Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-70/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı (üçüncü şəxs X3) “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə dəymiş ziyana görə 1955+3850+980+852.5+1000=8637.5 manatın və ödənilmiş 106.67 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra-iddiaçı və ya lizinq verən) ilə Cavabdeh (bundan sonra-cavabdeh və ya lizinq alan) 16 sentyabr 2021-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmiş, tərəflər arasında avtomobil vasitəsinin icarə müqaviləsi bağlanmış, Hyundai Elantra markalı ** NU *** dövlət nömrə nişanlı avtomobil onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin avtomobilə dair "xxxx" MMC tərəfindən №1151 nömrəli yol vərəqəsi verilmişdir. İcarə haqqı kimi gündəlik 55 manat müəyyən olunmuş, tərəflər qeyd edilən məbləğə razılaşmışlar. Cavabdeh avtomobili götürdükdən sonra, müqaviləyə əsasən qadağan olduğunu bilə bilə, tanışı, X1 idarə etməyə vermiş, X2 isə həmin avtomobillə 16 noyabr 2021-ci il saat 00:50 tarixdə avtomobillə avtoqəza törətmiş və DYP tərəfindən İXP4307655 protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinin tələblərinə uyğun olaraq barəsində 16 noyabr 2021-ci il tarixli qərar verilmiş, 60 manat məbləğində cərimələnmişdir. X2 qeyd edilən inzibati xətanı törətməklə yanaşı, Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş avtomobilə zərər vurmuş, sonradan həmin zərərin aradan qaldırılması ilə bağlı əməli addımlar atmamışdırlar. Həmin avtomobil tərəflərindən öz hesablarına təmir etdirilmiş, fiziki şəxs X4 VÖEN********** "Akay Auto” servisi tərəfindən 27 yanvar 2022-ci il tarixli qüsur aktı tərtib edilmiş, yekun olaraq çəkilmiş xərc məbləği 1955 manat müəyyən olunmuşdur. Cavabdeh nəinki zərəri, ümumi gündəlik tərəflərin razılaşmış olduğu, avtomobilin servisdə qaldığı 70 gün müddət üçün 55 manat ödənişi də "My Cars” MMC-yə ödəməmiş, müqavilənin şərtinə əsasən saz vəziyyətdə avtomobili təhvil verilənə kimi, (yəni yararlı olana qədər, digər icarəyə götürənə təhvil verilə biləcək vəziyyət nəzərdə tutulur) gündəlik hesablama aparılmalı və bu qeyd edilən məbləğ ümumi 3850 manat təşkil edir. Fiziki şəxs X4 VÖEN********** "Akay Auto" servisi tərəfindən 27 yanvar 2022-ci il tarixli arayışında avtomobilin 70 gün təmirdə qaldığı qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh ofisə gələrək işlərinin yarımçıq qaldığını və avtomobilə dəymiş ziyanın aradan qaldırılmasına görə pul vəsaitini toplamaq üçün ona digər avtomobilin lazım olduğunu və avtomobilə dəymiş ziyanı, idarə etdiyi müddət ərzində ona yol polisi tərəfindən yazılmış protokolları, 16 noyabr 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək yaranacaq 980 manat icarə haqqını da 30 noyabr tarixdə ödəyəcəyini bildirmiş və Hyundai Tucson markalı **-MK-*** dövlət nömrə nişanlı avtomobili sahibliyinə və istifadəsinə götürmüşdür. Lakin 30 noyabr 2021-ci il tarixində bu məbləği də ödəməmişdir. ** NU *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı və Hyundai Tucson ** MK *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh istifadəsində olan zaman avtomaşınlara DYP tərəfindən cərimə protokolları tərtib olunmuş, ümumi məbləği 630 manat məbləğində cərimə olunmuşdur. Bu protokolları ödəməkdən boyun qaçırmışdır. Həmin protokollara DYP tərəfindən 222.5 manat dəbbə pulu gəlmişdir. DYP tərəfindən avtomaşına həbs qoyulacağı xəbərdarlığından sonra 13 yanvar 2022-ci il tarixdə 852.5 manat məbləğində cərimələr tərəflərindən ödənilmişdir. Hyundai Elantra markalı **-NU-*** dövlət nömrə nişanlı avtomobil "My Cars” MMC ilə həmin avtomobilin mülkiyyətçisi olan X3 arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən və Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq olunmuş 13 sentyabr 2019 tarixli, 7e/35345 reyestrli etibarnaməyə əsasən xx.xx.2024-cü il tarixinədək sahibliyə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh və üçüncü şəxs iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, "xxxx" MMC “Hyundai Tucson” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh sahibliyinə və istifadəsinə hər günü 70 manat olmaqla vermişdir; İddiaçı MMC tərəfindən “Hyundai Elantra” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobili üzrə Cavabdeh xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üçün yol vərəqələri vermişdir; “Akay Auto” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, “Hyundai Elantra” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1955 manat ziyan dəymişdir; İddiaçı MMC tərəfindən “Hyundai Tucson” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobili üzrə Cavabdeh xx.xx.2021-xx.xx.2021-ci il tarixi üçün yol vərəqəsi vermişdir; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, "xxxx" MMC “Hyundai Elantra” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh sahibliyinə və istifadəsinə hər günü 55 manat olmaqla vermişdir; İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə, **-NU-*** dövlət nömrə nişanlı avtomobildən istifadəyə görə tərtib edilmiş BNA1777825 nömrəli protokola əsasən 28.60 manat; EQ ******* nömrəli protokola əsasən 57.60 manat; BNA1733606 nömrəli protokola əsasən 32 manat; İXP ******* nömrəli protokola əsasən 96 manat; İXP ******* nömrəli protokola əsasən 64 manat; EQ ******* nömrəli protokola əsasən 64 manat; EQ ******* nömrəli protokola əsasən 69 manat; EQ ******* nömrəli protokola əsasən 57.20 manat; BNA ******* nömrəli protokola əsasən 22 manat; EQ ******* nömrəli protokola əsasən 22.60 manat; EQ ******* nömrəli protokola əsasən 67.80 manat; BNA ******* nömrəli protokola əsasən 23.40 manat; EQ ******* nömrəli protokola əsasən 75.60 manat; EQ ******* nömrəli protokola əsasən 12.80 manat; İXP ******* nömrəli protokola əsasən 69.50 manat və EQ ******* nömrəli protokola əsasən 13.20 manat; “Hyundai Tucson” markalı, **- MK-*** dövlət nömrə nişanlı avtomobildən istifadəyə görə BNA ******* nömrəli protokola əsasən 20.20 manat və İXP ******* nömrəli protokola əsasən 57 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8366 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Akay Auto” servisin xx.xx.2021-ci il tarixli qesur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehdiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1735.0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2). Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür (675). Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır (684). Mülki Məcəlləyə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir (1108). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqələri əsasında iddiaçı tərəfindən cavabdehin istifadə və sahibliyinə verilmiş, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində törətdiyi inzibati xətalara görə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş halda iddiaçı tərəfindən təhvil alınmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı cavabdehdən lizinq obyektinə dəymiş zərərin əvəzinin ödənilməsini və cərimələrə görə edilmiş ödənişlərinin tutulmasını tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı tərəfindən “Hyundai Tucson” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobil 14 gün müddətinə cavabdehin istifadəsinə verilmişdir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı hazırkı iş üzrə qüsur aktına əsasən 1955 manat, avtomobilin təmirdə qaldığı 70 gün üçün hər günü 55 manatla hesablanaraq 3850 manat, “Hyundai Tucson” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobilin icarəyə verildiyi 14 gün üçün hər günü 70 manatla hesablanaraq 980 manat, avtomobillərin istifadəsi zamantı tətbiq edilmiş cərimələr üzrə ödənişlərin əvəzi qismində 852.5 manat və 1000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, **-NU-*** dövlət nömrə nişanlı avtomobilə və “Hyundai Tucson” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobilə dair cavabdehlə bağlanmış icarə müqavilələrinin qüvvədə olduğu müddətlərdə törədilmiş inzibati xətalara görə cərimə növündə tətbiq inzibati təhbehlər üzrə İddiaçı MMC tərəfindən (28.6+57.6+32+96+64+64+69+57.2+22+22.6+67.8+23.4+75.6+12.8+69.5+13.2+20.2+57= 852.5) ödənişlər edilməsi sübuta yetirilmişdir. Buna görə 852,5 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı qüsur aktına əsaslanaraq zədələnmiş əmlakını bərpa etmək üçün çəkdiyi xərcin əvəzi qismində cəmi 8744.17 manat pulun tutulmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza nəticəsində mübahisəli avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1735 manat müəyyən edilmişdir. Ekspert rəyi sübut növü kimi qəbul edir və razılaşır, belə ki, həmin rəyin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 1735 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa, iddiaçı avtomobilin təmir olunduğu 70 gün üçün hər günü 55 manatla hesablanaraq 3850 manat pulun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı avtomobilin təmirinin 70 gün davam etməsində cavabdehin təqsirli və hüquqa zidd hərəkətini təsdiqləyən sübut təqdim etməmişdir. Belə olan halda avtomobilin təmirdə qaldığı dövr üzrə pulun tutulması hissəsində iddia təmin edilə bilməz. Bundan başqa, iddiaçı “Hyundai Tucson” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu 14 gün üzrə ödənişlərin edilmədiyini bildirərək, hər günü 70 manatla hesablanaraq 980 manat pulun tutulmasını xahiş etmişdir. Lakin həmin icarə haqqının 14 günün sonunda ödəniləcəyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ödəniş edilmədiyi halda avtomobili istifadə və sahibliyə verməsinin məsuliyyətini daşıyır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 980 manat pulun tutulması hissəsində iddia təmin edilə bilməz. Bundan başqa, iddiaçı 1000 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, həmin hissədə iddianı faktiki və (ya) hüquqi cəhətdən əsaslandırmamışdır. Belə olan halda, 1000 manat pulun tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilin təmiri üzrə çəkilmiş xərcin əvəzi qismində ekspert rəyi ilə müəyyən edilmiş 1735 manat pul və avtomobillərin istifadəsi zamanı tətbiq edilmiş cərimələrin ödənilməsinə görə 852.5 manat pul olmaqla, cəmi 2587,5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45,88 manat pul tutularaq iddiaçıya, ekspertiza xərci olaraq 100 manat pulun 30 manatı cavabdehdən, 70 manatı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 2587 (iki min beş yüz səksən yeddi) manat 50 (əlli) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat 88 (səksən səkkiz) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 30 (otuz) manatı Cavabdeh, 70 (yetmiş) manatı İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-70/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-70/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver