Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-790/2024 05.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının özünün, özü olmadıqda isə dəyərinin alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının özünün, özü olmadıqda isə dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənilsənilmiş, hazırda dəyəri 455 manat olan 1 ədəd 3,5 qramlıq oval formalı 750 əyarlı qızıl qolbağın, dəyəri 1184 manat olan 1 ədəd 9,11 qramlıq qaşlı 750 əyarlı qızıl qolbağın, dəyəri 1175 manat olan 1 cüt 11,75 qramlıq sallanan 585 əyarlı qızıl sırğanın, dəyəri 430 manat olan 4,3 qramlıq 1 cüt toxunma bəzəkli 585 əyarlı qızıl sırğanın, dəyəri 525 manat olan 1 cüt 5,25 qramlıq kürə formalı 585 əyarlı qızıl sırğanın, dəyəri 640 manat 1 ədəd 6,4 qramlıq zəncir toxunuşlu 585 əyarlı qızıl boyunbağının, dəyəri 170 manat olan 1 ədəd 1,7 qramlıq 585 əyarlı qızıl üzüyün, dəyəri 200 manat olan 1 ədəd 750 əyarlı italyan qızılından üzüyün, dəyəri 1469 manat olan 1 ədəd 11,3 qramlıq hörük toxunuşlu 750 əyarlı qızıl boyunbağının özlərinin, bu əşyalar özləri olmadıqda isə dəyərlərinin və dövlət rüsumu qismində ödədiyi 83 manatın cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nailə onun bacısıdır. Onun üç qız övladı vardır. Kiçik qızı X3 Dillər İnstitutunu bitirib və Bakı şəhərində işləyir. Uzun illərdir ki, qızının işi ilə əlaqədar olaraq, onlar Bakı şəhərində kirayə mənzildə qalırlar. Kiçik qızı Tutu ilə bu qərara gəlmişlər ki, ilkin ödəniş üçün pul toplayıb ipoteka krediti ilə qızı Tutunun adına ev alsınlar. Pul toplamaq xeyli vaxt aparacağı üçün o, qızıllarını bu iş üçün satmaq qərarına gəlmişdir. Bu məqsədlə etibar etdiyi bacısı Nailəyə müraciət etmişdir ki, ona kömək etsin. Cavabdeh Gəncə şəhəri 4 saylı orta məktəbdə müəllimə işləyir, ətrafı genişdir. Belə ki, qızıllarını dəyərindən ucuz satmaq istəməmişdir. İstəmişdir ki, özləri tapsınlar ki, çox uduzmasınlar. Bacısına müraciət etdikdə o, kömək edəcəyini demişdir. 25 mart 2023-cü il tarixində 11 sayda qızıl-zinət əşyalarını bacısı Nailəyə vermişdir ki, qızıllarını tanışlarına satsın. Cavabdeh verdiyi qızıllardan iksini sataraq pullarını gətirib ona vermişdir. Lakin, qalan 9 sayda qızıllarını mənimsəmişdir. Bu müddət ərzində o, dəfələrlə qızıllarını tələb etsə də, cavabdeh qızıllarını müxtəlif bəhanələrlə ona qaytarmır. Bu barədə o polisə şikayət etmişdir. Polis şöbəsində təhqiqat aparılmış, cavabdehin izahatı alınmışdır. O, öz izahatında qızılları aldığını etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun doğma bacısıdır. Cavabdeh ilə aralarında olan şifahi tapşırığa (razılaşmaya) əsasən ona məxsus olan qızıl-zinət əşyalarını cavabdeh qısa vaxtda satmalı və pulunu ona verməli idi. Həmin tapşırığa əsasən cavabdeh əvvəlcə ona məxsus olan 2 ədəd qızıl-zinət əşyalarını satmış və pulunu da tez bir zamanda ona qaytarmışdır. Bundan sonra o, yenidən özünə məxsus olan doqquz sayda qızıl-zinət əşyalarını cavabdehə satması üçün vermişdir. Şifahi tapşırığa əsasən cavabdeh həmin qızıl-zinət əşyalarını da satıb pulunu ona verməli idi. Həmin qızıl-zinət əşyalar isə - dəyəri 455 manat olan 1 ədəd 3,5 qramlıq oval formalı 750 əyarlı qızıl qolbağın, dəyəri 1184 manat olan 1 ədəd 9,11 qramlıq qaşlı 750 əyarlı qızıl qolbağın, dəyəri 1175 manat olan 1 cüt 11,75 qramlıq sallanan 585 əyarlı qızıl sırğanın, dəyəri 430 manat olan 4,3 qramlıq 1 cüt toxunma bəzəkli 585 əyarlı qızıl sırğanın, dəyəri 525 manat olan 1 cüt 5,25 qramlıq kürə formalı 585 əyarlı qızıl sırğanın, dəyəri 640 manat 1 ədəd 6,4 qramlıq zəncir toxunuşlu 585 əyarlı qızıl boyunbağının, dəyəri 170 manat olan 1 ədəd 1,7 qramlıq 585 əyarlı qızıl üzüyün, dəyəri 200 manat olan 1 ədəd 750 əyarlı italyan qızılından üzüyün, dəyəri 1469 manat olan 1 ədəd 11,3 qramlıq hörük toxunuşlu 750 əyarlı qızıl boyunbağıdan ibarət idi. Lakin Cavabdeh xeyli vaxt keçməsinə baxmayaraq nə qızılları satmış, nə də qızılların dəyərini ona ödəmişdir. Bu barədə ona dəfələrlə bildirsə də cavabdeh onun qızıllarını qaytarmamış, yaxud pulunu ödəməmişdir. Bundan sonra o, məcbur olub cavabdehin hərəkətlərindən əvvəlcə polisə şikayət etmişdir. Polisdə araşdırma getdikdən sonra isə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunması ilə yanaşı, dövlət rüsumu üçün ödənilən və mütəxəssis rəyinin alınması üçün çəkmiş olduğu xərclərin cavabdehdən alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2023-cü ilin aprel ayında doğma bacısı olan İddiaçı ona satması üçün əvvəlcə iki ədəd qızıl-zinət əşyası verərək, həmin əşyaları satıb pulunu ona qaytarmasını xahiş etmişdir. O da həmin əşyaları iddiaçıdan satmaq məqsədilə almışdır. Bundan sonra həmin əşyaları başqa bir şəxsə sataraq pulunu iddiaçıya dərhal qaytarmışdır. Bundan sonra İddiaçı ona yenə 9 sayda, yəni iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını verərək ondan satmasını və pulunu ona qaytarmasını xahiş etmişdir. O da bacısı ilə şifahi qaydada razılaşmışdır. Daha sonra o, həmin qızıl-zinət əşyalarını iş yoldaşı olan Ruxsarə Abbasovaya nisyə qaydada satmışdır. Ruxsarə Abbasova ondan aldığı, yəni iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyərindən əvvəlcə ona 1000 manat ödəniş etmiş, lakin o, həmin pulu iddiaçıya verməmişdir. Qalan əşyalar isə Ruxsarə Abbasovada olmaqla sonuncu nə əşyaların özlərini, nə də pulunu bu günə kimi qaytarmamışdır. Bacısı İddiaçı ona qarşı hazırkı iddia qaldırandan sonra o da məcbur olub Ruxsarə Abbasovaya qarşı eyni iddianı qaldırmışdır. Ruxsarə Abbasova nə vaxt qızılları, yaxud onun dəyərini ona verərsə, o zaman o da öz növbəsində İddiaçı qızılını, yaxud onun dəyərini qaytaracaqdır. Bu gün isə Lalənin yalnız onda 1000 manat pulu var. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 07 sentyabr 2023-cü il tarixli, 3-13-57-2-2-P-258xx/xx/2023 və 3-13- 57-2/2-P-239xx/xx/2023 nömrəli məktublarında İddiaçı bildirilmişdir ki, araşdırma zamanı etdiyi müraciətində qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edilmişdir. Odur ki, qanuna müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunur. Azərbaycan Respublikası Əmlakın X2 Cəmiyyətinin 06 fevral 2024-cü il tarixli, ƏQ- 297/2024 nömrəli qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə bağlanmış 02 fevral 2024-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq İddiaçı təqdim etdiyi foto şəkillərə və digər sənədlərə əsasən 9 (doqquz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndiricimütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı təqdim etdiyi foto şəkillərə və digər sənədlərə əsasən 9 (doqquz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixinə real bazar dəyəri 6248 (altı min iki yüz qırx səkkiz) manat təşkil edir. İddiaçı Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatından görünür ki, o, bacısı olan Cavabdeh Naizm qızına 5150 (beş min yüz əlli) manat dəyərində olan qızıl zinət əşyalarını satması üçün həvalə etdiyini, ancaq bacısı Nailənin bu günə kimi nə qızılları, nədəki pulunu vermədiyini qeyd etmişdir. Cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, ...“qeyd edirəm ki, İddiaçı mənim bacımdır. Qeyd edirəm ki, mənim bacım mənə Bakı şəhərində ev almaqdan ötrü mənə 5150 manat dəyərində qızılzinət əşyaları vermişdir ki, mən onu satım, pulunu ona verim. Mən də həmin qızıl-zinət əşyalarını Ruqsarə adlı qadına hissə-hissə vermişəm ki, pulunu mənə verəcək. Ancaq, həmin qızıl-zinət əşyalarını Ruqsarə bu günə kimi verməyib. Mən dəfələrlə onla əlaqə saxlasam da, mənə bildirir ki, mənim qızıllar hamısı məndədir, qaytaracam, ancaq o, vermir. Mənə bildirir ki, qısa müddətdə qaytaracam. İzahat mənə ucadan oxundu, mənim sözlərimlə yazılıb, doğrudur, ona görə də imzamla təsdiq edirəm”. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, işin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, iddiaçı cavabdehə iddia ərizəsində göstərilən 9 sayda olan qızıl-zinət əşyalarını satması üçün vermişdir. Tərəflər arasında şifahi qaydada bağlanan tapşırıq müqaviləsinə əsasən cavabdeh iddiaçıdan almış olduğu iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını satmalı, satışdan əldə olunan pul vəsaitini isə ona qaytarmalı idi. Məhkəmə iclasında iddiaçı iddiada göstərilən qızıl-zinət əşyasını cavabdehə satması üçün verdiyini sübut etmişdir. Cavabdehin bildirməsinə görə iddiaçıdan almış olduğu 9 sayda olan qızıl-zinət əşyalarını Ruxsarə adında qadına nisyə qaydada satmış, satışdan əldə etdiyi pul vəsaitindən 1000 manatı sonuncudan alsa da həmin məbləği iddiaçıya qaytarmamışdır. Qalan əşyaları və yaxud onun pulunu Ruxsarədən ala bilməmiş, ona görə də o da öz növbəsində Ruxsarəyə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan tapşırıq müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə, hazırki iş üzrə tərəflər arasında olan mövcud münasibətləri qiymətləndirərək hesab edir ki, onlar arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan tapşırıq əsasında götürdüyü 9 (doqquz) sayda iddia ərizəsində göstərilən qızıl-zinət əşyasını satmaq məqsədilə götürüb onu satsa da pulunu hal-hazıra kimi iddiaçıya qaytarmamışdır. Nəticədə iddiaçı həm qızıl-zinət əşyalarından və həm də onların dəyərindən məhrum olmuşdur. Ona görə də iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Eləcə də, İddiaçı qızıl-zinət əşyalarının özünün, özü olmadıqda isə dəyərinin alınmasını Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlakın X2 Cəmiyyətinin 06 fevral 2024-cü il tarixli, ƏQ-297/2024 nömrəli qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyində İddiaçı məxsus 9 (doqquz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixinə real bazar dəyəri 6248 (altı min iki yüz qırx səkkiz) manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə mütəxəssis rəyini də sübut kimi qəbul edərək orada qeyd edilən qızıl-zinət əşyalarının real-bazar dəyəri ilə razılaşır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəyəri 455 (dörd yüz əlli beş) manat olan 1 ədəd 3,5 qramlıq oval formalı 750 əyarlı qızıl qolbağın, dəyəri 1184 (bir min yüz səksən dörd) manat olan 1 ədəd 9,11 qramlıq qaşlı 750 əyarlı qızıl qolbağın, dəyəri 1175 (bir min yüz yetmiş beş) manat olan 1 cüt 11,75 qramlıq sallanan 585 əyarlı qızıl sırğanın, dəyəri 430 (dörd yüz otuz) manat olan 4,3 qramlıq 1 cüt toxunma bəzəkli 585 əyarlı qızıl sırğanın, dəyəri 525 (beş yüz iyirmi beş) manat olan 1 cüt 5,25 qramlıq kürə formalı 585 əyarlı qızıl sırğanın, dəyəri 640 (altı yüz qırx) manat 1 ədəd 6,4 qramlıq zəncir toxunuşlu 585 əyarlı qızıl boyunbağının, dəyəri 170 (bir yüz yetmiş) manat olan 1 ədəd 1,7 qramlıq 585 əyarlı qızıl üzüyün, dəyəri 200 (iki yüz) manat olan 1 ədəd 750 əyarlı italyan qızılından üzüyün, dəyəri 1469 (bir min dörd yüz altmış doqquz) manat olan 1 ədəd 11,3 qramlıq hörük toxunuşlu 750 əyarlı qızıl boyunbağının özlərinin, bu əşyalar özləri olmadıqda isə ümumi dəyəri olan 6248 (altı min iki yüz qırx səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, o cümlədən iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq məqsədi ilə ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu da Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün 150 (bir yüz əlli) manat məbləğində pul ödənilmişdir. Məhkəmə, hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh dəyəri 455 (dörd yüz əlli beş) manat olan 1 ədəd 3,5 qramlıq oval formalı 750 əyarlı qızıl qolbağın, dəyəri 1184 (bir min yüz səksən dörd) manat olan 1 ədəd 9,11 qramlıq qaşlı 750 əyarlı qızıl qolbağın, dəyəri 1175 (bir min yüz yetmiş beş) manat olan 1 cüt 11,75 qramlıq sallanan 585 əyarlı qızıl sırğanın, dəyəri 430 (dörd yüz otuz) manat olan 4,3 qramlıq 1 cüt toxunma bəzəkli 585 əyarlı qızıl sırğanın, dəyəri 525 (beş yüz iyirmi beş) manat olan 1 cüt 5,25 qramlıq kürə formalı 585 əyarlı qızıl sırğanın, dəyəri 640 (altı yüz qırx) manat 1 ədəd 6,4 qramlıq zəncir toxunuşlu 585 əyarlı qızıl boyunbağının, dəyəri 170 (bir yüz yetmiş) manat olan 1 ədəd 1,7 qramlıq 585 əyarlı qızıl üzüyün, dəyəri 200 (iki yüz) manat olan 1 ədəd 750 əyarlı italyan qızılından üzüyün, dəyəri 1469 (bir min dörd yüz altmış doqquz) manat olan 1 ədəd 11,3 qramlıq hörük toxunuşlu 750 əyarlı qızıl boyunbağının özlərinin, bu əşyalar özləri olmadıqda isə ümumi dəyəri olan 6248 (altı min iki yüz qırx səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu və qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün ödənilmiş 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-790/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-790/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver