Məhkəmə qərarları › İş №2(125)-7533/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7533/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7533/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə 600 manat əsas borc, faizlər üzrə 114,67 manat, gecikdirilmiş gün üçün 252,44 manat olmaqla, cəmi 967,11 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2016-cı il tarixli müqavilə üzrə İphone 6S markalı telefon üçün 600 manat əsas borc, faizlər üzrə 114,67 manat, gecikdirilmiş gün üçün 252,44 manat olmaqla, cəmi 967,11 manat borcun tutulmasını tələb etsə də, həmin telefonun cavabdehə təhvil verilməsini təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmiş, bununla yanaşı cavabdehdən faiz borcu və cərimə borcunun tutulmasını tələb etsə də, faiz və cəriməni hansı əsasla tələb etməsini əsaslandırmamışdır. . Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, ərizəçi İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərzənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 284-4.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərzəsinin icraata qəbul edilməsindən imtina edilsin . Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar