Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-696/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X14 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 adına Gəncə şəhər Təcili və X1rşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 adına Gəncə şəhər Təcili və X1rşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Gəncə Şəhər X7 Hüquqi Şəxs və Gəncə Şəhər X7 Hüquqi Şəxs X10 adına Xəstəxanadan maddi ziyanın əvəzi olaraq 5000 (beş min) manat, əldən çıxmış fayda kimi 5000 (beş min) manat, mənəvi ziyanın əvəzi olaraq 5000 (beş min) manat cəmi, 15000 (on beş min) manat pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2004-cü ildə Yevlax şəhərində anadan olmuşdur. Kəlbəcər rayonundan məcburi köçkündür. Hazırda isə müvəqqəti olaraq Yevlax şəhəri, 32-ci məhəllə, bina 1, mənzil 37-də yaşayır. 2022-ci ilin yanvar ayının 05-də onun 18 yaşı tamam olduğu üçün o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, həmin şöbədə tibbi komissiyadan keçərək yararlı hesab olunmuşdur. Onun yararlı olması barədə rəy «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X19 X10 adına Xəstəxanasının həkimləri tərəfindən verilmişdir. (hazırkı iş üzrə cavabdeh olan xəstəxana və cavabdeh olan həkimlər tərəfindən) Bundan sonra o, xidmət etmək üçün Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Lakin, o, xəstə olduğu üçün ardıcıl iki dəfə müalicə olunmaq üçün “Papani” hospitalına göndərilmişdir. Belə ki, onun alt və üst çənələri üst-üstə gəlmir (birləşmir). Çörəyi, yeməyi normal vaxtda deyil, həddindən artıq çox gec yeyir. Bu isə onun əsgərlər ilə ayaqlaşmasına imkan verməmişdir. O, iki dəfə ayrı-ayrı vaxtlarda hospitalda yatdıqdan sonra yenidən hərbi hissəyə qaytarılmışdır. Bundan sonra isə o, Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hospitaldan bildirmişlər ki, o, hərbi xidmətə yararsızdır, ona görə də tərxis olunmalıdır. Hətta müvafiq sənədlər də hərbi hissəyə göndərilmişdir. Bundan sonra o, yararsız olduğu üçün tərxis olunaraq evə qayıtmışdır. Hazırda da evdədir. O, ilk olaraq komissarlıq tərəfindən Gəncə şəhərində yerləşən X10 adına xəstəxanaya göndərilmiş, orada ona yararlı diaqnozu qoyulmuşdur. Belə ki, həmin xəstəxana tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli 3825/3336 nömrəli aktda bildirilmişdir ki, onun dişləri 5 mm açıq qalır, çeynəmə funksiyası pozulmamışdır. Lakin hərbidə olan zaman AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli, 3797 №-li rəydə bildirilmişdir ki, onun dişləri 7 mm açıq qalır. Həmçinin bu səbəbdən onda hərbidə olarkən yanakı xəstəliklər də yaranmışdır. Ona görə də o, tərxis olunmuşdur. Hazırda o, yararsız kimi tərxis olunmuş və onun səhhətində kifayət qədər problemlər yaranmışdır. O, artıq 1 il 5 aydır ki, müalicələri üçün xeyli miqdarda pul xərcləmişdir. Bu isə «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X19 X10 adına Xəstəxana, həmin xəstəxanada fəaliyyət göstərən komissiya, konkret olaraq «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» barədə aktı imzalamış həkimlərin - hazırkı iş üzrə cavabdehlər (İbrahimov, Əliyev və Budaqovun) səhvi ucbatından olmuşdur. Əgər komissiya vaxtında onda olan xəstəlikləri qeyd etsəydi, o, hərbi xidmətə getməz və onda bu problemlər də yaranmazdı. Həmin komissiya dişlərin 5 mm açıq qaldığını qeyd etmiş, bundan bir neçə ay sonra isə AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası dişlərin 7 mm açıq qaldığını qeyd etmişdir. O, təkrar qeyd edir ki, həmin həkimlərin səhvi ucbatından müalicəsi üçün hər ay pul xərcləyir. Həmçinin o, hərbi xidmətdən əvvəl Bakı şəhərində dəniz kənarında yerləşən kafedə işləyərək hər ay ən az 700-800 manat gəlir əldə edirdi. Bundan başqa o, hərbi xidmətdən əvvəl Yevlax şəhərində yerləşən «Turan» və «Təbiət» şadlıq saraylarında və «Mayak» adlı kafedə də işləyərək aylıq 700-800 manat pul qazanırdı. Həm də o, Şuşa şəhərində də N ay işləyərək hər ay 800 manat gəlir əldə etmişdir. Yəni o, əsassız olaraq hərbi xidmətə getməsəydi, işləyərək hər ay o qədər və ya ondan çox gəlir əldə edərdi. O, hazırda da (xidmətdən yararsız hesab edilərək evə qayıtdıqdan sonra) Laçın şəhərində işləyir. Onu da qeyd edir ki, onun şikayəti əsasında Gəncə şəhər prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas X5 737-C-22 nömrəli material üzrə 18 avqust 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. O, həmin qərardan şikayət etsə də, Gəncə Şəhər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 6(125)-47/2023 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Lakin, həmin qərarın sonlarında göstərilmişdir ki, “məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmətə yararsız olduğu halda onun hərbi xidmətə yola salınması Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin səhlənkarlığı ucbatından baş vermiş, bu hal cinayət işinin başlanması üçün əsas hesab edilsə də, İddiaçı və onun ailəsinə maddi zərərlə nəticələnmişdir.” Beləliklə, o, cavabdehin səhvi ucbatından hərbi xidmətə yararsız ola-ola hərbi xidmətə getməsəydi, həm əlavə (yanakı) xəstəliklər qazanmazdı, həm həmin xəstəliklərin müalicəsi üçün xeyli miqdarda pul xərcləməzdi, həm də həmin müddətdə mülki həyatda işləyərək xeyli gəlir əldə edərdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, onda anadan gəlmə alt-üst çənənin ölçüləri eyni olmadığı üçün çeynəmə qabiliyyətində zəiflik vardır. 2021-ci ilin noyabr ayında hərbi xidmətə getmək üçün ona çağırış gəlmiş, xx.xx.2021-ci il tarixli göndərişə əsasən müayinə olunması üçün “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 adına Xəstəxanaya göndərilmiş, stomatoloq müayinəsi zamanı xətkeş ilə onu səthi yoxlanışdan keçirib hərbi xidmətə yararlı olduğunu bildirmişlər və bu barədə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən 17 noyabr 2021-ci il tarixli, 3825/3336 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi” haqqında akt tərtib edilmişdir. Həmin aktda onun dişləmarası məsafəsinin 5 mm olduğu və çeynəmə funksiyasının pozulmadığı qeyd edilmişdir. Hərbi xidmətdə olan zaman çeynəmə qabiliyyətində qüsur olduğundan nizam-intizam qaydalarına uyğun olaraq tələb olunan vaxtlarda normal qidalana bilməmiş və komandirə çeynəmə qabiliyyətinin zəif olduğunu bildirmişdir. Çeynəməkdə və yemək yeməkdə çətinlik çəkmişdir. Hərbi hissə komandirinin göndərişi ilə təkrarən hərbi xidmətə yararlılığının müayinəsi üçün yenidən yoxlamalardan keçirilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli, 3797 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən ona ikinci dərəcəli dişləm anomalogiyası, dişləmarası məsafə 7 mm, çeynəmə səmərəliyinin N.İ.Aqapova görə tam itməsi ilə, həmçinin, sağ böyrəyin sadə solitar kistası diaqnozu qoyulmuş və “Xəstəlik cədvəlinin 56b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə” qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Hərbi xidmətə yararsız hesab edildiyi üçün 30 aprel 2022-ci il tarixdə tərxis edilmiş və xx.xx.2022-ci il tarixdə SHÇDX-nin Kəlbəcər rayon şöbəsində qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər onda olan xəstəliyi vaxtında qeyd etsələrdi, o hərbi xidmətə getməz və onda bu problemlər yaranmazdı. Cavabdehlərin səhvi və nöqsanları nəticəsində müalicələri üçün kifayət qədər xərc tökmüşdür. Həmçinin, hərbi xidmətə getməzdən əvvəl işləyərək kifayət qədər qazanc əldə etdiyi halda, əsassız olaraq hərbi xidmətə getdiyi üçün gəlirlərindən də məhrum olmuşdur. Belə ki, cavabdehlərin səhvi ucbatından hərbi xidmətə getməsə idi, işləyərək gəlir əldə edəcəkdi. Lakin bununla bağlı heç bir sübutu yoxdur. Bundan başqa, hesab edir ki, hərbi xidmətə göndərilməklə ona mənəvi zərər də dəymişdir. Odur ki, iddia tələbinin əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hərbi həkim komissiyasının üzvü deyildir. Lakin, Hərbi Komissarlıqlar tərəfindən çağırışçılar müayinə olunması üçün göndərilmiş, iddiaçı da həmin o çağırışçılardan biri olmuşdur. Təxminən, 2021-ci ilin noyabr ayında İddiaçı müayinə olunması üçün onun yanına göndərilmişdir. İddiaçı müayinə edilməsi barədə şöbə müdiri Cavabdeh2, keçmiş baş həkim olan Cavabdeh1 və onun tərəfindən 17 noyabr 2021-ci il tarixli, 3825/3336 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi” haqqında akt tərtib edilmişdir. Müayinə zaman aşağı frontal dişlərlə üst frontal dişlərin arasındakı məsafənin 5 mm olması müəyyən edilmiş və tərəfindən də bu barədə aktda qeyd aparılmışdır. Ümumiyyətlə, komissarlıq tərəfindən müəyyən edilmiş standartlara əsasən dişləmarası məsafə 6 mmdən aşağı olduqda çeynəmə funksiyasının pozulmaması, dişləmarası məsafə 6 mm-dən çox olduqda isə çeynəmə funksiyasının pozulması hesab edilir. O cümlədən, əgər çağırışçı müayinənin nəticələri ilə razı deyilsə, hərbi komissarlıqda yenidən müayinə oluna bilər. Həmçinin, onlar tərəfindən tərtib edilmiş akta hərbi komissarlıq tərəfindən qiymət verilir. Hərbi komissarlıqların özlərinin də həkim, stomatoloq kollektivi mövcuddur. Hansı ki, iddiaçının dişləmarası məsafəsinin ölçələri ilə bağlı şübhəli hal mövcud idisə, hərbi komissarlıq tərəfindən iddiaçı yenidən müayinə oluna bilərdi. Həmçinin möhlət də vermək hüququ var idi. 29 mart 2022-ci il tarixli, 3797 nömrəli xəstəlik şəhadətnaməsinə əsasən iddiaçıda ikinci dərəcəli dişləm anomalogiyası, dişləmarası məsafənin 7 mm, çeynəmə səmərəliliyinin N.İ.Aqapova görə tam itməsi diaqnozu qoyulsa da, onun tərəfindən iddiaçı müayinə edilən zaman dişləmarası məsafə 5 mm olmuşdur. Hərçənd ki, insan orqanizmasında baş verən sürətli inkişaf ilə əlaqədar olaraq, sonradan dişləmarası məsafənin 7 mm çatması halı da istisna deyildir. Belə ki, iddiaçının 2021-ci ilin noyabr ayında çəkisi 56 kq, 2022-ci ildə mart ayında 58 kq, 2021-ci ildə hərbi xidmətə getmədən öncə boyu 171 sm, 19 yanvar 2022-ci il tarixdə isə, yəni hərbi hissəyə daxil olan zaman N sm olmuşdur. Bu da onu deməyə əsas verir ki, 2-N ay ərzində boyunda, yəni sümüklərində inkişaf getdiyi halda, çənədə sümükdən ibarətdir və inkişaf edərək 2 mm fərqin yaranması normal haldır. İddiaçı onun tərəfindən 2021-ci ilin noyabr ayında yoxlanmış, bundan 4 ay keçdikdən sonra təkrar müayinə olunmuşdur. Həmçinin, iddiaçı maddi, mənəvi və əldən çıxmış faydaya görə onlardan pul tələb etsə də, o, bununla razılaşmır. Belə ki, iddiaçı hərbi xidmətdə olduğuna görə işindən olmasını qeyd etsə də, bu barədə hər hansı sübutu da təqdim etməmişdir. Bundan başqa iddiaçıya hər hansı maddi və mənəvi ziyan dəyməsi barədə sübut da iş materiallarında yoxdur. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X14 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı maddi, mənəvi zərər, habelə əldən çıxmış fayda barəsində iddia qaldırsa da, qeyd etdikləri barəsində hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və formal olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Gəncə Şəhər X7 Hüquqi Şəxs X10 adına Gəncə şəhər Təcili və X8 Xəstəxanasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Gəncə Şəhər X7 Hüquqi Şəxs X10 adına Gəncə şəhər Təcili və X8 Xəstəxanasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AA seriyalı, 472423 nömrəli, Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı daimi yaşayış yerini tərk etdiyi ünvan ünvan 1üvəqqəti olaraq Yevlax rayonu, Yeni qəsəbə, 1/37 ünvanında məskunlaşmışdır. Vəsiqə Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 27 aprel 2012-ci il tarixli qərarına əsasən verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş İddiaçı 29 mart 2022-ci il tarixli, 3797 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı ikinci dərəcəli dişləm anomalogiyası, dişləmarası məsafə 7 mm, çeynəmə səmərəliliyinin N.İ.Aqapova görə tam itməsi ilə və sağ böyrəyin sadə solitar kistası. Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin 56b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət yoxdur. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 Adına Xəstəxana tərəfindən verilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanaraq tərtib edilmiş 3825/3336 nömrəli, 17 noyabr 2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə aktın surətindən görünür ki, Əkbərov X12 rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 16 noyabr 2021-ci il tarixli, 17 nömrəli göndərişi ilə 17 noyabr 2021-ci ildən 17 noyabr 2021-ci ilədək stasionar müayinədə olmuşdur. Şikayətləri çeynəmə aktı zamanı çətinlik çəkməsidir. Anamnezi deməsinə görə onda bu patologiya uşaqlıqdan yaranmışdır. Ağız mərkəzi qapandıqda alt dişlərlə üst dişlər arasında 5 mm məsafə qalır. Açıq dişləm 5 mm. Çeynəmə funksiyası pozulmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3 02 fevral 2023-cü il tarixli, K/07 nömrəli canlı şəxs və iş materialları üzrə rəyindən görünür ki, İddiaçı SHXÇDX-nin Kəlbəcər rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılarkən onda “ikinci dərəcəli dişləm anomaliyası, dişləmarası məsafə 7 mm, çeynəmə səmərəliliyinin N.İ.Aqapova görə tam itməsi ilə. Sağ böyrəyin sadə solitar kistası” diaqnozlu xəstəlik olmuş, bu xəstəliklə, o “Xəstəliklər cədvəlinin 56b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olmuşdur. İddiaçı SHXÇDX-nin Kəlbəcər rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılarkən onda “Açıq dişləm” patologiyasının olması müəyyən edilsə də, xəstəliyin dərəcəsi və çeynəmə funksiyası düzgün təyin edilməmiş, bu səbəbdən də, o, hərbi xidmətə çağırılarkən düzgün şəhadətləndirilməmiş, hərbi xidmətə yararlılıq kateqoriyası düzgün qiymətləndirilməmişdir. İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılarkən “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-də “Açıq dişləm (5 mm), çeynəmə funksiyası pozulmayıb” diaqnozu düzgün təyin edilməmişdir. Belə ki, İddiaçı “İkinci dərəcəli dişləm anomaliyası, dişləmarası məsafə 7 mm, çeynəmə səmərəliliyinin N.İ.Aqapova görə tam itməsi ilə” olduğu halda, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-də onda dişləmarası məsafənin 5 mm olması və çeynəmə funksiyasının pozulmaması qeyd edilmişdir. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-də İddiaçı sağlamlıq vəziyyətinin təyini zamanı səhiyyə sistemində olan təlimatın tələbləri pozulmamışdır. Lakin çağırışçı İddiaçı Gəncə şəhər X7 Hüquqi Şəxsində səthi müayinə edilmiş, kranial rentgenoqrafiya müayinəsindən keçirilməmiş, “Açıq dişləm”in dərəcəsi düzgün təyin edilməmişdir. Bu səbəbdən də, İddiaçı SHXÇDX-nin Kəlbəcər rayon şöbəsi tərəfindən şəhadətləndirilərkən onun hərbi xidmətə yararlılıq kateqoriyası düzgün təyin edilməmişdir. İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılarkən, “Gəncə şəhər X7 Hüquqi Şəxsində təyin edilmiş “Açıq dişləm (5 mm), çeynəmə funksiyası pozulmayıb” diaqnozuna əsasən onun SHXÇDX-nın Kəlbəcər rayon şöbəsi tərəfindən şəhadətləndirilməsi və hərbi xidmətə yararlı hesab edilməsi düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, “Açıq dişləm (5 mm), çeynəmə funksiyası pozulmayıb” diaqnozu təyin edilmiş çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən mövcud təlimatların tələbləri pozulmamışdır. İddiaçı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-də “Açıq dişləm (5 mm), çeynəmə funksiyası pozulmayıb” diaqnozu təyin edildiyindən, SHXÇDX-nın Kəlbəcər rayon şöbəsinin hərbi həkim komissiyasi tərəfindən “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. İddiaçı hərbi xidmətə yararsız olmasına səbəb olan “İkinci dərəcəli dişləm anomaliyası, dişləmarası məsafə 7 mm, çeynəmə səmərəliliyinin N.İ.Aqapova görə tam itməsi ilə” xəstəliyi hərbi xidmətə çağırılan zaman onda olmuşdur və o, həmin vaxt “Xəstəliklər cədvəli”nin 56b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il f fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməli idi. İddiaçı olmuş patologiyanın hərbi xidmətə çağırıldıqdan sonra qısa müddət ərzində inkişaf edərək ikinci dərəcəyə keçməsi, dişləmarası məsafənin 7 mm-ə çatması mümkün deyildir. Bu xəstəlik hazırda da mövcuddur, xəstəliyin inkişaf dinamikasında dəyişiklik qeyd edilmir və hazırki məhkəmə-tibbi ekspertizası zamanı aparılmış müayinələrin nəticəsi ilə bir daha təsdiq olunur. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən ona “ikinci dərəcəli dişləm anomalogiyası, dişləmarası məsafə 7 mm, çeynəmə səmərəliliyinin N.İ.Aqapova görə tam itməsi ilə, sağ böyrəyin sadə solitar kistası” diaqnozu düzgün təyin edilmiş, barəsində “Xəstəliklər cədvəli”nin 56b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarının verilməsi düzgün və əsaslıdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 16 noyabr 2022-ci il tarixli, PHŞ/6-2-2022-10926 nömrəli X6 ünvanlanmış məktubunda bildirilmişdir ki, məsələnin araşdırılması ilə bağlı Xəstəxanaya göndərilmiş sorğuya alınan cavabda İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin(SHXÇDX) Kəlbəcər rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 17 nömrəli göndərişi ilə Z.Məmmədov adına xəstəxanada xx.xx.2021-ci il tarixdə müayinə olunduğu və nəticədə “Açıq dişləm (5 mm.), çeynəmə funksiyası pozulmayıb” diaqnozu ilə xx.xx.2021-ci il tarixli, 3825/3336 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” ilə təmin edildiyi bildirilmişdir. Eyni zamanda, İddiaçı hərbi xidmətdə olarkən çeynəmənin pozulması ilə bağlı şikayətləri əsasında xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (MN МНР) müayinə olunmuş, “İkinci dərəcə dişləm anomaliyası, dişləmarası məsafə 7 mm, çeynəmənin səmərələliyinin N.İ.Aqapova görə tam itirilməsi ilə” diaqnozuna müvafiq olaraq “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilərək tərxis olunmuşdur. Övladının müayinəsində iştirak edən cavabdeh şəxslərə Xəstəxana rəhbərliyi tərəfindən xəbərdarlıq edilmiş, xəstələrin müayinə və müalicəsində qüvvədə olan klinik protokolların tələblərinə əməl edilməsi, mübahisəli hallarda baş mütəxəssislərin iştirakı ilə konsilium keçirilməsi, ehtiyac olduğu təqdirdə xəstələrin ixtisaslaşmış tibb müəssisələrinə göndərilməsinin təmin edilməsi tapşırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinə başlanılmış və vətəndaşların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərdən yararlanmaq hüququ vardır. Övladının səhhətində yaranmış problemlərlə bağlı icbari tibbi sığorta çərçivəsində “Xidmətlər Zərfi”nə daxil olan xidmətlərdən yararlanmasına köməklik göstərilməsinə dair “Gəncə şəhər Mərkəzi Xəstəxanası” X21ə müvafiq tapşırıq verilmişdir. 11 may 2022-ci il tarixli, 167 nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinin arayışının surətindən görünür ki, 2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, xəstəliklə əlaqədar Müdafiə Nazirinin 59 nömrəli, xx.xx.2008-ci il tarixli qərarının 56 b maddəsinə əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin Kəlbəcər rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Elbrus Möhsümov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 18 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 6(125)-47/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, X2 Gəncə şəhəri prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas Elbrus Möhsümovun xx.xx.2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi haqqında verdiyi şikayətinin təmin edilməməsi, qərarın qanuni hesab edilməsi, X6 ona dəymiş zərərin ödənilməsini mülki icraat qaydasında tələb etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Kəlbəcər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 16 noyabr 2021-ci il tarixli, 17 nömrəli göndərişi ilə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 adına Xəstəxanaya göndərilmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı barəsində “sağlamlıq vəziyyətinin müayinə edilməsi” haqqında 3825/3336 nömrəli, 17 noyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda İddiaçı dişləmarası məsafəsinin 5 mm olduğu və çeynəmə funksiyasının pozulmadığı qeyd edilmişdir. İddiaçı 2022-ci ilin yanvar ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, N ay gənc əsgər kursunu bitirdikdən sonra, N nömrəli hərbi hissəyə göndərilmişdir. Təxminən N ay xidmətdə olan zaman çeynəmə qabiliyyətində qüsur olduğu üçün təkrarən müayinələrdən keçirilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli, 3797 nömrəli “xəstəlik haqqında şəhadətnamə”yə əsasən ikinci dərəcəli dişləm anomalogiyası, dişləmarası məsafə 7 mm, çeynəmə səmərəliyinin N.İ.Aqapova görə tam itməsi ilə, həmçinin, sağ böyrəyin sadə solitar kista olduğu müəyyən edilmiş və Xəstəlik cədvəlinin 56b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə” qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlərin səhvi ucbatından əsassız olaraq hərbi xidmətdə olduğunu mübahisələndirərək, ona dəymiş maddi, mənəvi və əldən çıxmış fayda tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X14 nümayəndəsi iddia tələbini qəbul etmədiklərini bildirərək rədd edilməsini xahiş etmişlər. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X21 X10 adına Gəncə şəhər Təcili və X8 Xəstəxanasının nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiklərindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hazırkı mübahisənin həlli baxımından mülki və mülki prosessual hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinin dəlillərini işin faktiki halları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 Adına Xəstəxana tərəfindən verilmiş, digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 3825/3336 nömrəli “sağlam vəziyyətinin müəyyən edilməsi” haqqında akt əsasında ona “dişləmarası məsafəsinin 5 mm, çeynəmə funksiyasının pozulmaması” diaqnozu qoyularaq, hərbi xidmətə yararlı hesab edildiyini, lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının 29 mart 2022-ci il tarixli, 3797 nömrəli “xəstəlik haqqında şəhadətnamə”sinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunaraq hərbi xidmətdən tərxis olduğunu, yəni cavabdehlərin səhvi ucbatından əsassız olaraq hərbi xidmət keçdiyini bununla da ona maddi ziyan vurulduğunu qeyd etsə də, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehlərin səhlənkarlığı, səhvi, təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi zərər dəyməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının dişləmarası məsafəsinin xx.xx.2021-ci il tarixli, 3825/3336 nömrəli “sağlam vəziyyətinin müəyyən edilməsi” haqqında aktda 5 mm, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının 29 mart 2022-ci il tarixli, 3797 nömrəli “xəstəlik haqqında şəhadətnaməsində” isə 7 mm olduğu göstərilsə də, 18 yaşında olan insan orqanizmasının həmin dövr üçün sürətlə inkişaf etməsi halı nəzərə alındıqda həmin ölçülərin təbii proseslə əlaqədar olaraq, dəyişməsi halı ağlabatan olmaqla, istisna olunmur. Əksinə tədqiq olunan sənədlərlə müəyyən olunur ki, iddiaçının hərbi xidmətdə olduğu təxminən N ay ərzində onun səhhətində nəinki pisləşmə, əksinə çəkisi bir neçə kilo artmaqla yanaşı boyu da uzanmışdır. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçının hərbi xidmətə yararsız olmasına təkcə dişləm anomaliyası, dişləmarası məsafənin 7 mm, çeynəmə səmərəliliyinin N.İ.Aqapova görə tam itməsi deyil, iddiaçıda başqa problemin, yəni sağ böyrəyində sadə solitar kistanın olması da səbəb olmuşdur. Məhkəmə, iddiaçının hərbi xidmətə getmədən əvvəl işlədiyini, işləyərək kifayət qədər qazanc əldə etdiyini, lakin, hərbi xidmətə getdikdən sonra əldə çıxmış fayda olaraq, 5000 manat məbləğində pul tələbinə də qiymət verərək, qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı rəsmi iş yerinin olması, qazancı, hərbi xidmətə getmədən əvvəl qeyd etdiyi məbləğdə gəlirlərinin olması, ümumiyyətlə vaxtilə qazanc əldə etməsi, habelə, hərbi xidmətdə olmasına görə hər hansı gəlirlərindən məhrum olmasına dair tutarlı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Nəhayət məhkəmə iddiaçının digər bir tələbi olan mənəvi zərərə də qiymət verərək, qeyd edir ki, vətəni müdafiə vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 76cı maddəsində öz əksini tapan əsas vəzifələrindən biridir. İddiaçının hərbi xidmətdə olmasına, yəni, vətənin mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumasına, müdafiə etməsinə, başqa sözlə öz layiqli, namuslu və şərəfli borcunu və vəzifəsini, ən ümdə amalını qısa müddət ərzində olsa belə, yerinə yetirməsini itirilən vaxt hesab edib bunu mənəvi zərərə uğraması kimi qiymətləndirməsi və buna görə mənəvi zərər tələb etməsi məntiqli və ağlabatan deyildir. Başqa sözlə bu Konstitusiyasının tələblərinə zidd olmaqla, yanaşı yolverilməzdir. Həmçinin, iddiaçının vətənin keşiyində dayanmaqdan daha ali və müqəddəs vəzifəsi olmadığı halda, bu borcunun yerinə yetirilməsinə görə də hər hansı mənəvi zərər tələb etməsindən söhbət gedə bilməz. Başqa sözlə, məhkəmə fərdin maraqları ilə dövlətin maraqları arasındakı mütənasiblik əmsalı baxımından da qiymətləndirmə apararaq hesab edir ki, dövlətin maraqları ən ümdə olan maraq kəsb edir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 adına Gəncə şəhər Təcili və X1rşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 X10 adına Gəncə şəhər Təcili və X1rşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-696/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-696/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver