Məhkəmə qərarları › İş №2(125)-7449/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7449/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7449/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1000 manat əsas borc, 122.56 manat faiz, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1142.56 manat borcun, 0.40 manat xidmət haqqının və 31.43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş AZ-İİ seriyalı, 283593 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi iddia ərizəsi üzrə tələb yalnız fiziki və ya hüquqi şəxsə yönələ bilər. Fiziki şəxsin ölməsi ilə onun hüquq qabiliyyətinə, yəni mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətinə xitam verilir. Başqa sözlə, ölmüş şəxs heç bir mülki hüquq vəzifəsi daşıya bilmədiyindən həmin şəxsə qarşı iddia tələbi də yönələ bilməz. Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Hazırkı iddia ərizəsi məhkəməyə onun ölümündən sonra, xx.xx.2023-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddiaçı Bank Cavabdehnun vərəsələrinə qarşı iddia qaldırmalı olduğu halda ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Ölmüş fiziki şəxsin hüquq qabiliyyəti olmadığından ona hər hansı tələb yönələ bilməyəcəyindən hazırkı mülki işə məhkəmə qaydasında baxılması qeyri-mümkündür. İddiaçıya izah edilir ki, hazırkı mübahisənin həlli üçün Cavabdehnun mirasını qəbul etmiş vərəsələrinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 267, 268-ci maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar