Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6956/2025 25.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 46.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 228 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, onunla Cavabdeh arasında qızıl-zinət əşyalarının alğı-satqısına dair müxtəlif vaxtlarda razılaşmalar olmuşdur. 2023-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək Cavabdeh ona müxtəlif adda, çəkidə və qiymətdə qızıl-zinət əşyalarını satmışdır. Təqribən qeyd olunan müddət ərzində onlar arasında cəmi 483 qram çəkidə 71.100 manat məbləğində qızıl-zinət əşyalarına dair razılaşmalar olmuşdur. İlk vaxtlar Cavabdeh ondan aldığı qızıl əşyalarının dəyərini ödəmiş, bir müddət keçdikdən sonra sonuncu ondan daha yüksək çəkidə qızılzinət əşyalarını istəmişdir. Sonuncu dəfə A.R.Qasımova xx.xx.2024-cü il tarixdə 6.000 manat dəyərində qızıl-zinət əşyasını alğı-satqı əsasında almışdır. Cavabdeh aldığı qızılzinət əşyalarının dəyərinin bir qismini ödəsə də 46.000 manat məbləğində qalan hissəni ödəməmişdir. xx.xx.2024-cü il tarixinə Cavabdeh borcu 46.664 manat təşkil etmişdir. O, istər mobil telefon, istərsə də «whatsapp» sosial şəbəkə vasitəsi ilə dəfələrlə Cavabdeh ilə əlaqə saxlamış, Cavabdeh ona borcunu ödəyəcəyini bildirmişdir. Sonuncu dəfə aralarında mübahisə yaranmış Cavabdeh ona borcu ödəməyəcəyini bildirmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla İddiaçı arasında qızıl-zinət əşyalarının alğı-satqısına dair razılaşmalar olmuşdur. Onlar arasınında olan qızıl-zinət əşyalarının alğı-satqı dəyəri cəmi 46.000 manat təşkil etmişdir. O isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 41.000 manat məbləğində pul vəsaitini İddiaçı geri qaytarmışdır. Bununla da onun İddiaçı borcu qalmamış və xx.xx.2024-cü il tarixdən sonra İddiaçı hər hansı ödəniş etməmişdir. Onun İddiaçı göndərdiyi və İddiaçı məhkəməyə təqdim etdiyi 46.000 manat məbləğində borcunun olmasına dair audio qeyd isə 2024-cü ilin sentyabr ayının 13-dən sonraya – təxminən 17 sentyabr 2024-cü il tarixə aiddir. Həmin audio qeydi o, əsəbi olduğu üçün göndərmişdir. Sonda Cavabdeh iddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, toplanmış 24-3-2-2-415-0611 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı nisyə qaydada edilmiş qızıl-zinət əşyalarının alğı-satqısı nəticəsində yaranmış pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(125)-27/2025 nömrəli qərarından görünür ki, Gəncə prokurorunun köməkçisi 3-cü dərəcəli hüquqşünas X3 «24-3-2-2-415-0611» nömrəli material üzrə xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd olunması» barədə qərarından Qasımovaİlahə Fərhad qızının vəkili X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 6(104)-42/2025 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(125)-27/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, X2 bank hesabına xx.xx.2024-cü il tarixdə 1.440 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 600 manat,xx.xx.2024-cü il tarixdə 203 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 301 manat 50 qəpik, xx.xx.2024-cü il tarixdə 35 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixə 700 manat, xx.xx.2024-cü il tarixdə 540 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 1.015 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 935 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 5 manat, xx.xx.2024-cü il tarixdə 65 manat, xx.xx.2024-cü il tarixdə 1.430 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 570 manat, xx.xx.2024-cü il tarixdə 34 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 305 manat, xx.xx.2024-cü il tarixdə 82 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 1.300 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 5 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 1.500 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat, xx.xx.2024-cü il tarixdə 1.100 manat, xx.xx.2024-cü il tarixdə 2.030 manat, xx.xx.2024-cü il tarixdə 295 manat, cəmi 22.050 manat 50 qəpik məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş audio qeydlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə aparılan danışıqlarda Cavabdeh İddiaçı çətin vəziyyətdə olduğunu, özünə məxsus Gəncə şəhəri, Türklər qəsəbəsində yerləşən fərdi yaşayış evini satdıqdan sonra qalıq borcu qismində 46.000 manat məbləğində pul vəsaitini ödəyəcəyini bildirmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında qızıl-zinət əşyalarının alğı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən alınmış qızıl-zinət əşyalarının dəyərini ödəmək şərti ilə İddiaçı tərəfindən Cavabdeh satılmışdır. Tərəflər arasında təxminən 71.100 manat məbləğində qızıl-zinət əşyalarına dair alğı-satqı müqaviləsi olmuş, iddiaçı həmin məbləğin bir qismini ödəsə də yerdə qalan 46.000 manat məbləğində pul vəsaitini ödəməmişdir. Buna görə də İddiaçı Cavabdeh qarşı 46.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, iddiaçı ilə aralarında 46.000 manat məbləğində alğı-satqı müqaviləsi bağlandığını, iddiaçıya olan borcunu tam şəkildə ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Hazırki halda mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarına dair şifahi alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin yaranması işin mübahisəsiz halıdır. Cavabdeh xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında «iddiaçıya olan 46.000 manat məbləğində borcunu tam şəkildə ödədiyini bildirmiş», daha sonra xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasının video-audio qeydinin 12:00 dəqiqəsində «İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş audio qeydlərdə olan səs yazısının ona məxsus olduğunu, 2024-cü ilin sentyabr ayının 17-də həmin səs yazısını İddiaçı göndərdiyini» həmin iclasın 27:17 dəqiqəsində isə Cavabdeh «İddiaçı 2024-cü ilin sentyabr ayının 13dən sonra heç bir ödəniş etmədiyini, lakin səs yazısını sentyabr ayının 13-dən sonra göndərdiyini» bildirmişdir. Məhkəmə Cavabdeh iddia tələbinə etirazının əsası qismində göstərdiyi İddiaçı olan borcunun tam ödənilməsinə dair xüsusatı məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müqayisəli təhlil edərək, hesab edir ki, Cavabdeh izahatında göstərdiyi xüsusat ağlabatan mülahizəyə əsaslanmır və Cavabdeh özünün məhkəmə iclasında verdiyi izahatla təkzib olunur. Belə ki, Cavabdeh ümumi borcunu xx.xx.2024-cü il tarixədək tam ödədiyi halda, xx.xx.2024-cü il tarixdən sonra – xx.xx.2024-cü il tarixdəki danışıqlarda mənzilini sataraq, İddiaçı olan 46.000 manat məbləğində borcunu ödəyəcəyini bildirməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 46.000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 228 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 46.000 (qırx altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 228 (iki yüz iyirmi səkkiz) manat, 46.228 (qırx altı min iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6956/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6956/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver