Məhkəmə qərarları › İş №2(125)-702/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-702/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-702/2023 03.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi) qarşı “2**3-cü ilin yanvar ayının 1-dən hal-hazırki günə kimi hər ay 2** manat olmaqla, cəmi 48*** manat kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi) qarşı “2**3-cü ilin yanvar ayının 1-dən hal-hazırki günə kimi hər ay 2** manat olmaqla, cəmi 48*** manat kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2**3-cü ilin yanvar ayının 1-dən hal-hazırki günə kimi hər ay 2** manat olmaqla, cəmi 48*** manat kirayə pulunun və tərəfindən ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı adına Gəncə şəhəri, Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatının *6 sentyabr 1994-cü il tarixli, 158 saylı orderi ilə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında yerləşən 4 (dörd) otaqlı, 5*,15 kvadratmetr mənzil verilmişdir. Mənzil olan bina istismara tam hazır vəziyyətdə olmadığından, hətta dam örtüyü belə olmadığından binada yaşayış yox idi. Tanımadığı Saləddin adlı montyor olan bir şəxs onu taparaq, evdə qalmasına icazə istəmiş, ev dediyi kimi istismara yararsız olduğundan razılaşmışlar ki, evə kirayə haqqı tələb edilmir, onun müqabilində evə lazımi təmir işləri görülməli idi. Bu minvalla 2* ildən artıq müddətdir ki, evdə pulsuz olaraq yaşayırlar. Evin orderində bir üzünü Cavabdeh vermişdir ki, evə kimsə tərəfindən hər hansı bir zəbt və ya yoxlamalarla gələn zaman orderi göstərsin. Onun həyat yoldaşı X4 ağır xərçəng xəstəliyinə düçar olmuş, onun pensiyası müalicəsinə çatmırdı. 3 il öncə Cavabdeh müraciət edərək kömək məqsədilə pul istəmiş, lakin Cavabdeh imtina etmiş və bildirmişdir ki, 2* ildən artıq müddətdir ki, evdə pulsuz qalmış, indi evi boşaltmalıdır ki, evdən özü istifadə etsin. Lakin, Cavabdeh və ailə üzvlərinin evdən çıxmaq fikri yoxdur, onun mənzilə daxil olmağında cavabdeh və onun ailə üzvləri tərəfindən problem yaranmışdır. Onun cavabdehlə evə dair heç bir vaxt nə şifahi, nə də ki, rəsmi alqı-satqı müqaviləsi olmamışdır. Hazırda mənzildən istifadə edə bilmir, şəkərli diabet xəstəsidir, müalicəsi üçün pul lazımdır, cavabdehlərin özbaşınalıqlarının nəticəsidir ki, mənzili özəlləşdirə bilmir, özəl olmadığından da banka qoyub ipoteka və kredit götürə bilmir, cavabdeh və onun ailə üzvlərinin evdən çıxarılma tələbi ilə bağlı Gəncə Şəhər Nizami Rayon Polisində rəsmi ərizə ilə müraciət olunmuşdur, lakin heç bir rəsmi cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən Cavabdeh mənzili təmir etməli, əvəzində isə mənzildə pulsuz olaraq yaşamalı idi. Lakin Cavabdeh 2* ildən artıq müddətdir ki, heç bir ödəniş etmədən mənzildə yaşayır. Cavabdeh mübahisəli mənzildən çıxarılması ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnamələri vardır. Buna baxmayaraq Cavabdeh da məhkəməyə müraciət edərək evə çəkmiş olduğu xərci iddiaçıdan tələb etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21 sentyabr 2*22-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzildə aparılan təmir xərcinə görə İddiaçı Cavabdeh xeyrinə 2**** manat pulun tutulması qət edilmişdir. Belə olan halda iddiaçı da cavabdehdən kirayə haqqını tələb etmək məcburiyyətində qalmışdır. Mübahisəli ev dövlət mənzil fonduna daxildir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli mənzili 25 fevral 2**3-cü ildə almışdır. İddiaçı isə ərizədə yazır ki, 1 yanvar 2**3-cü ildə almışdır, bu isə yalandır. O, mənzili pul ilə aldığı gündən, yəni 25 fevral 2**3cü ildən 19 noyabr 2**3-cü ilə kimi təmir elətdirmiş, sonra isə həmin evə köçmüşdür. Mübahisəli ev dövlət mənzil fonduna daxildir. 19 noyabr 2**3-cü ildən toyu olan gündən öz mənzilində yaşamışdır. 2* ildir ki, o, mübahisəli mənzildə yaşayır. Bütün kommunal xərcləri də özü ödəmişdir. Bu 2* ildə İddiaçı bircə dəfə 3 il bundan əvvəl mənzilə gəlmişdir. Evin qiyməti dəfələrlə bahalaşdığı üçün Altay onu evdən çıxarmaq qərarına gəlmiş, belə olan halda o, da təmir xərcini Altaydan tələb etmişdir. Hazırki iddia ilə bağlı qeyd edir ki, iddiaçı ilə onun arasında nə şifahi nə də yazılı kirayə müqaviləsi bağlanmamışdır. Ümumiyyətlə qanunvericiliyin tələbinə görə daşınmaz əmlaka dair bağlanan bütün müqavilələr notarial qaydada bağlanmalıdır. Bu isə yoxdur, deməli iddiaçının tələbi əsassızdır. Əksinə o, mübahisəli mənzili İddiaçı pul ilə almışdır. Mənzil iddiaçının mülkiyyətinə olmadığı üçün alqı-satqı etdirə bilməmişdir. Mənzili iddiaçıdan yalnız baş etibarnamə ilə almış və mənzilin orderinin əslini də iddiaçı tərəfindən ona verilmişdir. İndiki zamanda heç kim, heç kimə evini kirayəyə verəcəyi təqdirdə kirayəçiyə həmin evə dair baş etibarnamə və ya mənzilin sənədini verməz. İddiaçı ərizəsində yazdıqları və qeyd etdikləri hamısı böhtan və yalandır. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1953-cü ildə Şəmkir rayonu, Dəllərcəyir kəndində doğulmuş, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 17 noyabr 2*22-ci il tarixli arayışından görünür ki, xx xxxx 1953-cü il təvəllüdllü İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1963-cü ildə Daşkəsən rayonunda doğulmuş, Gəncə şəhəri, 4-cü mikrorayon, yataqxana-2 ünvanında qeydiyyatdadır. Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının aparatının *6 sentyabr 1994-cü il tarixli, 158 nömrəli orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 5 nəfərdən ibarət ailəsi ilə birlikdə Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında yerləşən 4 (dörd) otaqlı, 5*,15 kvadratmetr mənzil sahəsini tutmağa ixtiyarı vardır. Orderin verilməsi üçün əsas Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 776 nömrəli *6 sentyabr 1994-cü il tarixli sərəncamıdır. ƏN-İ seriyalı, *13*7* nömrəli, 25 fevral 2**3-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı X2 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 158 saylı, *6.*9.1994-cü il tarixli orderə əsasən ona məxsus olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, otaq 2*-də yerləşən dörd taqlı mənzili xüsusiləşdirilməsinə satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üç il müddətinə verilmişdir və 25 fevral 2**6cı ilədək qüvvədədir. Azərbaycan Respublikası Gəncə şəhəri, X1 Cəmiyyətinin *1 fevral 2*23-cü il tarixli, *28* nömrəli rəyində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun Vəkili X3 bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İİ bəndinin üçüncü hissəsinə əsaslanan 17.*1.2*23-cü il tarixli 87 nömrəli yazılı sorğuya cavab olaraq bildirir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında yerləşən (dörd) otaqlı, ümumi sahəsi 5*,15 kvadratmetr olan mənzilin həmin ərazidə olan aylıq kirayə haqqının *1.*2.2*23-cü il tarixinə orta bazar qiyməti 15* (bir yüz əlli) manat təşkil edir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-2937/2*21 nömrəli, 28 oktyabr 2*21-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddianın təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatının *6.*9.1994-cü il tarixli, 158 saylı orderi ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, 2* saylı mənzildən Cavabdeh və ailə üzvləri əşyaları ilə birlikdə çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(1*4)-665/2*22 nömrəli, 21 sentyabr 2*22-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2*21-ci il tarixli, 2(*44)- 2937/2*21 saylı qətnaməsi qismən – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi – hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2**** (iyirmi min) manat alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *7 fevral 2*23-cü il tarixli, 2(1*2)-626/2*23 nömrəli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-665/2*22 nömrəli, 21 sentyabr 2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 39*.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 4*5.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 4*6.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının aparatının *6 sentyabr 1994-cü il tarixli, 158 nömrəli orderi əsasında Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında yerləşən 4 (dörd) otaqlı, 5*,15 kvadratmetr olan mənzil İddiaçı verilmişdir. İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi Maraqlı şəxsnə qarşı “cavabdehin ailə üzvləri və ev əşyaları ilə birlikdə evdən çıxarılması” tələbinə dair iddiası üzrə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-2937/2*21 nömrəli, 28 oktyabr 2*21-ci il tarixli qətnaməsinə əsasən ilk iddianın təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatının *6.*9.1994-cü il tarixli, 158 saylı orderi ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, 2* saylı mənzildən Cavabdeh və ailə üzvləri əşyaları ilə birlikdə çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(1*4)-665/2*22 nömrəli, 21 sentyabr 2*22-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2*21-ci il tarixli 2(*44)-2937/2*21 saylı qətnaməsi qismən – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi – hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2**** (iyirmi min) manat alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *7 fevral 2*23-cü il tarixli, 2(1*2)-626/2*23 nömrəli qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-665/2*22 nömrəli, 21 sentyabr 2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda İddiaçı Cavabdeh qarşı “2**3-cü ilin yanvar ayının 1-dən hal-hazırki günə kimi hər ay 2** manat olmaqla, cəmi 48*** manat kirayə pulu” tələbinə dair iddia qalmışdır. Lakin iddiaçı mübahisəli evi cavabdehə kirayə verməsinə dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə arasında hər hansı kirayə müqaviləsi bağlanmadığından və kirayə pulunun ödənilməsi barədə razılaşma olmadığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının aparatının *6 sentyabr 1994-cü il tarixli, 158 nömrəli orderi əsasında Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında yerləşən 4 (dörd) otaqlı, 5*,15 kvadratmetr olan mənzil İddiaçı verilmişdir. İddiaçı sözügedən mənzilə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin mənzilə iddiaçının adına order olduğundan onun həmin mənzilə dair qanuni gözləntisi vardır. Yəni sözügedən mənzilin iddiaçının sahiblik və istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Lakin məhkəmənin gəldiyi qənaətə görə İddiaçı ona məxsus olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında yerləşən 4 (dörd) otaqlı, 5*,15 kvadratmetr olan mənzildə Cavabdeh 2* ildən artıq müddətdir ki, pulsuz olaraq yaşaması və nəticədə 2**3-cü ilin yanvar ayının 1-dən hal-hazırki günə kimi hər ay 2** manat olmaqla, cəmi 48*** manat kirayə pulunun ona verilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, əmlak kirayəsi müqaviləsinin forması ilə bağlı Mülki Məcəllədə hər hansı məcburi şərt yoxdur. Yəni qanun müqavilənin formasını xüsusi olaraq tənzimlənir. Başqa sözlə desək, qanunla əmlak kirayə müqaviləsinin forması üçün xüsusi tələb irəli sürülmür. Ona görə də əqdin forması haqqında qaydalar bu müqavilənin formasının tənzimlənməsində tətbiq edilə bilər. Qeyd olunmalıdır ki, əmlak kirayəsi müqaviləsi həm şifahi, həmdə yazılı formada bağlanılır. Lakin İddiaçı Cavabdehla arasında sözügedən mənzilə dair kirayə müqaviləsinin istər şifahi, istərsə də yazılı formada bağlanması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, mənzil 2* ünvanında yerləşən 4 (dörd) otaqlı, 5*,15 kvadratmetr olan mənzilə kirayə haqqı tələb etmədiyini, cavabdehin həmin mənzili təmir etmək şərti ilə yaşamasına icazə verdiyini qeyd etmişdir. Məhkəmə hazır ki, iş üzrə iddiaçı və cavabdeh arasında kirayə müqaviləsinin bağlanmamasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 235 (iki yüz otuz beş) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi) qarşı Cavabdeh “2**3-cü ilin yanvar ayının 1-dən halhazırki günə kimi hər ay 2** manat olmaqla, cəmi 48*** manat kirayə haqqı” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 235 (iki yüz otuz beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar