Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-737/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verdiyi elektrik əşyasının qalıq dəyəri kimi 368 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surəti və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus H.Əliyev 20 ünvanda yerəşən "Elektron" elektrik məişət malları mağazasından xx.xx.2022-ci il tarixində dəyərini hissə-hissə ödəmək şərti ilə, ümumi dəyəri 852 manat olan SAMSUNG GALAXİ A 52 markalı telefonu almış, borcundan 484 manat ödəmiş, bununla ödənişləri dayandırmış, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aldığı malın pulunu tam ödəməmişdir. Cavabdehin ona 368 manat borcu qalmışdır. Dəfələrlə müraciət etməklərinə və malin alinmasından bir il 10 aydan çox keçməsinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu 368 manat məbləği ödəmir. Odur ki, Cavabdeh ona verdiyi elektrik əşyasının qalıq dəyəri kimi 368 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı Cavabdeh dəyəri 852 manat olan bir ədəd SAMSUNG GALAXİ A 52 markalı telefonu 12 ay müddətinə ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə 484 manat ödəniş etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən SAMSUNG GALAXİ A 52 markalı telefonu 852 manata satın almışdır. Cavabdeh tərəfindən 484 manat ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən SAMSUNG GALAXİ A 52 markalı telefon üçün 368 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən SAMSUNG GALAXİ A 52 markalı telefon üçün 368 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-737/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-737/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver