Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-707/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarş «vurulmuş maddi ziyanın ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 2.227 manat 4* qəpik pul vəsaitinin cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı Şəhər Probasiya İdarəsi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *7 aprel 2*22-ci il tarixli, 1(**5)-256/2*22 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 il *2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 11 may 2*22-ci il tarixdə böyük icra məmuru Rövşən Ağayev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq iltizamla 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğunun enerji toplayıcı adapteri və 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil qurğu üçün qoruyucu qab Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2.227 manat 4* qəpik dəyəri olan elektron nəzarət vasitəsi dəstini itirməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2.227 manat 4* qəpik məbləğində pul vəsaitinin müvafiq hesaba ödəməsi barədə 16 iyun 2*22-ci il tarixdə bildiriş təqdim edilsə da, o tələbi icra etməmişdir. Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2*22-ci il tarixli, 7(**5)-339/2*22 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 1* yanvar 2*23-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Namiq İsmayılov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, iş yeri və başqa gəlirləri olmadığına görə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə vurduğu 2.227 manat 4* qəpik manat maddi ziyanı cəzaçəkmə müddəti bitdikdən sonra hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *7 aprel 2*22-ci il tarixli, 1(**5)-256/2*22 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 il *2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cavabdeh 11 may 2*22-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində verdiyi izahatın surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, həmin elektron nəzarət vasitənin dəyərinin ondan tutulacağı barədə icra məmuru tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan 11 may 2*22-ci il tarixli iltizamın surətindən görünür ki, *1 ədəd mobil qurğu, *1 ədəd mobil qurğunun enerji toplayıcı adapteri və *1 ədəd sadə elektron qolbaq, *1 ədəd mobil qurğu üçün qoruyucu qab Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan «Eurodesign» qapalı səhmdar cəmiyyətinin 29 iyul 2*21-ci il tarixli məktubunun surətindən görünür ki, «Attenti» markalı elektron nəzarət vasitəsinin ümumi dəyəri 2.277 manat 4* qəpik təşkil edir. İş materiallarında olan Cavabdeh 16 iyun 2*22-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində verdiyi izahatın surətindən görünür ki, o tətbiq edilmiş elektron nəzarət vasitəsi olan elektron qolbağı qəsdən onun kəmərinin bağlanan hissəsini-klipsini sındırmaqla ayağından açmış, 15 iyun 2*22-ci il tarixdə isə mobil qurğunu və elektron qolbağı itirdiyini bildirmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2*22-ci il tarixli, 7(**5)-339/2*22 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *7 aprel 2*22-ci il tarixli, 1(**5)-256/2*22 saylı hökmü ilə Cavabdeh təyin olunmuş *2 il *2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş *2 il 11 gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 1 il *5 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdehnın təqsirli hərəkətləri nəticəsində Səbail Rayon Polis İdarəsinə 2.227 manat 4* qəpik məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11*8.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 2.227 manat 4* qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı Şəhər Probasiya İdarəsinin iddiası təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2.227 (iki min iki yüz iyirmi yeddi) manat 4* (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-707/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-707/2023
31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver