Məhkəmə qərarları › İş №2(125)-782/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-782/2023

04.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-782/2023 04.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apelyasiya Məhkəməsinin 28 aprel 2015-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan aliment məbləğinin 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək olan hissəsinə dair yığılan 4250 manat məbləğində borcun ləğv olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə evliliklərindən xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ei il təvəllüdlü X5 adlı 2 övladları anadan olmuşdur. Cavabdehlə evləndikdən sonra xeyli müddət birlikdə xoşbəxt yaşamışlar. Evli olduqları müddətdə dəfələrlə aralarında narazılıqlar olmuş və ayrılmışlar. Sonradan cavabdeh aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Apelyasiya Məhkəməsinin 28 aprel 2015-ei il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün ondan hər ay hər uşağa 85 manat olmaqla 170 manat məbləğindən aliment tutulması qət edilmişdir. 2019-cu ildən 2021-ci ilin oktyabr ayına kimi cavabdehlə barışıb birlikdə yaşamışlar və həmin müddətdə ailənin hər bir təminatını o, qarşılamışdır, uşaqların gündəlik və aylıq təlabtları üçün lazım olacaq xərcləri çəkmişdir. Həmin dövrdə işiylə əlaqədar olaraq Rusiya Federasiyasında olmuş, cavabdeh və uşaqlar da onunla birlikdə orada olub, cavabdehin özü də Rusiya Federasiyasında müvafiq ünvana qeydiyyata düşüb və bu fakt ərizəsinə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır. Lakin buna baxmayaraq, cavabdeh ərizə ilə Göygöl rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək 2019-cu ilin avqust ayınmın 1-dən 2021-ci ilin oktyabr ayının 1-dək yığılan 4250 manat borcun ödənilməsi üçün qanuni tədbir görülməsini xahiş etmişdir. Hesab edir ki, cavabdehlə 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək barışıb birlikdə yaşadıqlarından, o, həmin müddətdə olan aliment borcundan azad edilməlidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini, onun uşaqlarına ödəmədiyi 4250 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onunla barışıb nikahsız yaşadıqları dövrdə, eləcə də bir il Rusiya Federasiyasının Astarxan şəhərində yaşadıqları müddətdə ailənin bütün qayğılarını çəkdiyini, bütün maddi ehtiyaclarını ödədiyini göstərir. Düzdür, həmin müddətdə o, iki az yaşlı qızlarının gələcək taleyini nəzərə alaraq, iddiaçının təklifi ilə razılaşıb 2019-cu ilin payızında kiçik qızı X2 da götürüb iddiaçı ilə birlikdə RF-nın Astarxan şəhərinə getdi. Lakin getməyinə də peşiman oldu. Azyaşlı qızının yanında qürbət yerdə iddiaçı onu mütamadi döyürdü, təhqir edirdi. İddiaçını bir təhər yola gətirdi və 2020-ci ilin avqust ayında Moskva şəhərinə gedərək qızıyla birlikdə oradan təyyarə ilə Bakıya gəldi. Ordan qayıtdıqdan sonra yenə təxminən bir il Elşadın anası yaşadığı Göygöl şəhərində anası ilə yaşamağa məcbur oldu. Çünki atası evinə qayıtmaq istəmirdi. Ona görə ki, onunla evlənəndən sonra artıq 3-cü dəfə idi ki, səhv edib yenidən Elşadla barışırdı. Amma Elşad Azərbaycana qayıdandan sonra yenə kobud, qeyri-insani hərəkətlərini davam etdirdi və o, qəti olaraq qərara gəldi ki, artıq onunla bir ailə kimi yaşamaq mümkün deyil. Odur ki, 2021-ci ilin sentyabr ayından uşaqlarını da götürüb Gəncə şəhərinə qayıtdı və hazırda da pensiyaçı ata-anasının himayəsində yaşayır. Qaldı ki, o, onunla müvəqqəti yaşadığı dövrdə alimentin dayandırılması üçün ərizə verməmişdir. Ona görə ki, onun iddiaçıya inamı yox idi. İkincisi, iddiaçı qeyd edir ki, guya onunla Astarxan şəhərində yaşadıqları dövrdə uşaqlarının ikisi də onlarla olublar. Lakin yalnız Nəcibə Məmmədova onunla olub, digər qızı X7 həmin müddətdə ünvan 1 ünvanda atasının himayəsində yaşayıbdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş Nəcibə onlarla birlikdə Rusiya Federasiyasına getmiş, daha sonra cavabdehlə birlikdə ölkəyə qayıtdıqda iddiaçının ailəsiylə birlikdə yaşamağa davam etmişlər. Həmin dövrdə cavabdeh işləmirdi, gəliri yox idi. Tərəflərin birgə nikahından nikahından doğulmuş Xatun isə onlar Rusiya Federasiyasına getdikdən sonra cavabdehin ailəsiylə birlikdə yaşamış, onlar uşağın qayğısına qalmışlar. Cavabdeh iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-793/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli, 2(066)-81/2015 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmiş, cavabdeh İddiaçı 10 oktyabr 2014-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 85 (səksən beş) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İ.Hüseynov adına Göygöl şəhər 1 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, 2020-2021-ci tədris ilində X4 həmin məktəbin İİİ sinfində, X6 həmin məktəbin İV sinfində oxumuşdur. İş materiallarında olan Cavabdeh Gəncə şəhəri üzrə İcra idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, məhkəmə qərarına əsasən, iki azyaşlı uşağının hər birinə 85 manat olmaqla, cəmi 170 manat verilməsi nəzərdə tutulsa da, keçmiş həyat yoldaşı İddiaçı 2019-cu ilin avqust ayının 1-dən 2021-ci ilin oktyabr ayının birinədək olan müddətdə həmin pulu ona ödəməmişdir. Ödənilməmiş məbləğ 25 ay müddətində 4250 manat təşkil edir Həmin pulun ona ödənilməsi üçün qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X1 pasportunun surətindən görünür ki, xx.xx.2019-xx.xx.2019cu il tarixlərdə Rusiya Federasiyasında, xx.xx.2019-cu il tarixdə Qazaxıstan Respublikasında, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Rusiya Federasiyasında olmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ölkə hüdudlarından çıxmış və xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır. İş materiallarında olan Cavabdeh pasportunun surətindən görünür ki, xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə Rusiya Federasiyasında, xx.xx.2019-cu il tarixdə Qazaxıstan Respublikasında, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Rusiya Federasiyasında olmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ölkə hüdudlarından çıxmış və xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, məhkəmə qətnaməsinə əsasən, İddiaçı 10 oktyabr 2014-cü il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Xatun və xx.xx.2012-ci il təvəllüdlü Nəcibənin yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 85 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X9 ilə birlikdə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ölkə hüdudlarından çıxmış və cavabdeh uşaqla birgə xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır. Hazırkı iş üzrə iddiaçı 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək aliment 4250 manat borcundan azad olunmasını xahiş etmiş və tələbini həmin dövrdə birgə yaşadıqlarından uşaqların saxlanması üçün lazımi xərcləri çəkdiyi ilə əsaslandırmışdır. Halbuki, iddiaçı ölkə sərhədlərindən kənarda cavabdeh ilə birgə yaşadıqları 2019-cu ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək, habelə cavabdehin ölkəyə qayıdıb iddiaçının ailəsiylə yaşadığı 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayınadək ata evinə qayıdanadək Nəcibə Məmmədova saxlanması üçün maddi xərclərini çəkmişdir. Nəzərə alınır ki, cavabdeh Nəcibə Məmmədova ilə ölkəyə qayıtdıqdan və iddiaçının ailəsiylə yaşadığı 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayınadək işləyərək və (ya) gəlir əldə edərək uşağın saxlanması üçün xərcləri özünün çəkməsi, iddiaçının həmin dövr üçün aliment ödəməli olması barədə hər hansı sübut, lazımi xərclərin iddiaçı tərəfdən çəkilməsini təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda, iddiaçı 2019-cu ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək 24 ay ərzində Nəcibə Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 85 manat sabit pul məbləğində alimentin ödənilməməsinə görə yaranmış (85x24=2040) 2040 manat borcun silinməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Nəzərə alınır ki, 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək mübahisələndirilən dövr üzrə Xatun Məmmədova cavabdehin ailəsiylə birlikdə yaşamış və azyaşlının saxlanması üçün xərcləri onlar çəkmişdir, bu halı hər iki tərəf təsdiqləyir. Buna görə Xatun Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin ödənilməməsinə görə yaranmış borcun silinməsi hissəsində iddia əsasızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-793/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2019-cu ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək İddiaçı Cavabdeh xeyrinə ödənilməli olan borcun 2040 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar