Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6779/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin Gəncə Aqrotexnika ASC-yə qarşı “məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi ilə bağlı qərarın icrası” tələbinə dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Gəncə Aqrotexnika ASC-yə qarşı “məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi ilə bağlı qərarın icrası” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, aşağıdakı məzmunda xahiş etmişdir; “Gəncə şəhəri, T.Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən Gəncə Aqrotexnika ASC-yə məxsus inşaat malları bazarının fəaliyyətinə Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən məhdudlaşdırıcı tədbirin tətbiqi barədə çıxarılmış xx.xx.2024-cü il tarixli 00002 nömrəli qərarın icra edilməsi ilə bağlı qətnamə çıxarasınız”. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqrotexnika ASC-nin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi ilə bağlı olduğundan və bu məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin Gəncə Aqrotexnika ASC-yə qarşı “qərarın icrası” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-6779/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6779/2024
21.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver