Məhkəmə qərarları › İş №2(125)-710/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-710/2023

24.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-710/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “maneənin aradan qaldırılması və ölçmə işlərinin aparılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 59 ünvanında yerləşən ona məxsus torpaq sahəsi ilə ünvan 1 yerləşən Cavabdeh torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və ölçmə işlərinin aparılmasının təmin edilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mülkü 1989-cu ildə o, və cavabdeh X8 ilə birlikdə almışlar. Notariusun 27 yanvar 1989-cu il tarixli 2-2-168 nömrəli bölgü müqaviləsinə əsasən xx.xx.1989-cu il tarixdə hər birinə düşən sahənin layihə-sxemi tərtib olunmuşdur. Mülkün ona məxsus hissəsi 59, qonşuya düşən hissə 59A kimi nömrələnmişdir. İlkin plan-sxemdən ğörünür ki, mülkün torpaq sahəsinin küçə tərəfdən ona düşən hissəsinin uzunluğu 24.40 metr, cavabdehin hissəsi 24.40 metr olmuşdur. Qonşu ilə arada olan arxa sərhəd xətti 7.05 metr təşkil etmişdir. Torpaq sahəsində çəpəkilik olduğu üçün qonşunun torpaq sahəsinin eni 9.5 metr olmuş, 3.75 metr isə onun hissəsinə gediş-gəliş yoluna ayrılmışdır. Həmin 3.75 metr yerin 20 sm hissəsi ara divarına getmişdir. Ara divarının eni 40sm-dir. Onun 20 sm qonşunun hissəsi olmasına baxmayaraq o, bütünlüklə ara divarının üstündə yaşayış evi tikmişdir. Faktiki olaraq torpaq sahəsi bölünən vaxt X2 əl damının 75 cm hissəsi onun torpaq sahəsinə düşümüşdür. O, qonşuluq xatirinə əl damının həmin hissədə sökülməsini tələb etməmişdir. Əl damının divarı ara divarı kimi qalmışdır. xx.xx.2021-ci il tarixdə Əliyeva Lətifə mülkünü oğlu Cavabdeh bağışlamışdır. Bir müddət əvvəl, cavabdeh əl damını sökmüşdür. Əl damının ara divarı kimi olan hissəsini isə balta ilə dağıtmışdır. Onlar narazılıqlarını bildirərkən, o, divar mənimdir, yeni divar hörmək üçün sökürəm deyə bildirmişdir. O, ara divarın sökməməsini söyləsə də, cavabdeh uzun illər burada yaşamadığını, tərtib edilmiş akta görə əl damı bütünlüklə onlara aid olduğunu bildirmişdir. Həmin akt onların sahələrinin plan sxemi tərtib edildikdən sonra cavabdeh tərəfindən tərtib edilmişdir, heç bir səlahiyyətli orqan tərəfindən təsdiqiq edilməmişdir. Ona görə də həmin aktın hüquqi qüvvəsi yoxdur. Aralarında yaranan mübahisənin həll edilməsi, torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə əlaqədar DƏDRX-nə müraciət etmişdir. Cavabdeh tərəf mübahisə yaradaraq oradan gələn əməkdaşların normal işləməsinə mane olmuşdur. Buna görə əməkdaşlar işlərini görmədən getmişlər. DƏDRX-dən 31 may 2022-ci il tarixli məktubda göstərilmişdir ki, sərhədlərin dəqiqləşdirilməsi məqsədilə əraziyə baxış keçirilən zaman mübahisə olduğuna görə ərizənizin icrası mümkün olmamışdır. Cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində DƏDRX-nin əməkdaşları torpaq sahələrinin sərhədlərini dəqiqiləşdirə bilməmişlər. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi hər biri ayrı-ayrılıqda iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 59 ünvanında yerləşən torpaq sahəsinin sərhədinin AR ƏMDK DƏSRX 3 saylı Gəncə Ərazi idarəsinin əməkdaşları tərəfindən müəyyən edilməsinə maneə yaratmamağı öhdəsinə götürdüyünü bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-423/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “ölçmə işlərinin aparılması” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışının surətinə əsasən, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 59 ünvanı tam şəkildə mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər notariat kontorunun xx.xx.1933-cü il tarixli 596 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Lenin küçəsi, 45 saylı fərdi yaşayış evi X9 və X12 tərəfindən X7 satılmışdır. Alıcının adına mülkün yerləşdiyi 622.0 kvm torpaq sahəsinə dair xx.xx.1955-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri 2 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 3-1-21 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Kirovabad şəhəri, Oktyabr küçəsi, 59 olan bu fərdi yaşayış evi (65.8 kvm beş yaşayış otaqları, 39.3 kvm açıq eyvan, 24.3 kvm əl damı) X4 adından X5 adına keçmişdir. Kirovabad şəhəri 2 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-1-154 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk X11 tərəfindən İddiaçı və X1. Alıcıların adlarına xx.xx.1989cu il tarixli 1218 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhəri 1 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-2-168 saylı evin bölgü müqaviləsinə əsasən bu mülk iki hissəyə bölünmüşdür. Tikili “A”-da 17.6 kvm, 10.4 kvm iki yaşayış otaqları ünvanı Oktyabr küçəsi, 59 olmaqla X10, tikili “A”-da 7.8 kvm, 11.7 kvm, 18.2 kvm üç yaşayış otaqları, 39.3 kvm qaraj, tikili “B”-də 24.3 kvm əl damı ünvanı Oktyabr küçəsi, 59A olmaqla X2 mülkiyyətlərinə keçmişdir. X3 xx.xx.1989-cu il tarixli 1384 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhərinin baş memarı tərəfindən X3 inşa edilmiş yeni yaşayış evinə dair eskiz-layihə verilmişdir. X3 ünvanı ünvan 4.0125 ha torpaq sahəsində yerləşən tikili “A”-da 54.5 kvm üç yaşayış otaqları, 62.8 kvm köməkçi sahə, 48.9 kvm keçid) xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-2727 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak X8 tərəfindən Cavabdeh bağışlanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışının surətinə əsasən, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 59A ünvanı tam şəkildə mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə yaradılan maneənin aradan qaldırılması və ölçmə işlərinin aparılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə qarşı yönəlmiş ölçmə işlərinin aparılması hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçının mülkiyyətindəki torpaq sahəsinin sərhədlərinin müvafiq İdarənin əməkdaşları tərəfindən müəyyən edilməsinə maneə yaratmamaq hissəsində iddia cavabdeh tərəfindən təqdim edilmiş yazılı ərizə ilə qəbul edilmişdir. Bununla yanaşı, cavabdehin iddianı həmin hissədə etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın həmin hissədə etirafı qəbul edilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, iddiaçıya məxsus Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 59 ünvanında yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus ünvan 1 yerləşən torpaq sahəsinin sərhədlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilməsinə maneələrin yaradılması cavabdehə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 59 ünvanında yerləşən torpaq sahəsi ilə Cavabdeh məxsus ünvan 1 yerləşən torpaq sahəsinin sərhədlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar