Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7191/2025 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 5000 manat pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh pula ehtiyacı olduğu üçün ondan borc olaraq xx.xx.2025-ci il tarixdə 5000 manat pul almış və bu haqda yazılı şəkildə öz xətti ilə yazılmış qəbzlər vermişdir. Ancaq borcun qaytarılması ilə bağlı razılaşdıqları müddət keçməsinə baxmayaraq, onun 5000 manat pulunu qaytarmamışdır. Dəfələrlə özünə müraciət etsə də, qaytaracağını demiş, ancaq qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Valeh adlı qohumu hazırki iş üzrə Cavabdeh ilə iş yoldaşı olmuşdur. Ramil ilə birlikdə onun yanına gəlmişdirlər ki, Ramilin uşağının xəstəliyinə görə pula ehtiyacı vardır. O isə mal-heyvan saxlamaqla məşğul olduğuna görə pulu olmuşdur. Qohumu ondan xahiş etmiş, 1-2 aya qaytaracağını demiş, o da inanıb qohumunun xətrinə 2025-ci ilin yanvar ayında Ramilə 5000 manat pul vermişdir. Cavabdeh bu günə qədər borcundan heç bir ödəniş etməmiş, hər dəfə verəcəyini deyib bəhanələr etmişdir. Polisə müraciət etmiş, polisdə telefon danışığı aparılmış, cavabdeh özü ondan 5000 manat pul aldığını, lakin qaytarmadığını etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, iddiaçı yaxın qohumudur. Cavabdeh isə sürücü yoldaşıdır. Ramil yoldaşının xəstə olduğunu, 5000 manat pul lazım olduğunu demiş, onda həmin məbləğ olmadığına görə məcbur qalıb dayısından, yəni İddiaçı istəmişdir. Dayısı isə onun xətrinə həmin məbləği Ramilə vermişdir. Ramil borcunu qaytarmamış, problemləri olduğunu, bu gün, sabah verəcəyini desə də, verməmişdir. Ramil hazırda da Bakı-Gəncə marşrutu üzrə sürücü işləyir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Borca dair xx.xx.2025ci il tarixli qəbzdən görünür ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı borc olaraq 5000 manat pul aldığını və yaxın vaxtda qaytaracağını öz imzası ilə təsdiq etmişdir. Gəncə Şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı Nicat Mikayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, material üzrə araşdırma zamanı Cavabdeh ilə aparılmış telefon danışığında həqiqətən də İddiaçı 2025-ci ilin yanvar ayında 5000 manat borca pul aldığını, borcu almaqda məqsədinin xəstə övladının müalicəsini davam etdirmək olduğunu, sonradan borcu ödəməkdə çətinlik çəkdiyi üçün bu günə kimi ödəniş edə bilmədiyini və ən qısa müddətdə İddiaçı borclu olduğu 5000 manatı hissə-hissə geri qaytaracağını bildirmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı yazılı razılaşma olmuş, cavabdeh iddiaçıdan 5000 manat məbləğində borc alaraq öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı verdiyi pulun cavabdehdən geri qaytarmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə belə nəticəyə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 70 manat dömlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 5000 (beş min) manat pul və 70 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-7191/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7191/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver