Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-764/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 12 may 2021-ci il tarixli MAS-3721 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAVVOTHHFME321659 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə Ne3) əsasən X3 illik 23 76 hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 10 fevral 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-3721 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 may 2021-ci il tarixli MAS-3721 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 avqust 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analofi olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına 16 avqust 2022-ci il tarixə 10557.85 manat əsas, 235.44 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 253.05 manat dəbbə pulu, ümumilikdə 11046.34 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 12 iyul 2022-ci il tarixdə 427 manat məbləğində olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 12 may 2021-ci il tarixli MAS-3721 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma 16 avqust 2022-ci il tarixə 10557.85 manat əsas, 235.44 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 253.05 manat dəbbə pulu, ümumilikdə 11046.34 manat borc və ödənilmiş 123.14 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı MMC məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Lizinq şirkəti ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC lizinq alan X1 etdiyi müqaviləyə 1 saylı əlavədə qeyd edilmiş “Khazar SD” markalı ağ rəngli Ban nömrəsi NVAW01RRAĞU321659 olan minik avtomobilini muzdla lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, X3i isə öz növbəsində ilkin olaraq 3400 manat ödəniş etməklə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq illik 23 faizlə 48 ay müddətinə 16700 manatı ödəməyi və İddiaçı MMC 16700 manatı ödədikdən sonra avtomobili sonuncunun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAW01RRAĞU321659 olan minik avtomobilini X4 təhvil almışdır. İşdə olan X4, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-3721 saylı öhdəliyin ötürülməsi müqaviləsindən görünür ki, lizinq şirkəti xx.xx.2021-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsi üzrə hüquqların, öhdəliklərin və borcun Cavabdeh ötürülməsinə etiraz etməmiş, Cavabdeh isə həmin müqavilə üzrə hüquqların, öhdəliklərin və borcu qəbul etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil təslim aktından görünür ki, “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAW01RRAĞU321659 olan, **-PY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh təhvil almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri xx.xx.2021-ci il tarixdən başlayaraq 48 ay müddətində hər ay 426.26 manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC-nin servisi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktından görübür ki, “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAW01RRAĞU321659 olan, **-PY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tam yararsızdır. İş materiallarında olan AE № 128012 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən surətindən görünür ki, “Khazar SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01RRAĞU321659 ban, 147H0567482 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına qeydə alınmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə lizinq alanın Daxili lizinq müqaviləsi üzrə 10557.85 manat əsas, 235.44 manat hesablanmış faiz borcu, 253.05 manat dəbbə pulu olmaqla, cəmi 11046.34 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 123.14 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsə əsasənİddiaçı MMC lizinq alan X1 etdiyi müqaviləyə 1 saylı əlavədə qeyd edilmiş “Khazar SD” markalı ağ rəngli Ban nömrəsi NVAW01RRAĞU321659 olan minik avtomobilini muzdla lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, X3 isə öz növbəsində ilkin olaraq 3400 manat ödəniş etməklə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq illik 23 faizlə 48 ay müddətinə 16700 manatı ödəməyi və İddiaçı MMC 16700 manatı ödədikdən sonra avtomobili sonuncunun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil təslim aktıilə “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAW01RRAĞU321659 olan minik avtomobili X4 təhvil almışdır. X4, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-3721 saylı öhdəliyin ötürülməsi müqavilə əsasında lizinq şirkəti xx.xx.2021-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsi üzrə hüquqların, öhdəliklərin və borcun Cavabdeh ötürülməsinə etiraz etməmiş, Cavabdeh isə həmin müqavilə üzrə hüquqların, öhdəliklərin və borcu qəbul etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil təslim aktı ilə “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAW01RRAĞU321659 olan, **-PY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh təhvil almışdır. xx.xx.2021-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq lizinq alan lizinq ödənişlərini və ona hesablanmış faizləri xx.xx.2021-ci il tarixdən başlayaraq 48 ay müddətində hər ay 426.26 manat ödəməyi öhdəsinə götürür. İddiaçı MMC-nin servisi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktına əsasən “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAW01RRAĞU321659 olan, **-PY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tam yararsızdır. xx.xx.2022-ci il tarixə lizinq alanın Daxili lizinq müqaviləsi üzrə 10557.85 manat əsas, 235.44 manat hesablanmış faiz borcu, 253.05 manat dəbbə pulu olmaqla, cəmi 11046.34 manat borcu yaranmışdır. İddiaçı təşkilat tərəfindən cavabdehdən Lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməsi tələb edilmiş, lakin cavabdeh həmin borcu ödəməmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi vacib hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik lizinq müqaviləsindən yarandığı üçün həmin münasibətlərə lizinq müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1.-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi cavabdeh X8 müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı şirrkət öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin puzulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Məhkəmə iddia tələbinin 2338.28 manat dəbbə pulu hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, İddiaçı MMC-yə məxsus “Khazar SD” markalı, ağ rəngli, Ban nömrəsi NVAW01RRAĞU321659 olan, **-PY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh lizinqə verilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, nəticədə sonuncunun İddiaçı MMC-yə 10557.85 manat əsas borc, 235.44 manat faiz borcu və 253.05 manat hesablanmış cərimə borcu yaranmışdır. Qeyd edilənlərlə əlaqədar olaraq məhkəmə hesab edir ki, iddia əsas borc və faiz borcu hissəsində təmin edilməlidir. Digər tərəfdən, iddiaçı vaxtında borcun qaytarılması ilə bağlı tədbirlər görməmiş və bunun da nəticəsində 253.05 manat məbləğində tənasübsüz surətdə yüksək dəbbə pulu hesablamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, dəbbə pulu azaldılmalı və 05 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsi üzrə 10557.85 manat əsas borc, 235.44 manat hesablanmış faiz borcu, 05 manat dəbbə pulu olmaqla, cəmi 10816,29 manat hissəsi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin iddia qismən təmin edildiyindən ödənilmiş 123.14 manat dövlət rüsumunun 120.4 manatı Cavabdeh İddiaçı MMC-nə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 220-220, 233 və 540-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-3721 saylı Lizinq müqaviləsi üzrə 10557.85 manat əsas borc, 235.44 manat hesablanmış faiz borcu, 05 manat dəbbə pulu olmaqla, cəmi 10816,29 (on min səkkiz yüz on altı manat iyirmi doqquz qəpik) manat borc və 120.4 (bir yüz iyirmi manat qırx qəpik) manat dövlət rüsumu alınıb İddiaçı MMC-nə verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-764/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-764/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver