Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7176/2023 06.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı X2 ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X2 ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölsə də, iddiaçı X2 ASC Cavabdeh qarşı borc tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə öldüyündən iddiaçı yalnız onun mirası qəbul etmiş vərəsələrinə qarşı iddia qaldıra bilərdi. Odur ki, iddia tələbi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı X2 ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X2 ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-7176/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7176/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver