Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7466/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2.576 manat pulun tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 20.000 manat və 2.576 manat, cəmi 22.576 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2000-ci ildən hazırki tarixədək "xxxx" ASC-nin Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Vağzalyanı» elektrik şəbəkəsinin müdiri vəzifəsində işləyir. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsinda yerləşən 123 nömrəli qeyri-yaşayış binasında isə Cavabdeh atası Mirhəsən Məmmədovun taxta sexi olmuşdur. Mirhəsən Məmmədovun ölümündən sonra həmin sexi Cavabdeh işlətməyə başlamışdır və hazırda da fəaliyyət göstərir. 2010-cu ildə o, Cavabdeh sexdən avadanlıqların yenilənməsi və plastik qapı-pəncərə düzəldən avadanlıq almaq məqsədi ilə 20.000 manat məbləğində pul vəsaitini borc vermişdir. 2010cu ildən sonra o, Cavabdeh hər hansı məbləğdə pul vəsaitini borc verməmiş, yalnız Cavabdeh olan borcunu tələb etmişdir. İddianın 2.576 manat məbləğində hissəsini isə o, 2007-ci ildə Cavabdeh ona «QAZEL» markalı avtomobili verərkən Cavabdeh verdiyi 1.500 manat və 2019-cu ildə aralarında olan məhkəmə mübahisəsi ilə əlaqədar ödədiyi 500 manat məbləğində pul vəsaitinin əvəzinə tələb edir. Sonda A.A.Məmmədov iddianın araşdırılması və mübahisəni mahiyyəti üzrə həll edən yekun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh göstərmişdir ki, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3020/2018 saylı qətnaməsinə əsasən iddiaçının ona və anasına qarşı olan pul tələbi rədd edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Həmçinin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1295/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsində iddia tələbinin həcmini dəyişsədə, iş materiallarından məlum olur ki, mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasladır. Sonda Cavabdeh iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizələri və iş materiallarını araşdıraraq, iddiaçını dinləyərək, hesab edir ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mübahisəyə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 07 avqust 2018-ci il tarixli qətnamə, iş üzrə icraata xitam verilməsi haqqında 04 iyul 2019-cu il tarixli 2(044)-1906/2019 nömrəli və xx.xx.2021-ci il tarixli 2(044)-1295/2021 nömrəli qərardadları qəbul edildiyindən, həmin qətnamə və qərardadlar artıq qanuni qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3020/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X1 və Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)- 3948/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3020/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2027/2019 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-3948/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1906/2019 nömrəli qərardadının surətindən örünür ki, İddiaçı Cavabdeh 20.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmin tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1295/2021 nömrəli qərardadının surətindən örünür ki, İddiaçı Cavabdeh 21.000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmin tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğuna görə İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-7466/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7466/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver