Məhkəmə qərarları › İş №2(125)-686/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-686/2023

23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-686/2023 23.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi(məsləhətçi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, Üçüncü şəxs X1 vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinin xüsusi notariusu X6, üçüncü şəxs X3 qarşı notariat hərəkəti aparmaqdan imtina qərarının ləğv edilməsi və notariat hərəkəti aparmaq öhdəliyi qoyulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinin xüsusi notariusu X6, üçüncü şəxs X3 qarşı notariat hərəkəti aparmaqdan imtina qərarının ləğv edilməsi və notariat hərəkəti aparmaq öhdəliyi qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin notariusu X4 evin bağışlama müqaviləsinin təsdiq edilməsindən imtina qərarını ləğv edib, onun üzərinə ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair düşündüyü bağışlama müqaviləsini təsdiqləmək öhdəliyi qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında üçüncü şəxs X1 vəkili X5 iddia tələbi ilə bağlı bildirmişdir ki, İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı notariat ofisinə və üçüncü şəxs X3 qarşı qərarın ləğv edilməsi və öhdəliyin qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hesab edirlər ki, hazirki, iddia inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması ilə əlaqədar olduğundan mübahisə inzibati məhkəməyə aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktdın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxmaq İnzibati Məhkəmələrin səlahiyyətinə aiddir. Bundan əlavə İddiaçı 2*21-ci il tarixdə eyni məzmunlu iddia ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etmiş və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 noyabr 2*21-ci il tarixli 2(*44)-3999/2*21 nömrəli qərardadı ilə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin bu qərardadı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.*2.2*22-ci il tarixli 2(1*4)-951/2*22 nömrəli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 noyabr 2*21ci il tarixli 2(*44)-3999/2*21 nömrəli qərardadından görünür ki, şikayətçi İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı “notariat hərəkətlərinin aparmaqdan imtinaya” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş və iddiaçıya Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarından olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.*2.2*22-ci il tarixli 2(1*4)-951/2*22 nömrəli qərardadından görünür ki, şikayət təmin edilməmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 noyabr 2*21-ci il tarixli 2(*44)- 3999/2*21 nömrəli qərardadı və onun əsasında çıxarılmış 18 noyabr 2*21-ci il tarixli 2(*44)-3999/2*21 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında eyni mübahisəyə dair Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 noyabr 2*21ci il tarixli 2(*44)-3999/2*21 nömrəli qərardadı qəbul edildiyindən və həmin qərardad artıq qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.*.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 17*.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.*.1-261.*.3 və 261.*.6-261.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 17*.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 17*.3-cü maddəsinə əsasən bu Məcəllənin 17*.1-ci və 17*.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.*.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 17*, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat Ofisinin xüsusi notariusu X6, üçüncü şəxs X3 qarşı notariat hərəkəti aparmaqdan imtina qərarının ləğv edilməsi və notariat hərəkəti aparmaq öhdəliyi qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 1** manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar