Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6955/2025 06.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16600 manat məbləğində pulun və ödənilmiş 142 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 117,1 kv.m, yaşayış sahəsi 49,1 kv.m 4 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 08 dekabr 2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********44-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olmuşdur. Ona təcili pul lazım olduğundan sözügedən fərdi yaşayış evini satmaq məcburiyyətində qalmışdır. Hazırki iş üzrə Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini ona 89000 manata satmaq qərarına gəlmişdir. Həmin fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilən müddətədək Cavabdeh 5000 manat, 3000 manat və 5000 manat olmaqla, ümumilikdə ona 13000 manat beh olaraq pul vermişdir. Fərdi yaşayış evinin satışı üçün lazım olan bütün sənədlər tam hazır olduqdan sonra Bakı şəhəri 53 saylı notariat ofisində 12 aprel 2023-cü il tarixli 6-İP-AİF-1-0-41-23 nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən daşınmaz əmlakın satış qiymətinin 89000 manat dəyərinin 31150 manat məbləğində olan hissəsi Cavabdeh tərəfindən, 57850 manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən alıcı- ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Kredit məbləği Cavabdeh hesabına köçürüldüyü üçün o krediti əldə etdikdən sonra ona 50000 manat pul ödəmiş, yerdə qalan 26000 manat məbləğində pulu isə yaxın zamanlarda ödəyəcəyini söz vermişdir. Daha sonra Cavabdeh ona 3000 manat versə də, bundan sonra müəyyən zamanlarda müxtəlif məbləğlərdə (5000, 600,400,250,90,60) pul ödəməklə fərdi yaşayış evinin satış qiyməti olan 89000 manat məbləğin ümumilikdə 72400 manat məbləğində hissəsini ödəmişdir. Hazırda Cavabdeh fərdi yaşayış evinin razılaşdırılmış dəyərindən ona 16600 manat məbləğində borcu qalmışdır. Dəfələrlə cavabdehə müraciət edərək evin dəyərindən ödənilməmiş qalan 16600 manat məbləğində borcun ödənilməsini tələb etsə də, ilk zamanlar hissə-hissə yaxın zamanlarda ödəyəcəyinə söz versə də, hazırda ona heç bir pul ödəməyəcəyini, hətta ona hədə-qorxu gələrək, bir daha ondan pul istəməməsini bildrimişdir. Bu səbəbdən də, məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehə təklif etmişdir ki, evini ona daha ucuz, yəni 80000 manata satsın, ancaq daha sonra evini geri qaytarıb versin. Lakin cavabdeh bununla razılaşmamış, evi geri qaytarmaq söhbəti olmamasını, evin pulu nədirsə artıqlaması ilə ödəyəcəyini demişdir. Alqı-satqı müqaviləsi bağlanarkən 89000 manata razılaşmışdırlar. Bakı şəhərində alqı-satqı rəsmiləşdikdən sonra kirayədə qaldığını, tək qadın xeylağı olduğu üçün o qədər pulla evə gedə bilməyəcəyini, pulu özlərində saxlamalarını və Gəncə şəhərində onlardan alacağını bildirmiş, cavabdeh isə razılaşmışdır. Bundan 2 gün sonra Gəncə şəhərinə gəlmiş, özünə ev axtarmağa başlamış, 10-15 gün müddətində qudalarından ev tapdıqdan sonra pulunu almağa getmişdir. Cavabdehin atası ona 50000 manat pul vermiş, cavabdehin özü isə zəng edib qalan hissəsini 2-3 gün sonra verəcəyini bildirmişdir. Bundan sonra da qırıq-qırıq 3000,5000 və s. pul vermiş, o isə Bakıda niyanka işlədiyinə görə Bakıya getməli olduğunu, 15-20 gün burada olmayacağını, həmin müddətdə qalan pulu tam düzəldib ona verməsini demiş, cavabdeh isə razılaşmışdır. 15- 20 gün sonra Gəncəyə gəldikdə pulun qalanını yenə də tələb etmiş, cavabdeh pulu olmadığını, 35000 manat borcu olduğunu demiş, dəfələrlə tələb etməsinə baxmayaraq, onun nömrəsini bloka atıb, hədə-qorxu gəlib, təhqir etmişdir. Evinin dəyəri cavabdeh tərəfindən ona tam olaraq ödənilməmiş, cəmi 72400 manat pul ödənilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə ilk dəfə razılaşmaları 71000 manat olmuş, 2 gün sonra iddiaçı qiyməti 71500 manata qaldırmışdır. Daha sonra isə artıq dəqiq evi aldıqlarını, bankın da razılıq verdiyini gördükdən sonra iddiaçı yenə də qiyməti qaldırmış, son razılaşmaları 73000 manat olmuşdur. Evi ipoteka ilə almışdırlar. Torpaq sahəsini də almaq istədiklərini dedikdə iddiaçı torpağın qardaşına məxsus olduğunu, qardaşı ilə danışmalarını demişdir. Beləliklə, evi iddiaçı ilə, torpaq sahəsini isə qardaşı ilə danışmışdırlar. Ev 6 sot torpağın üstündə olmuş, 4 sot da qıraqda torpaq sahəsi olmuş, bir hasarın içində olmuşdur hamısı. Torpaq sahəsi də olduğuna görə müqavilədə qiymət 89000 manat göstərilmişdir. Həmin evin qiymətləndirilməsi aparıldıqda 50000 manat evə qiymət qoyulmuşdur. 4 ay müddətində evin qiymətinin 40000 manat qalxması mümkün deyildir. İddiaçının özünə 73000 manat pul vermişlər, əlavə də rüsumları ödəmişdirlər. Pulun qırıq-qırıq verilməsi isə tamamilə iddiaçının öz istəyi olmuşdur. Bankdan çıxandan sonra tək qadın olduğunu, pulu özündə saxlaya bilməyəcəyini dediyi üçün, daha sonra oğlundan qırıq-qırıq almışdır.İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********44-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Natəvan qəsəbəsi, Yalçın Şükürov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam hissədə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Bakı şəhəri 53 saylı notariat ofisində bağlanan, reyestrdə 4Ə-979 nömrə ilə qeydə alınmış, xx.xx.2023-cü il tarixli, 6-İP-AİF-1-0-41-23 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı (İddiaçı) ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********44-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (fərdi yaşayış evi və 0,06 ha. torpaq sahəsi) alıcıipoteka qoyanın (Cavabdeh) mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.4-cü bəndindən görünür ki, daşınmaz əmlakın satış qiyməti 89000 manatdır, daşınmaz əmlakın dəyərinin 31150 manat məbləğində olan hissəsi alıcıipoteka qoyanın (Cavabdeh) özü tərəfindən, 57850 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan ("xxxx" ASC) tərəfindən kreditor-ipoteka saxlayan ("xxxx" ASC) və alıcı-ipoteka qoyan/borcalan (Cavabdeh) arasında Bakı şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli, 6-İP-AİF-1-0-41-23 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana (Cavabdeh) verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Həmin müqavilənin 1.5-ci bəndindən görünür ki, alıcı-ipoteka qoyan (Cavabdeh) daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan ("xxxx" ASC) arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə kreditor-ipoteka saxlayana ipotekaya vermişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6-İP-AİF-1-0-41-23 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən iddiaçı özünə məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsi, Yalçın Şükürov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha. torpaq sahəsini satış qiyməti 89000 manat müəyyən edilməklə Cavabdeh satmışdır. İddiaçı iddia etmişdir ki, həmin məbləğin 72400 manatı cavabdeh tərəfindən ona ödənilsə də, qalan 16600 manatı ödənilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, iddiaçı ilə evi 73000 manata razılaşdıqlarını və həmin pulu iddiaçıya ödədiklərini, müqavilədə evin yerləşdiyi 6 sot torpaq sahəsindən əlavə 4 sot torpaq sahəsi də olduğuna görə qiymətin 89000 manat olaraq göstərildiyini bildirərək iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16600 manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 139,8 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 16600 (on altı min altı yüz) manat pul və 139,8 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6955/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6955/2025
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver