Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-681/2022 31.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə işə açıq məhkəmə clasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında olan 30 may 2014-cü il tarixli kredit müqaviləsinin bağlanmamış hesab edilməsi, 30 may 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi, borcun ödənilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldaraq onunla "xxxx" ASC arasında bağlanmış 30 may 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, mübahisə predmetinə görə hazırkı mülki iş kommersiya mübahisəsi hesab edildiyindən mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında İddiaçı və vəkili X4 mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etirazlarının olmadığını bildirmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanılmışdır. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı (VÖEN **********) vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, fəaliyyət istiqaməti şirniyyat satışı üzrə fəaliyyətdir. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu (VÖEN - **********, hüquqi ünvanı Bakı şəhəri, Bül-bül prospekti 40; Faktiki ünvan: Bakı şəhəri, Babək prospekti 16) hüquqi şəxsdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı 200000 manat əsas borc, 55446,70 manat faiz borcu, 165,72 manat cərimə, 266,67 manat gecikmə faizi olmaqla ümumilikdə 255879,09 manat pul, 31 manat dövlət rüsumu və 31 manat DƏDRX-ə ödənilmiş rüsumun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0996 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi hazırkı mübahisə üzrə tərəflərdən biri hüquqi şəxs, digəri isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı iddia tələbinin həcmini azaltmaqla digər cavabdehlərə qarşı olan tələblərini iddiadan xaric etmişdir. İddiaçıya verilmiş kreditin təyinatı isə “ətlik və südlük istiqamətində heyvandarlığın inkişafı” göstərilmişdir. Beləliklə hazırkı mübahisənin hüquqi şəxs və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi olduğu müəyyən olunur. Nəzərə alınmalıdır ki, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı hazırkı mübahisənin predmeti olan kredit müqaviləsindən irəli gələn pul tələbinə də kommersiya mübahisəsi kimi baxılmışdır. Belə olan halda hazırkı mübahisə də kommersiya mübahisəsi hesab edildiyindən ona ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhərində olduğundan mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-681/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-681/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver