Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-660/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şəmsi oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu maddi ziyana görə 1280 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mercedes-Benz 270” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Mercedes-Benz E 200” markalı, CC689XX dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi saxlamadığı üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin təqsirkarı Cavabdeh olmuşdur. Hadisə nəticəsində avtomobilimə dəymiş ziyan 1280 manat hesablanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh izahatı alınmış, xx.xx.2022-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Cavabdehin avtomobili sığorta olunmadığına görə hər hansı sığorta ödənişi edilməmiş, cavabdeh isə dəymiş ziyanı ödəmək istəmir. Ona görə də, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 12 noyabr 2022ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin arxa buferi, səsboğucusu, radarları sıradan çıxmış və nəticədə ona 1280 manatdan da artıq maddi ziyan dəymişdir. Avtomobili hadisə vaxtı qaynı Cahandar idarə etmişdir. Cahandar ilk öncə ondan xəbərsiz avtomobilini təmir etdirmək istəmiş, lakin bu barədə ona bildirdikdən sonra ona iradını bildirərək təkcə buferin qiymətinin 650 manat olduğunu və təmir üçün cavabdehin təklifinə razı olmadığını bildirmişdir. O, avtomobilin buferi tam yararsız olduğundan Bakı şəhərindən 650 manat dəyərində işlənmiş bufer almış, bütün xərcləri özü çəkmişdir. O, təmir etdirdikdən sonra 24 noyabr 2022-ci il tarixdə avtomobili satmışdır. Avtomobilə dəymiş ziyan 1280 manatdan artıq olmasına baxmayaraq ekspertiza rəyi ilə razılaşır, işin daha da uzanmasına lüzum görmür. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyək bildirdi ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt iddiaçının avtomobilini Cahandar adlı şəxs idarə etmişdir. Əslində avtomobilin sahibi də Cahandardır. O Cahandarla birlikdə avtomobili Cahandarın tanıdığı ustaya aparmış, usta təmir üçün 350 manat pul istəmiş, o da razılaşmışdır. Daha sonra Cahandar telefonda kiminləsə danışmış, razılığı pozaraq 1000 manat pul tələb etmişdir. O isə bu məbləğlə razı deyil, avtomobilin ümumi xərci 350 manatdan artıq deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər DYPŞ YNH inspektoru X1 tərəfindən qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Cavabdeh Gəncə şəhər BPİ DYPŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E 200” markalı, CC689XX dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospektində hərəkətdə olan zaman qarşıdan gələn “Mercedes-Benz” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ara məsafəsini düzgün seçmədiyi üçün toqquşmuşdur. İş materiallarında olan Gəncə Avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE-nin qüsur aktından görünür ki, Mercedes-Benz” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələrinə görə 930 manat, xidmət haqqına görə 350 manat olmaqla, ümumilikdə 1280 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/552 saylı 03 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Mercedes-Benz” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin və (620 manat), təmir-bərpa işlərinin xərci (350 manat) ümumilikdə 970 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 20 may 2023-cü il tarixli arayışından görünür ki, “Mercedes-Benz” markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qeydiyyatda olmuşdur. Əsli məhkəmə iclasında tədqiq edilmiş 055053 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İ qrup müharibə əlilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi “Mercedes-Benz E 200” markalı, CC689XX dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı məxsus olmuş “Mercedes-Benz” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı avtomobilin təmirinə xərcləri özü çəkmiş, iddia etdiyinə görə bu xərclər 1200 manatdan artıq olmuşdur. Lakin iddiaçı mübahisənin bundan daha da artıq müddət üçün uzanmaması üçün ekspertiza rəyində göstərilən ziyanın məbləği ilə razılaşmışdır. Cavabdeh avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 350 manat xərc tələb olunduğunu bildirsə də onun bu etirazı ekspert rəyi ilə təkzib olunur. Ekspertin rəyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Buna görə də vurulmuş zərərin miqdarı rəydə qeyd edildiyi kimi müəyyən olunmalıdır. İşin yuxarıda qeyd edilmiş faktiki hallarına və tətbiq ediləcək olan maddi hüquq normalarına uyğun olaraq iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 970 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının hazırkı iddiası qiymətləndirilən iddia olmaqla pul tələbi ilə bağlıdır. İddiaçı cavabdehdən ümumilikdə 1280 manat pul tələb edir və verilmiş iddiaya görə 32,80 manat dövlət rüsumu ödənilməlidir. İddia, yalnız 970 manat maddi ziyanın əvəzinin ödənilməsi hissəsində öz təsdiqini tapmışdır. İddiaçı müharibə əlili olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azaddır. Odur ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 25 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi qismində 970 (doqquz yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 25 (iyirmi beş) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-660/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-660/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver