Məhkəmə qərarları › İş №2(125)-669/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-669/2025

01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-669/2025 01.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 10 saylı X1 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 10 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 10 saylı X1 Mərkəzi Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri N.Nərimanov prospekti ev 227-də yaşayan Cavabdeh fəaliyyət göstərdiyi 3 saylı dolayısının 2-ci kvartalının 6a bölməsində yerləşən “Pele” istirahət-rekreasiya obyektinin ərazisində qanunsuz qazıntı işlərinin aparılması nəticəsində X5 vurulmuş 388 (üç yüz səksən səkkiz) manat 20 qəpik məbləğində qalıq qalmış ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, iş üzrə cavabdeh dəymiş ziyanın 200 manatını ödəmişdir. Odur ki, Gəncə şəhəri N.Nərimanov prospekti ev 227-də yaşayan Cavabdeh fəaliyyət göstərdiyi 3 saylı dolayısının 2-ci kvartalının 6a bölməsində yerləşən “Pele” istirahət-rekreasiya obyektinin ərazisində qanunsuz qazıntı işlərinin aparılması nəticəsində X5 vurulmuş 188 (bir yüz səksən səkkiz) manat 20 qəpik məbləğində qalıq qalmış ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən 29 iyun 2024-cü il tarixdə xidməti ərazidə ekoloji təmizlik aksiyası həyata keçirilərkən, Hacıkənd meşəbəyliyinin 3 saylı dolayısının 2-ci kvartalının 6a bölməsində fəaliyyət göstərən “Pele” istirahət-rekreasiya obyektinin ərazisində abadlıq işləri aparılaraq qanunsuz qazıntı işləri aparıldığı müəyyən edilmiş, nəticədə torpağın üst münbit qatının korlanmasına görə DMF-na 588 (beş yüz səksən səkkiz) manat 20 qəpik ziyan hesablanmışdır. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Vətəndaş Cavabdeh vurulmuş ziyandan 200 (iki yüz) manat könüllü olaraq ödəmiş, qalıq qalmış 388 (üç yüz səksən səkkiz) manat 20 qəpik ziyanı ödəmədiyinə görə Mərkəz tərəfindən vətəndaşın ünvanına xx.xx.2024-cü il tarixdə 3-14-27-11/2- 161/2024 saylı xəbərdarlıq məktubu göndərilmiş, lakin hazırki vaxta kimi ziyan ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan 15 iyun 2024-cü il tarixli 001798 nömrəli aktdan görünür ki, 15 iyun 2024-cü il tarixdə keçirilən ekoloji təmizlik aksiyasını həyata keçirərkən Hacıkənd meşəbəyiliyinin 3 saylı meşə dolayısının 2-ci kvartalının 6a bölməsində fəaliyyət göstərən “Pele” istirahət-rekreasiya obyektinin ərazisində qazıntı işlərinin aparıldığı tərəfindən aşkar edilmişdir. Yerində araşdırma zamanı torpağın üst münbit qatının korlanaraq ərazidə abadlıq işləri aparılmışdır. Ərazinin 57.95 m2 ərazisində torpağın üst münbit qatının korlandığını müəyyən etmişlər. Həmin ziyan 588 (beş yüz səksən səkkiz) manat 20 qəpik təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 10 saylı X1 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış 23 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 388,20 manat məbləğində maddi ziyanın 10 (on) gün müddətinə X3 hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarı ilə təsdiq edilmiş “X2 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh təbiətə vurduğu zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. İddia əsaslı sayıldığından, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 188 (bir yüz səksən səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 10 saylı X1 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar