Məhkəmə qərarları › İş №2(125)-692/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-692/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-692/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2018ci il tarixli 2(044)-1570/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh (Məmmədov Röyal) Məmmədrza oğlu ilə birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, cavabdeh (sabiq soyadını və adını dəyişdirən, X7) hazırda Cavabdeh ilə 2015-ci il tarixdə el adəti ilə ailə qurmuşlar, 22 iyul 2015-ci ildə nikahları rəsmi qeydiyyata alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2017-ci ildə nikahları rəsmi qaydada pozulmuşdur. 06 aprel 2016-cı ildə birgə nikahlarından anadan olan Ömərin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat miqdarda alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd olunan aliment miqdarı Ömərin məktəb təhsili rus bölümü olduğuna görə dərs hazırlığı digər hazırlıq pulunu Ömərin geyim və digər xərclərini qətiyyən görmür. O, uşağının təlim tərbiyəsi ilə övladını məktəbə aparıb gətirməklə ana olaraq bütün maddi mənəvi ehtiyaclarını tək başına yerinə yetirir. Cavabdeh tərəfindən hər ay ödənilən 150 manat Ömərin ehtiyaclarını təmin etmir. Cavabdeh Rusiya Federasiyasında işləyir, maddi imkanı çox yaxşıdır. Uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 (üç yüz) manat məbləğində pul ödəməyə malikdir. Odur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(044)-1570/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh(Məmmədov Röyal) Məmmədrza oğlu ilə birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş AZ-İV № 065265 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X3, anası İddiaçıdır. İşdə olan Şəmkir Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X2 və adını Cavabdeh dəyişdirmişdir. İşdə olan Şəmkir Rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş X7 xx.xx.2020-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsinə soyadının və adının “Məmmədov Röyal”dan “Cavabdeh”yə dəyişdirilməsi barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.15-ci bəndinə əsasən tərəflərindən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcədə adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tədbiqindən yayınmasının qarşının alınması məqsədi ilə toplanmış sənədlər yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə Şəmkir Rayon Polis Şöbəsinə göndərilmişdir. Yoxlamanın nəticəsi barədə Şəmkir Rayon Polis Şöbəsi tərəfindən X1 və adının “Məmmədov Röyal”dan “Cavabdeh”yə dəyişdirilməsinə etiraz etməməsi barədə xx.xx.2020-ci İl tarixli rəy tərtib olunaraq qeydiyyat şöbəsinə göndərilmişdir və tərəflərindən X6 barəsində xx.xx.2020-ci il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilərək ona adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. İşdə olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(044)-1570/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 150 (yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, X4 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin dəyişdirilmiş miqdarının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(044)-1570/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 150 (yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 300 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh (Məmmədov Röyal) Məmmədrza oğlunun valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(044)-1570/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 180 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(044)- 1570/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar