Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7075/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X8 adına mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 1 ünvanda yerləşən əmlaka müayinə baxışı keçirilməsinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mülk Zeynal Niyazovun mülkiyyətində olmuş, Zeynal Niyazov həmin mülkü 18 mart 1960-cı ildə qardaşının övladları Vaqif, Yusif və Ramiz Niyazovlara bağışlamışdır. Vaqif və Yusif Niyazovlar öz hissələrinə dair mülkiyyət hüquqlarını qeydə aldırmış, ataları Ramiz Niyazov isə onun adına bağışlanmış hissəni öz adına rəsmiləşdirməmişdir. X14 1966-cı ildə X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahdan sonra qadın Niyazova soyadını qəbul etmişdir. Onların birgə nikahdan 4 uşaqları — Niyazov Oruc (xx.xx.1968), Niyazov Rövşən (xx.xx.1970), İddiaçı2 (xx.xx.1972), İddiaçı1 (xx.xx.1975) anadan olmuşdur. X14 xx.xx.1986-cı ildə, X15 xx.xx.2013-cü ildə, X4 xx.xx.2018-ci ildə vəfat etmişdir. Hazırda onlar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, atalarının adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişlər. Lakin mülkü iddiaçıların onlara olan borcuna görə zəbt edən Cavabdeh və onun ailə üzvləri Dövlət Reyestr Xidmətindən evə baxış üçün dəfələrlə gedən insanları evə buraxmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən əmlaka müayinə baxışına cavabdehlər tərəfindən şərait yaradılmadığı üçun ərizənin icrası mümkün olmamışdır. İddiaçı qeyd etmişdir ki, onun qeyd edilən əmlakla bağlı gözlənilən mülkiyyət hüququ var. Hazırda cavabdehlərin hərəkətləri onun həm vərəsəlik, həm də gözlənilən mülkiyyət hüququnu pozur. Həmçinin, onun məhkəməyə çatım hüququ da pozulur. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, Xalidə ona 1 otaqlı ev satıb, o isə artırmalar edib, xərci ödənildiyi təqdirdə evi iddiaçılara verə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, Zeynal Niyazov xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində “kəskin ürək-damar çatışmaması” səbəbindən ölmüşdür. İ-ИE seriyalı, 548674 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X6 xx.xx.1966-cı il tarixdə nikaha daxil olmuş, ərə Niyazov, arvada Niyazova soyadı verilmişdir. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X5, anası X3r. 232944 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. X5, anası X3r. 232945 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X5, anası X3r. İİİ-ЖГ seriyalı, 400703 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1975-ci il tarixdə doğulmuşdur. X5, anası X3r. İş materiallarında olan AZ-İ 603281 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə “kəskin ürək qan dövranının çatmamazlığı” səbəbindən vəfat etmişdir. İş materiallarında olan AZ-İ 921917 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə “serebral ateroskleroz” səbəbindən vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 281590 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1986-cı il tarixdə “ağciyər-ürək çatmamazlığı” səbəbindən vəfat etmişdir. xx.xx.2008-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X4, İddiaçı1 və İddiaçı2 ilə ünvan 4 ünvanda yaşayan arasında bağlanmış notarial qaydada təsdiqlənmiş “borcun etirafı” müqaviləsindən görünür ki, X4, İddiaçı1 və İddiaçı2 onlara məxsus olan və ünvan 3-də yerləşən evlərinin bir hissəsini, yəni Məhlənin baş tərəfində yerləşən bir otağı (saray) 2500 (iki min beş yüz ABŞ) dollarına satmış, həmin pulu nəğd şəkildə almışlar. 6698035 nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 xx.xx.2003-cü il tarixdən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. 6698036 nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.2003-cü il tarixdən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X7 İddiaçı1 verilmiş xx.xx.2010-cu il tarixli, 270/5 nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhər 1 nömrəli Notariat kontorunun xx.xx.1960-xx.xx.1960-cı il tarixli ***-**** saylı reyestr kitabı yoxlanılmış, xx.xx.1960-cı il tarixli 963 saylı reyestrin dəyişdirilmədiyi və qüvvədə olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən həyat yoldaşı - X4 və dörd övladı - X9, X15, İddiaçı1 və İddiaçı2 müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 12 iyun 2023-cü il tarixli, 3-16-5/2-13-N-54/2-6/23 nömrəli məktubundan görünür ki, arxiv sənədlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.1960-cı il tarixdə Zeynal Niyazov mülkiyyətində olan M.Sübhi küçəsi, 4 ünvanında yerləşən evi qardaşının övladları Vaqif, Yusif və Ramiz Niyazovlara bağışlamışdır (Kirovabad şəhər 1 nömrəli notariat kontoru). Vaqif və Yusif Niyazovlar öz hissələrinə dair mülkiyyət hüquqlarını qeydə aldırsalar da, ataları Ramiz Niyazov evin ona bağışlanan hissəsinə dair müvafiq hüquqlarını rəsmiləşdirmədən xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri 4 saylı notariat ofisində Xalidə, Tərlan və İddiaçı2ların M.Sübhi küçəsi 4 ünvanında yerləşən evin atalarına aid hissəsini öncədən aralarındakı razılaşmaya əsasən Cavabdeh satmaları ilə əlaqədar 2500 dollar pul almaqları və bunun müqabilində həmin məbləğdə borcun etirafı barədə müqavilə rəsmiləşdirilmişdir. Beləliklə, araşdırma zamanı sözügedən yaşayış evinə dair notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi aşkar olunmamışdır. Həmin 3 saylı Ərazi İdarəsinin İddiaçı1 adına ünvanlanmış 12 iyun 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mübahisə olduğu və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İş materiallarından görünür ki, İddiaçı1 mənzilinin ələ keçirilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə ərizələr ünvanlamışdır. İş materiallarında olan xx.xx.1960-cı il tarixdə Kirovabad şəhər 1 nömrəli notariat kontorunda bağlanmış müqavilədən görünür ki, Zeynal Niyazov mülkiyyətində olan M.Sübhi küçəsi, 4 ünvanında yerləşən evi qardaşının övladları Vaqif, Yusif və Ramiz Niyazovlara bağışlamışdır. İş materiallarından görünür ki, ünvan 6 ünvanına dair Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X2 adına qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçıların sözügedən əmlaka dair qanun üzrə vərəsəlik, o cümlədən gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçılar həmin hüquqdan irəli gələrək özlərinin əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiklərindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh bu maneəni əslində həmin əmlaka iddiaçıların deyil, onun hüququnun olması barədə mübahisələrinin mövcudluğu ilə izah etsələr də məhkəmə qeyd edir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqan tərəfindən aparılmalı olan müayinə baxışı həmin daşınmaz əmlak üzərində iddiaçıların və ya cavabdehin hər hansı birinin deyil, mərhum X8 adına ilkin qeydiyyatın mümkün olub-olmaması ilə əlaqədardır. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehin maneə törətməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normalardan göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa mülkiyyətçinin hüququ olduğu kimi eyni zamanda həmin hüququn dövlət tərəfindən qorunması, eləcə də sərəncam hüququnun həyata keçirilməsi üçün qanunvericilik belə qeydiyyatı zəruri şərt kimi müəyyən etmişdir. İddiaçılar sözügedən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan ilkin sənədlərə, o cümlədən Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasporta əsasən mərhum X2 vərəsəsi, mərhum ataları X8 hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət etmişdir. Hüququn qeydiyyata alınmasına imkan verilməməsi mülkiyyət hüququnun özünün pozulmasına səbəb olur. Çünki, daşınmaz əmlak üzərində qeydə alınmamış hüquq barədə mülkiyyətçi sərəncam vermək hüququndan məhrum olur. Cavabdeh heç bir əsaslı səbəb göstərmədən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına maneə törətdiyi üçün iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehə qadağan edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında X8 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın əməkdaşları tərəfindən daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-7075/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7075/2023
29.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver