Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-704/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3nə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı "hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatının ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3nə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42/*6 nömrəli 28.*6.2*19-cu il tarixli hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququ ilə bağlı *3.*2.2*2*-ci il tarixli, 152***3*25 nömrəli dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış 14 avqust 2*15-ci il tarixli, 141/HE/KM-2 nömrəli kredit müqaviləsinə əsasən ona illik 24 faiz olmaqla, 36 ay müddətinə 1**** ABŞ dolları məbləğində kredit verilmiş, baş vermiş devalivasiyadan sonra ABŞ dolları ilə olan krediti ödəyə bilməmişdir. Ona verilmiş kredit məbləğini bir müddət ödədikdən sonra qalıq əsas borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2*19-cu il tarixli Fərmanının təsiri altına düşməsinə baxmayaraq, problemli kreditin həlli Bank tərəfindən həll edilməmişdir. Belə ki, ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, Kredit Bürosu və Cavabdeh1 ASC tərəfindən onun devalivasiya baş verdikdən sonra kreditin gecikmə günləri cavabdeh "xxxx" ASC tərəfindən sistemə düzgün oturulmamış və Problemli kreditin həlli ilə bağlı məlumat düzgün olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına yönəldilməmişdir. Hazırda, Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının vətandaşlarının yaşayış rifahının yaxşılaşdırılması, əhalinin yaşayış evləri ilə, xüsusilə də gənclərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sosial yönümlü sərəncam və fərmanlar qəbul edilməsinə baxmayaraq bir sıra orqanların, bankların bu sərəncam və fərmanların icrası ilə bağlı öz maraqlarına uyğun sui-istifadə etməsi onun kimi vətandaşın və gəncin hazırda mənzilsiz qalmasına şərait yaradır. Bundan sonra cavabdeh tərəfindən ona gözləməyi bildirilməklə qanunsuz olaraq evini açıq hərracda almışlar, həmin evin hərracı barədə ona heç bir məlumat verilməmiş və o, da kreditinin restrukturizasiya edilməsini gözləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2*19-cu il tarixli fərmanına əsasən İcra idarəsinin icraatında problemli kreditlərin idarə edilməsi üzrə olan işlərin icraatının dayandırılması göstərilsə də hərrac davam etmişdir. Hazırda iddia ərizəsinə əlavə edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarından da göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən kredit borcunun restrukturizasiya edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2*19-cu il tarixli fərmanının tələbləri kobud şəkildə bilərəkdən pozulmuşdur. Bunun nəticəsində isə digər Cavabdeh2nə bu barədə vəsatətlə müraciət edilərək icraatın dayandırılması xahiş edilsə də, Cavabdeh2 tərəfindən “Məhkəmə qərarlarının icrası haqqında” qanunun tələbləri pozulmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. Cavabdeh2 özünün qanuni qüvvəyə malik olan “icra vərəqəsinin icraatının dayandırılması” barədə qərar qəbul etməli olduğu halda hərracın sifariş əsasında davam etdirilməsi həm “İcra haqqında” qanunun, həmçinin Mülki Məcəllənin və Azərbaycan Respublikası Prezidentinin 28.*2.2*19-cu il tarixli fərmanının tələblərinin pozulması deməkdir. Göründüyü kimi, hər iki cavabdehin hərəkət və hərəkətsizliyi onun mülkiyyət hüququnun pozulmasına yönəldiyindən onlara qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Həmçinin, ipoteka predmeti olan əmlak üzrə keçirilmiş qanunsuz hərracın nəticələri etibarsız olduğundan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri orqanı tərəfindən digər cavabdeh "xxxx" ASC-nin adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat ləğv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən cavabdeh "xxxx" ASC-nə *8.*8.2*15-ci il tarixli, 141/HE/KM-2 saylı kredit müqaviləsinin müvafiq siyahıya daxil edilməsi nəzərə alınaraq, sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun Fərmanın 6-cı hissəsinə uyğun olaraq restrukturizasiya edilməsi bildirilərək qısa müddətə Mərkəzi Banka məlumat verilməsi tələb olunsa da cavabdeh "xxxx" ASC tərəfindən hələ də heç bir tədbir görülməmiş və bu baxımdan da hazırki iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiaçının kredit ödənişlərini ABŞ dollarının devalivasiyasına qədər vaxtında ödədiyini, yalnız ondan sonra ödənişlərdə problem yarandığını, bankın yeni ödəniş qrafiki verməməsi, yəni iddiaçının borcunun restrukturizasiya olunmaması səbəbindən iddiaçının borcunu ödəyə bilmədiyini qeyd etmiş, sonrakı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, sözügedən əmlak üzrə hərrac qanunla müəyyən edilmiş qaydada keçirilmiş, hərrac zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmənin baxış iclasında iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdehlərə - Cavabdeh2nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3nə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələrinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)- 3283/2*17 nömrəli, *8.11.2*17-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və X1 müştərək qaydada 14.*8.2*15-ci il tarixli 141/HE/KM-2 saylı kredit müqaviləsi üzrə əsas borc 92*7,26 ABŞ dolları, faiz borcu 37*7,76 ABŞ dolları, cərimə 1* ABŞ dolları, cəmi 12925,*2 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq Cavabdeh1 ASCnə ödənilməsi, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Şota Rustavelli küçəsində istifadədə olan *,*38 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 27,5 kv.m, yaşayış sahəsi 27,5 kv.m olan 1 otaqlı və 1 mərtəbəli, ümumi sahəsi 77,5 kv.m, yaşayış sahəsi 32,4 kv.m, yardımçı sahəsi 45,1 kv.m olan 1 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi olan liter “C” hamamayaqyolu 12,6 kv.m, liter “D” də qaraj 39.3 kv,m tikilialtı sahədən ibarət 39 A saylı yaşayış evinin ilkin satış qiyməti 37*** manat dəyərində müəyyən edilməsi, tələbin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan həmin əmlaka yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması və cəmi 12995,*2 ABŞ məbləğində borcun həmin əmlakın satışında əldə olunan vəsait hesabına Cavabdeh1 ASC-nə ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlər İddiaçı və X1 birgə qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan, 141/HE/KM-2 saylı, 14 avqust 2*15-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı 36 ay, illik 24 faiz olmaqla, 1**** dollar məbləğində kredit verilmişdir. İş materiallarında olan, 141/HE/KM-2 saylı, 14 avqust 2*15-ci il tarixli kredit müqaviləsindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini - Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində istifadədə olan *,*38 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 27,5 kv.m, yaşayış sahəsi 27,5 kv.m olan1 otaqlı və 1 mərtəbəli, ümumi sahəsi 75 kv,m, yaşayış sahəsi 32.4 kv.m, yardımçı sahəsi 45,1 kv.m olan 1 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi olan Liter "C"-Hamam-ayaq yolu-1 mərtəbəli-12,6 kv.m.Liter "D"-Qaraj -1 mərtəbəli 39,3 kv.m, cəmi 51,9 kv.m tikintialtı sahədən ibarət 39 A nömrəli fərdi yaşayış evi kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan Cavabdeh1 ASC xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 174/KK-HE saylı, *3 noyabr 2*15-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı 24 ay, 1*** ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5272/2*21 nömrəli, 31.*8.2*21-ci il tarixli Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" ASC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “siyahıya əlavə edilmə öhdəliyinin qoyulması” tələbinə dair iddiasının təmin edilməsi və İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 8 avqust 2*15-ci il tarixli, 141/HE/KM-2 nömrəli kredit müqaviləsi üzrə qalıq qalan borcun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 16-*4564-2*21 nömrəli, 22 sentyabr 2*21-ci il tarixli məktubu ilə İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış *8.*8.2*15-ci il tarixli, 141/HE/KM-2 nömrəli kredit müqaviləsinin müvafiq siyahıya daxil edilməsi nəzərə alınaraq, sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun Fərmanın 6-cı hissəsinə uyğun olaraq restrukturizasiya edilməsi təklif olunmuş, təklifin icrası istiqamətində görüləcək tədbirlər barədə qısa müddət ərzində Mərkəzi Banka məlumat verilməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3 məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı məxsus əmlak üzrə hərraclar təşkilat tərəfindən keçirilmədiyindən sənədlərin göndərilməsi mümkünsüzdür. Cavabdeh2 məhkəmə sorğusu əsasında məhkəməyə göndərdiyi icra işinin materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən *2 avqust 2*18-ci il tarixdə 2(*44)-3283/2*17 nömrəli, *8.11.2*17-ci il tarixli icra vərəqəsi verilmiş, Cavabdeh2 tərəfindən həmin icra vərəqəsi əsasında 16.*8.2*18-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra üzrə icraata başlanmış, tələbin könüllü icrası haqqında eyni tarixli bildiriş göndərilərək tələbin könüllü icrası üçün borclulara 1* gün müddətinə vaxt verilmişdir. Lakin icra sənədi könüllü icra edilmədiyindən, Cavabdeh2 tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-nin direktoruna 168427/18 nömrəli, 31.*8.2*18-ci il tarixli məktub ünvanlanaraq sözügedən fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir. 14.*9.2*18-ci il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı X9 tərəfindən açıq hərracın keçirilməsinə dair 1 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh2nə, İddiaçı, X2, Cavabdeh1 ASC-nə ünvan 2 *,*38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və onun tərkib hissəsi olan 39A saylı fərdi yaşayış evinə dair hərracın açıq auksion formasında 15 oktyabr 2*18-ci il tarixdə saat 11:**-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (2*A) 1933 məhəllə (birinci mərtəbədə) ünvanda keçirilməsi və hərracın predmeti olan ünvan 2 *,*38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və onun tərkib hissəsi olan 39A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 37*** manat məbləğində qiymətləndirilməsi barədə məlumat verilmişdir. Cavabdeh2 tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-nin direktoruna ünvanlanmış 168427/18 nömrəli, *1.1*.2*18-ci il tarixli məktubda borclu İddiaçı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(*44)-3283/2*17 nömrəli, *8.11.2*17-ci il tarixli icra sənədin şikayət verdiyi üçün hərracın dayandırılmasını xahiş edilmişdir. Cavabdeh2 tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-nin direktoruna ünvanlanmış 168427/18 nömrəli, 3*.11.2*18-ci il tarixli məktubda Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-4852/2*18 nömrəli, 15.11.2*18-ci il tarixli qərardadına əsasən “qiymətləndirmənin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığı üçün hərracın davam etdirilməsi xahiş edilmişdir. *5.*4.2*19-cu il və 19.*4.2*19-cu il tarixlərdə Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı X9 tərəfindən açıq hərracın keçirilməsinə dair müvafiq olaraq 1 və *1/2 nömrəli bildirişlərin surətindən görünür ki, Cavabdeh2nə, İddiaçı, X2, Cavabdeh1 ASC-nə ünvan 2 *,*38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və onun tərkib hissəsi olan 39A saylı fərdi yaşayış evinə dair hərracın açıq auksion formasında *6 may 2*19-cu il tarixdə saat 11:**-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (2*A) 1933 məhəllə (birinci mərtəbədə) ünvanda keçirilməsi və hərracın predmeti olan ünvan 2 *,*38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və onun tərkib hissəsi olan 39A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 37*** manat məbləğində qiymətləndirilməsi barədə məlumat verilmişdir. 1*.*5.2*19-cu il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı X9 tərəfindən açıq hərracın keçirilməsinə dair 2 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh2nə, İddiaçı, X2, Cavabdeh1 ASC-nə ünvan 2 *,*38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və onun tərkib hissəsi olan 39A saylı fərdi yaşayış evinə dair hərracın açıq auksion formasında 27 may 2*19-cu il tarixdə saat 11:**da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (2*A) 1933 məhəllə (birinci mərtəbədə) ünvanda keçirilməsi və hərracın predmeti olan ünvan 2 *,*38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və onun tərkib hissəsi olan 39A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 3145* manat məbləğində qiymətləndirilməsi barədə məlumat verilmişdir. 31.*5.2*19-cu il tarixli Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı X9 tərəfindən verimiş “X4 olunmasına dair” təklifdən görünür ki, Cavabdeh2nə, İddiaçı, X2, Cavabdeh1 ASC-nə Cavabdeh2 168427/18 saylı, 31.*8.18-ci il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka ilə yüklü ünvan 2 *,*38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və onun tərkib hissəsi olan 39A saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 31.*5.2*19-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvaqif olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 23587,5 manat olmaqla ipoteka saxlayan təklif olunmuşdur. 28.*6.2*19-cu il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı X9 tərəfindən Cavabdeh2nə və Cavabdeh1 ASC-nə ünvanlanmış məktubdan və “İpoteka saxlayana X4 Edilməsi Üçün” 42/*6 nömrəli Hərracın yekunları barədə protokoldan görünür ki, hərracda 168427/18 saylı, 31.*8.2*18-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami, rayonu Ş.Rustavelli küçəsində yerləşən fərdi yaşayış evi 23587,5* manata Cavabdeh1 ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 əldə etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ipoteka ilə yüklü edilmiş sözügedən əmlak üzrə hərracın təşkilatçısı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3 olmamışdır. Həmin hərracın təşkilatçısı Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı X9 olmuş və sonuncu təşkilat tərəfindən iddiaçının hazırda mübahisələndirdiyi 42/*6 nömrəli 28.*6.2*19-cu il tarixli hərracın yekunlarına dair protokol tərtib edilmişdir. MPM-in 5*.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Məcəllənin 5*.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən müddəalarda mülki icraat qaydasında baxılan işlərdə tərəflər və onların hüquqi statusu ümumi formada göstərilmişdir. Konkret olaraq iddiaçının və cavabdehin anlayışı verilməsə də, göstərilən müddəanın mənasına görə, iddiaçı pozulmuş hüququnu və maraqlarını qorumaq və bərpa etmək məqsədilə tələb (iddia) irəli sürmək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsdir. Cavabdeh isə iddiaçının hüququnun pozulmasında təqsirli olan və irəli sürülmüş iddia tələbinə aidiyyəti olan (iddiaya cavab verməli olan) şəxsdir. İddiaçının iddia tələbinin məzmunu ondan ibarətdir ki, ona məxsus olmuş və ipoteka ilə yüklü edilmiş əmlak üzrə hərrac mövcud qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi hərrac cavabdeh "xxxx" MMC tərəfindən deyil, başqa təşkilat - Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı X9 tərəfindən keçirilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfə cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, o, bundan imtina etmişdir. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ona cavab verməli olmayan (iddiaya aidiyyəti olmayan) şəxsə qarşı qaldırıldığından iddiaçı tərəfindən cavabdeh əsl cavabdehlə əvəz edilmədiyindən iddia tələbi təmin ediməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunan hallara hüquqi qiymət verərək həm də hesab edir ki, sözügedən əmlak üzrə hərracın təşkilatçısı işə cəlb edilmədiyindən, hazırkı iddia iş üzrə digər cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı, eləcə də digər tələblər – alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatının ləğvi tələbləri üzrə də təmin edilməməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 1** manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3nə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı "hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-704/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-704/2023
17.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver