Məhkəmə qərarları › İş №2(125)-6556/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6556/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6556/2023 29.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh “X4” ASC-yə qarşı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh “X4” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş, iddiaçının tələbi, öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sənədlərin siyahısı iddia ərizəsində göstərilməmişdir. Həmçinin, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu olduğundan hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi hüquqi şəxsin hüquqi ünvanının olduğu yerə görə verilməli olduğu halda ərazi aidiyyəti pozulmaqla Gəncə Şəhər Məhkəməsinə verildiyi üçün, eləcə də iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.2ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdeh “X4” ASC-yə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh “X4” ASC-yə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar