Məhkəmə qərarları › İş №2(125)-810/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-810/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-810/2023 10.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 2836,8 manat əsas, 608,04 manat faiz, 17,54 manat cərimə məbləği olmaqla, cəmi 3462,38 manat borcun, 0,40 manat bank xidməti haqqının və dövlət rüsumu olaraq ödənilmiş 54,63 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 35%-dək olmaq şərti ilə 120 ay müddətinə, kreditin ilkin limiti 20000 manat təyin edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 02 sentyabr 2022-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASCyə 2836,8 manat əsas, 608,04 manat faiz, 17,54 manat cərimə məbləği olmaqla, cəmi 3462,38 manat borcu yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, müqavilə üzrə cavabdehə xx.xx.2021-ci il tarixdə illik 29,5 faiz ödəmək və üç il müddətinə qaytarmaq şərti ilə 3000 manat kredit verilmişdir. Cavabdehin aylıq ödəməli olduğu məbləğ 127 manat olmuşdur. Cavabdeh üç ay ödəniş etdikdən sonra müqavilə üzrə ödəniş etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6235sKPZ/21 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 35 faizədək olmaqla, 120 ay müddətinə, 20000 manatadək krediti borcalana verə bilər. Kreditin borcalana təqdim edilməsi üçün müqavilə imzalandıqdan sonra borcalana cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Borcverən borcalanın mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, komisyon haqlarının məbləği, həmçinin borcalanın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Borcalanın həmin sms-ə cavab olaraq öz mobil telefon nömrəsindən borcverənin qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda (təklif sms-ində bu məqsəd üçün müəyyən edilmiş sözü) sms yazıb göndərməsi kredit məbləğinin borcalanın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və borcverən həmin sms-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Müqavilənin 2.7.1-ci bəndinə əsasən borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda borcverən müqaviləyə birtərəfli qaydada xitam verə və kreditin qalıq məbləğinin hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. Müqavilənin 2.9-cu bəndinə əsasən borcalan kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik qırx faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. "xxxx" KB ASC-nin elektron məlumat sistemindən çıxarışdan görünür ki, bank tərəfindən Cavabdeh istifadəsində olan ********** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 15:53-də SMS göndərilmiş, SMS-də cavabdehə xx.xx.2024-cü il tarixədək illik 29,5 faizlə, aylıq ödəniş 127 manat olmaqla, 3000 manat məbləğində kredit təklif edilmiş, təsdiq üçün 8117 qısa nömrəsinə “YES” sözünü yazıb göndərməsi barədə məlumat verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 15:59-da istifadəsində olan ********** mobil telefon nömrəsindən 8117 qısa nömrəsinə “Yes” sözünü yazıb göndərərək təklifi qəbul etmişdir. "xxxx" KB ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2021-ci il tarixli, 6235sKPZ/21 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 3000 manat pul köçürülmüş, Cavabdeh müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 127 manat, xx.xx.2021-ci il tarixdə 128 manat və xx.xx.2021-ci il tarixdə 127 manat ödəniş etmişdir. 02 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixli, 6235sKPZ/21 saylı kredit müqaviləsi üzrə 2836,8 manat əsas borc, 608,04 manat faiz borcu və 17,54 manat cərimə olmaqla, cəmi 3462,38 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Tərəflər arasında kredit müqaviləsi bağlanmış və iddiaçı cavabdehə üç il ərzində qaytarmaq şərtilə illik 29,5 faiz dərəcəsi, aylıq ödəniş 127 manat olmaqla 3000 manat pul borc vermişdir. Cavabdeh yalnız ilk üç ay ərzində öhdəliklərini icra etmiş, xx.xx.2021-ci il tarixdən etibarən öhdəliyini icra etməmişdir. Nəticədə cavabdehin 2836,80 manat əsas borc, 608,04 manat faiz borcu və 17,54 manat dəbbə pulu borcu yaranmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçının müqaviləyə birtərəfli qaydada xitam vermək və qeyd edilən məbləğlərin ödənilməsini tələb etməsi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 6235sKPZ/21 saylı kredit müqaviləsi üzrə 2836,8 manat əsas borc, 608,04 manat faiz borcu və 17,54 manat dəbbə pulu olmaqla, cəmi 3462,38 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə xərcləri iddiaçının iddia ərizəsini məhkəməyə verməsi üçün ödəmiş olduğu 54,63 manat dövlət rüsumundan və 0,40 manat bank xidmət haqqından ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 0,40 manat bank xidmət haqqı və 54,63 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 6235sKPZ/21 saylı kredit müqaviləsi üzrə 2836,8 manat əsas və 608,04 manat faiz borcu, 17,54 manat dəbbə pulu olmaqla, cəmi 3462,38 manat (üç min dörd yüz altmış iki manat, otuz səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 55,03 manat (əlli beş manat, üç qəpik) pul tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar