Məhkəmə qərarları › İş №2(125)-691/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-691/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-691/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı “X4» Törəmə ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X4» Törəmə ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron sistemdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölsə də, iddiaçı “X4» Törəmə ASC Cavabdeh qarşı borcun tutulması tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə öldüyündən iddiaçı yalnız onun mirası qəbul etmiş vərəsələrinə qarşı iddia qaldıra bilərdi. Odur ki, iddia tələbi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı “X4» Törəmə ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “X4» Törəmə ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar