Məhkəmə qərarları › İş №2(125)-7876/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7876/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7876/2023 08.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sudan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış 925,41 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, «Gəncə Sukanal» TSC su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə Cavabdeh 925,41 manat pulun tutulmasını xahiş etməsinə və borcun 2011-ci ildən 2020-ci ilədək mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun hesablamasına baxmayaraq, mənzildə yaşayan şəxslərin sayı və qeydiyyatda olmaları barədə sübutu habelə müqaviləni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sudan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərzəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sudan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar