçı verilsin, dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar