Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-757/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 800 manat pulun və və ödənilmiş 25 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin mart ayında evini satmışdır, çünki təzə ev almaq istəmişdir. Həmin vaxt onlar İsmayılov Məhəmməd adlı kişi ilə tanış olmuşlar o, onlara evini satmaq istədiyini bildirmişdir .Cavabdeh ər arvad Gürcüstanda olduqları üçün onlarla telefonda danışmış, ona bildirmişlər ki, 1000 manat pulu onlara göndərsin qayıdandan sonra hesablaşarlar. O, bankomat vasitəsi ilə Məhəmmədin adına 1000 manat göndərmişdir. Sonra onlar evi ona satmamışlar. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həyat yoldaşı ilə onların yaşadığı evə getmişlər. Cəvabdehin həyat yoldaşı onları təhqir etmiş, və evdən qovaraq bildirmişdir ki, Məhəmməd saat 21-də gələcək. Həmin günü saat 21-də Məhəmmədin evinə getmişlər, Məhəmməd çölə çıxaraq onu və həyat yoldaşını ölümlə təhqir etmişdir. Bu barədə polisə müraciət edəndən sonra Məhəmməd onun pulundan 200 manatını ödəmiş, 800 manatını qaytarmamışdır. Dəfələrlə cavabdehin qapısına gedərək pulunu tələb etmiş cavabdeh pulunu verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verib əlavə olaraq göstərdi ki, o, cavabdehə 1000 manat vermiş, pulu cavabdehin kartına atmışdır. Pulu xx.xx.2023-cü il tarixdə göndərmiş, cavabdeh isə martın 28-də Gürcüstandan evlərinə gəlmişdir. Cavabdehə bildirmişdir ki, evi satmasa pulunu qaytarsın. Pulu beh olaraq vermişdir.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçının ona verdiyi puldan bir manatda olsun özünə xərcləməmişdir. İddiaçını 1 ay gözləmişdir, lakin evi almamışdır. Hazırda sürücü işləyir, imkanı yoxdur pulu birdəfəlik ödəsin, hər ay hissə-hissə 50 manat ödəyə bilər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli 5155 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin kart hesabına 1000 manat məbləğində pul köçürülmüşdür. Göründüyü kimi tərəflər arasında ev alqı-satqısı ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 1000 manat məbləğində pul almışdır. Lakin tərəflər arasında olan razılaşma üzrə alqı-satqı müqaviləsi baş tutmadığından iddiaçı cavabdehə verdiyi pulu geri tələb etmiş, cavabdeh isə aldığı pulun 200 manatını qaytararaq qalan 800 manat pulu qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh özü də iddiaçıdan 1000 manat pul aldığını etiraf edərək iddiaçıya qaytarmalı olduğu 800 manat pulu hissə-hissə ödəməyə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında evin alqı-satqısına olan razılaşma qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında evin alqı-satqısına dair bağlanmış şifahi müqavilə üzrə iddiaçı tərəfindən 1000 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən evin alınmasına görə cavabdehə 1000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi olunaraq 800 manat pul cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 25 manat dövlət rüsumu cavabdehə aid edilməli və ödənilməmiş 5 manat dövlət rüsumu cavbdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 800 (səkkiz yüz ) manat pul və dövlət rüsumunun əvəzi olaraq 25,00 manat alınıb İddiaçı ödənilsin. Cavabdeh X1 dövlət rüsumu hesabına 5,0 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-757/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-757/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver