Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-762/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən oğurluq yolu ilə mənimsənilən 1.200 (min iki yüz) ABŞ dolların manata məzənnəsi ilə 2.040 (iki min qırx) manat və aldatma yolu ilə mənimsənilən 1.300 (min üç yüz) manat məbləğində pul olmaqla, ümumilikdə 3.340 (üç min üç yüz qırx) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 54(əlli dörd) manat, həmçinin iddia ərizəsinin tərtibi üçün ödədiyi 50 (əlli) manat olmaqla ümumilikdə 3.444 (üç min dörd yüz qırx dörd) manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə ona məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ətrafında yerləşən fərdi yaşayış evində təmir işlərini görmək üçün ümumi razılığa gəlmişlər. O, ondan usta haqqı olaraq əvvəlcədən 1.300 (bir min üç yüz) manat məbləğində pul almışdır. İddiaçı pulu verdiyi gün cavabdehdən öz xətti və imzası ilə yazılı olaraq qəbz almışdır. Cavabdeh beş gün sonra qeyd etdiyi ünvanda ona məxsus qış gödəkcəsinin cibindən 1.200 (bir min iki yüz) ABŞ dollarını gizli şəkildə oğurlayıb oradan uzaqlaşmışdır. Bu hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcələsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət işi açılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 1(104)-36/2022 saylı qərarı ilə “8 noyabr Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən onun üzərində qəti olaraq 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beləliklə o, Cavabdeh təmir işlərini görmək üçün usta haqqı olaraq əvvəlcədən verdiyi 1.300 (min üç yüz) manat məbləğində pulu və gödəkcənin cibindən 1.200 (min iki yüz) ABŞ dolları məbləğində gizli şəkildə oğurladığı pulu geri qaytarması barədə dəfələrlə müraciət etsə də, Cavabdeh onun çoxsaylı müraciətlərinə baxmayaraq bu günə kimi ona olan borcunu ödəməkdən dolayısı yollarla boyun qaçırır. Hesab edir ki, o, hüquqi dövlətdə yaşayır və qarşılaşdığı problemə hüquqi qiymət verilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarındana əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 1(104)-36/2022 saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 11 radələrində tamah məqsədi ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ətrafında yerləşən usta işlədiyi İddiaçı məxsus qış gödəkçəsinin cibindən 1200 ABŞ dollarını gizli şəkildə oğurladığına görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(044)-175/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(044)-175/2021 saylı hökmünün zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin artırılaraq 1 il 6 ay həddində müəyyən edilməsi, “8 noyabr Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Cavabdeh təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinin 1 il azaldılaraq onun üzərində qəti olaraq 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 11 radələrində tamah məqsədi ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ətrafında yerləşən usta işlədiyi İddiaçı məxsus qış gödəkçəsinin cibindən 1200 ABŞ dollarını gizli şəkildə oğurlayıb oradan uzaqlaşmış və həmin pulu milli valyutaya çevirib xərcləmişdir. Hökmdən zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödəmədiyini, buna cəhd etmədiyini və onun ailə vəziyyətinə ağır zərər vurduğunu bildirib təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yuxarı həddə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi kollegiyadan xahiş etmiş, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 1(104)-36/2022 saylı qərarı ilə zərərçəkmiş şəxs İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(044)-175/2021 saylı hökmünün zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin artırılaraq 1 il 6 ay həddində müəyyən edilməsi, “8 noyabr Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Cavabdeh təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinin 1 il azaldılaraq onun üzərində qəti olaraq 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsin əəsasən, delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1113.2-ci maddəsinə əsasən, zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh tamah məqsədi ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ətrafında yerləşən usta işlədiyi İddiaçı məxsus qış gödəkçəsinin cibindən 1200 ABŞ dollarını gizli şəkildə oğurlamış və onun hüquqazidd əməli nəticəsində İddiaçı 1.200 (bir min iki yüz) ABŞ dolları məbləğində zərər vurmuşdur. Həmçinin İddiaçı məhkəməyə müraciət edərkən 54 manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin tərtib olunması üçün NANBA LTD MMC-yə 50 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan NANBA LTD MMC-nin xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı NANBA LTD MMC-yə 50 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hesabına 54 manat məbləğində rüsum ödəmişdir. Odur ki, iddia qismən təmin edilməli, 1.200 (bir min iki yüz) ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnə ilə və iddiaçı tərəfindən iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş 50 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın aldatma yolu ilə mənimsənilən 1.300 (min üç yüz) manat məbləğində pul hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona aldatma yolu ilə vurulmuş ziyanı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumunun 34 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.200 (bir min iki yüz) ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnə ilə və iddiaçı tərəfindən ödənilmiş 50 manat xidmət haqqı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 34 (otuz dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-762/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-762/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver