Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-81/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3, cavabdehlərin vəkili, cavabdehdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilkin, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Musayev İlham Mayıl oğlunun ona olan 30000 (otuz min) manat məbləğində borcun müştərək qaydada onun vərəsələri Cavabdeh3, Cavabdeh1 və X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Musayev İlham Mayıl oğlu arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı rədd etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı Gəncə şəhər 1 saylı notariat ofisində təsdiq olunmuş 22 iyul 2019-cu il tarixli 3M-79 reyestr nömrəli kredit müqaviləsinə əsasən Musayev İlham Mayıl oğluna 30000 manat məbləğində borc pul vermiş, sonuncu hər ay 500 manat olmaqla 4 ay ödəniş etmişdir. X26 Mayıl oğlu müqavilə bağlandıqdan sonra, 24 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra İddiaçı mərhumun vərəsələri olan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 pulunun geri qaytarılması barədə müraciət etmiş, lakin onlar hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışlar. Ona görədə İddiaçı məcbur olub mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qarşılqlı iddia ərizəsi əsassızdır və müqavilənin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Ərizədə göstərilənlər həqiqətə uyğun deyildir. Ona görə də sözügedən iddia ərizəsinə etiraz edir. İddiaçı Gəncə şəhər 1 saylı notarat ofisində təsdiq olunmuş 22 iyul 2019-cu il tarixli 3M-79 reyestr nömrəli kredit müqaviləsinə əsasən Musayev İlham Mayıl oğluna 30000 manat məbləğində borc pul vermişdir. Pulu verdikdən sonra Musayev İlham Mayıl oğlu hər ay 500 manat olmaqla 4 dəfə ödəniş etsə də, 24 dekabr 2019-cu il tarixində vəfat etmişdir. İlham Musayev vəfat edəndən sonra iddiaçı dəfələrlə sonucunun vərəsələri olan cavabdehlərə müraciət edərək pulunu geri istəsə də, onlar hər dəfə müxtəlif bəhanələr tapmış, bununla da Musayev İlham Mayıl oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq borcu ödəmək fikirlərinin olmadığı məlum olmuş, ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehlər pulun əvəzinə “MERCEDES BENZ 508” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya təklif etmiş, iddiaçı isə ona avtomobil lazım olmadığına görə pulunu istəmişdir. Buna baxmayaraq, hazırda cavabdehlər guya müqavilə imzalanan zaman atalarına hədə-qorxu gəlindiyini, əslində müqavilədə göstərilən məbləğdə pul verilmədiyini birldirməklə müqavilənin etibarsız hesab edilməsini xahiş edirlər. Lakin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur və ərizədə göstərilənlər heç bir sübuta söykənməməklə yalnız ödənişdən yayınmaq üçün edilmiş bir addımdır. Qarşılıqlı iddia üzrə iddiaçıların gətirdiyi arqumentlərdən biri odur ki, guya müqavilə imzalanan vaxt iddiaçının qohumu ona hədə-qorxu gələrək müqaviləni imzalamağa məcbur etmişdir. Belə olan halda ötən müddət ərzində cavabdehlərin nə üçün hüquq-mühafizə orqanlarına müraciət etməmələri, Musayev İlham Mayıl oğlunun vəfat edənə kimi nə üçün hər ay 500 manat olmaqla 4 dəfə ödəniş etməsi sual doğurur. Qarşılıqlı iddia üzrə iddiaçıların gətirdiyi digər bir arqument isə ondan ibarətdir ki, guya pul bankda olan depozit hesabına qoyulsa da Musayev İlham Mayıl oğlu tərəfindən götürülməmişdir. Məlum olduğu kimi Musayev İlham Mayıl oğlunun adına qoyulan depoziti ondan başqa heç kim götürə bilməzdi və əgər götürməyibsə hazırda da bankda olmalı idi. Bundan başqa bankdan pulun götürülməsi barədə çekdə olan imzanın İlham Musayev tərəfindən icra olunmadığını bildirmişlər, lakin ekspert rəyi ilə həmin imzanın məhz İlham Musayevə məxsus olduğu müəyyən olunmuşdur. Sonda iddiaçının nümayəndəsi ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili qarşılıqlı iddianı müdafiə, ilkin iddianı rədd etdiyini bildirərək izahatında göstərmişdir ki, mərhum İlham Musayev İddiaçı tanımamış, bir-birini tanımayan şəxslərin arasında borc müqaviləsi olması təəcüblüdür. Belə ki, İlham Musayev ilə başqa bir şəxs arasında yaşadığı evin alqı-satqısı ilə bağlı razılaşma olmuş, həmin şəxs evi almaq üçün 5000 ABŞ dolları beh vermiş, həmin vaxt dolların məzənnəsi 0.78 manat olmuşdur. Daha sonra evin satışını istəməyən İlham Musayev köhnə məzənnə ilə pulu həmin şəxsə qaytarmağı təklif etmiş, lakin həmin şəxs mərhumun təklifi ilə razılaşmamış, verilən pulun üzərinə faiz hesablanmaqla yeni məzənnə ilə, yəni 1.70 manat ilə qaytarılmasını tələb etmiş və dəfələrlə hədə-qorxu ilə mərhumun evinə gəlmiş, İlham Musayevin vərəsələri həmin hədə-qorxulara şahid olmuşdur. Hədə qorxuların nəticəsində mərhumu notarial formada borc müqaviləsi bağlamağa məcbur etmişlər, həmin borc müqaviləsi ilə guya İlham Musayev tanımadığı İddiaçıdan 30000 manat borc pul almışdır. Həmin müqavilənin bağlanmasından cavabdehlərin məlumatı olmamış, məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehlər məlumat əldə etmişlər. Həmin müqavilənin hansı üsulla bağlanmasına İlham Musayevin bacısı və cavabdehlər şahid olmuşlar. Hədə-qorxuların nəticəsində İlham Musayev qısa müddətdə vəfat etmişdir. Sonda o, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 qarşılıqlı iddianı müdafiə, ilkin iddianı rədd etdiyini bildirərək izahatında göstərmişdir ki, İddiaçı nə o, tanımır, nə də mərhum İlham Musayev tanımamışdır. X17 başqa bir şəxs arasında yaşadıqları evin alqı-satqısına dair razılaşma olmuş, bu isə hələ dolların dəyərinin qalxmamasından əvvəl olmuşdur. Evin alqı-satqısına verilmiş beh 5000 ABŞ dolları təşkil etmişdir. Bu pulun qaytarılması üçün İlham Musayev ilə digər şəxslər arasında mübahisə olmuşdur. Ümumiyyətlə onun atası bankdan pul götürməmiş, formal olaraq müqavilə imzalanmışdır. Sonda o, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid bildirmişdir ki, Musayev İlham Mayıl oğlu onun qardaşıdır. 2019-cu ilin yay aylarında o, qardaşı İlhamgilə getmiş, həmin vaxt orada 5 nəfər şəxsin qardaşı İlhamla söhbət etdiklərini və qardaşına təzyiq etdiklərini görmüşdür. O, da söhbətə qoşularaq nə məsələ olduğunu aydınlaşdırmağa çalışmış, bu zaman Rusiya Federasiyasının vətəndaşı olan Zaman adlı şəxs ona narahat olmamasını, öz aralarında razılıqla məsələni həll edəcəklərini bildirmişdir. Onun qardaşı İlham qorxaq adam idi, kiminləsə mübahisə yaranmasını istəməzdi. Bundan bir müddət sonra qardaşı ona mobil telefonla zəng edərək həmin şəxslərlə notariusda olduğunu və müqavilə bağladıqlarını bildirmişdir. O, qardaşına onu gözləməsini bildirmiş və özü də qardaşının yanına getmişdir. O, qardaşının yanına gedəndə həmin şəxslərin qardaşı ilə avtomobilin yanında söhbət etdiklərini görmüşdür. Qardaşı İlham ona ayda hissə-hissə ödəmək şərti ilə 3000 manat borc müqaviləsi bağladığını və əlavə problem yaranmaması üçün hər ay pensiyasından pul ödəyəcəyini bildirmişdir. Onun qardaşının gözləri yaxşı görmürdü və borc məbləğinin 30000 manat olmasından xəbəri olmamışdır. İş materiallarında olan: - Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Musayev İlham Mayıl oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş, onun ölüm səbəbi ağ ciyər ürək çatmamazlığının digər dəqiqləşdirilmiş forması. - Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Musayev İlham Mayıl oğlu İddiaçı 30000 manat məbləğində borc pul almış, borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş Musayev İlham Mayıl oğlunun vərəsələri arvadı Cavabdeh1, oğlu Cavabdeh3, qızı Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 4-cü döngə, ev 18 miras əmlkadan bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı ərazi idarəsi tərəfindən xx/xx/2014 tarixdə verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən miras qoyan Musayev İlham Mayıl oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən mükiyyətdə olan 0,0916 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 86.6 kv/m, yaşayış sahəsi 47.9 kv/m, yardımçı sahəsi 38.7 kv/m 2 otaqlı fərdi yaşayış evindən, 1 mərtəbəli, ümumi sahəsi 167.3 kv/m, yaşayış sahəsi 86.3 kv/m, yardımçı sahəsi 81 kv/m 2 otaqlı fərdi yaşayış evindən və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter C, tikintialtı sahəsi 14.3 kv/m olan əl damından, liter C, tikintialtı sahəsi 11.4 kv/m olan hamamdan ibarətdir. - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Musayev İlham Mayıl oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0916 ha torpaq sahəsi və fərdi yaşayış evinin onlara çatası miras payı qəbul etmişlər. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, X14 xx.xx.2019-cu il tarixdə ölmüş və ölən günədək ünvan 2 ünvanında yaşamış, ölümündən sonra aşağıda adları qeyd olunan ailə üzvləri qalmışdır. X1, oğlu X15 və qızı Sultanova (Musyaeva) Aytac İlham qızı. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Musayev İlham Mayıl oğlu xx.xx.2019-cu il tarixdə ölmüş, ölüm səbəbi ağ ciyər ürək çatmamazlığının digər dəqiqləşdirilmiş forması olmuşdur. - Nikah haqqında aşəhadətnamədən görünür ki, Musayev İlham Mayıl oğlu ilə X6 arasında nikah xx.xx.1985-ci il tarixdə Kirovabad (Gəncə) şəhərində qey edilmişdir. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Musayev İlham Mayıl oğlunun mülkiyyətində 11.08.202-ci il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. - RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə Musayev İlham Mayıl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, atası Musayev İlham Mayıl oğlu, anası Cavabdeh1dır. - Nihak haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X16 arasında nikah 26 noyabr 2010-cu il tarixdə Gəncə şəhəri, Nizami raynu, Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1986-cı il tarixdə Kirovabad (Gəncə) şəhərində doğulmuş, atası Musayev İlham Mayıl oğlu, anası Cavabdeh1dır. - Cavabdeh1 notarial qaydada ərizə verərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri Musayev İlham Mayıl oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ona çatası ½ hissəyə dair mülkiyyət hüquqlarını rəsmləşdirmək və mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəməmiş, gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu X4 tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli 2V-512 nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh3 bağışlamışlar. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 3m-79 reyestr nömrəli notariat işinin surətindən görünür ki, Musayev İlham Mayıl oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncu İlham Musayevə 30000 manat məbləğində borc pul verməyi, İlham Musayev isə həmin pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. X24 Muğanbank ASC-nin Gəncə filialına xx.xx.2019-cu il tarixli, 337 nömrəli məktubla müraciət edərək həmin müqavilə üzrə Mehparə Hətəmova tərəfindən İlham Musayevə veriləcək 30000 manat pulun bankda olan depozit hesabına qoyulmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderinə əsasən 30000 manat pulun notariusun Muğanbank ASC-nin Gəncə filialında olan depozit hesabına qoyulduğu müəyyən olunur. Məhkəmənin sorğusuna cavab olaraq Muğanbank ASC-nin Gəncə filialından verilmiş məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə notariusun depozit hesabına X7 adına xx.xx.2019-cu il tarixli, 337 nömrəli məktuba əsasən vətəndaş X5 tərəfindən 30000 manat mədaxil edilmiş və həmin tarixdə MUG431742 saylı pul çeki əsasında vətəndaş Musayev İlham Mayıl oğluna 30000 manat ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Muğanbank ASC-nin Gəncə filialından verilmiş mədaxil və məxaric orderlərindən, noturiusun məktubundan, reyestrdən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X24in xx.xx.2019-cu il tarixli, 337 nömrəli məktubuna əsasən onun bankda olan depozit hesabına xx.xx.2019-cu il tarixdə X5 tərəfindən 30000 manat pul ödənilmiş və həmin tarixdə Musayev İlham Mayıl oğlu 30000 manatı almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Çünki işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh mərhum Musayev İlham Mayıl oğlu kredit müqaviləsinə əsasən aldığı 30000 manat pul məbləğində pulu xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. X13 ölümündən sonra ondan qalan mirası qəbul etmiş vərəsələri olan cavabdehlər də borcu qaytarmamışlar. Buna görə də iddiaçının İlham Musayevin vərəsələri olan cavabdehlərdən borcu tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. - 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Cavabdeh tərəf məhkəmə iclasında və qarşılıqlı iddia ərizəsində müqaviləni hədəqorxu olunduğu üçün imzaladığını, həqiqətə uyğun olmadığını, əslində həmin məbləği bankdan götürmədiyini bildirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Belə ki, cavabdehlərin nümayəndəsinin vəsatəti əsasında xx.xx.2019-cu il tarixli, 431742 nömrəli çekdə məbləğin alınması ilə bağlı imzanın İlham Musayev tərəfindən icra olunub-olmadığının müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(125)-81/2022 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın xx.xx.2022-ci il tarixli, 4/1325 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 200-cu vərəqində olan Muğanbank ASC ilə Musayev İlham Mayıl oğlunun adından olan xx.xx.2019-cu il tarixli, MUĞ 431742 nömrəlin çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza Musayev İlham Mayıl oğlu tərəfindən icra olunmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlər tərəfindən kredit müqaviləsinin hədə-qorxu ilə bağlandığı, kredit müqaviləsi üzrə pulun verilmədiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, hətta xx.xx.2019-cu il tarixli kredit müqaviləsi hədə-qorxunun təsiri nəticəsində bağlanmış olsa belə, cavabdehlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin əqdi mübahisələndirmək üçün 01 illik müddəti ötürmüşlər. Çünki cavabdehlərin və şahid qismində dindirilmiş İlham Musyevin bacısı Şahid izahatlarından məlum olmuşdur ki, cavabdehlərin mərhum İlham Musayevin kredit müqaviləsini hansı halda bağlanmasından xx.xx.2019-cu il tarixdən məlumatları olmuş, lakin onlar kredit müqaviləsi barədə əqdi iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra xx.xx.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdehlər Mehparə Hətəmova ilə İlham Musayevin arasında kredit müqaviləsinin bağlanmasını məhkəmədə qarşılıqlı iddia qaldırmamışdan ən azı 02 il 02 ay qabaq bilmiş, bununla razılaşmış, lakin sonradan iddiaçı iddia qaldıraraq borcunu tələb etdiyi üçün hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlərr. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ilkin iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir, qarşılıqlı iddia tələbini isə əsassız hesab edir. Nəticə etibarilə məhkəmə hesab edir ki, ilkin iddia təmin olunmalı, 30000 manat məbləğində borc cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia rədd edildiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Həmçinin məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 112 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 30000 (otuz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 özlərinə aid edilsin. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 112 (bir yüz on iki) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(125)-81/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-81/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver