Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-871/2024 16.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 800 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 830 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh plastik qapı və pəncərələrin yığılması və quraşdırılması ilə məşğuldur. O, Cavabdeh 2022-ci ilin may ayında yaşadığı evə 1 ədəd mətbəx qapısı, 5 ədəd böyük ölçülü pəncərə və 2 ədəd kiçik ölçülü pəncərə sifariş etmişdir. O, Cavabdeh qapı, pəncərələrin yığılması və quraşdırılması üçün 1.500 manat məbləğində pul ödəmişdir. Cavabdeh sifarişləri bir aya hazır edib quraşdıracağınıı bildirmişdir. Lakin, cavabdeh söz verdiyi tarixdə onun sifarişlərini hazır etmədiyi üçün hər dəfə ona məxsus mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq onun qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Cavabdeh hər dəfə onun müraciətlərindən dolayısı yollarla imtina etmişdir. Cavabdeh 2022-ci ilin noyabr ayında sifariş etdiyi kiçik ölçüdə olan 2 ədəd pəncərəni 300 manata hesablayaraq evində qurlaşdırmış və ondan xahiş etmişdir ki, borcu çox olduğundan evlərini satılığa qoyub, satılan kimi qalan borcunu ödəyəcəkdir. Bundan sonra cavabdeh 2023-cü ilin mart ayında evlərini satdıqdan sonra anası ilə birlikdə ona qalıq borcundan 400 manat məbləğində pulu qaytarmışdır. Pulu verən zaman bildirmişdir ki, sosial yardım düzəltdirmişdir və qalıq 800 manat pulu sosial yardımı alan kimi ödəyəcəkdir. Lakin Cavabdeh o gündən bu günə kimi çoxsaylı müraciətlərinə baxmayaraq ona olan 800 manat məbləğində olan borcunu ödəməkdən dolayısı yollarla boyun qaçırmışdır. Bu barədə aidiyyatı üzrə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfindən ona 10 ədəd 100-lük verilmişdir, yəni cəmi 1000 manat pul almışdır. Biri 250 manata, ölçüləri 1,6/1,4 metr olan 3 ədəd böyük pəncərə, yan-yana olan 1 qapı, 1 pəncərə və biri 150 manata, ölçüləri 1,3/1,0 metr olan 2 ədəd pəncərə hazırlanıb, quraşdırılması üçün razılığa gəlmişdirlər. Yan-yana olan 1 qapı və 1 pəncərənin qiymətini ikisinə birlikdə 700 manata razılaşmışdırlar. 1 dənə də naves altı sifariş vermişdirlər ki, hamısına birlikdə 2200 manat danışmışdırlar. Əvvəllcədən beh vermələrini demiş və 1000 manat almışdır. Daha sonra sifarişi vaxtında yığa bilməmiş, hissə-hissə pulu geri qaytaracağını demişdir. 300 manata 2 pəncərə yığıb quraşdırmış, 400 manat pulu anası ilə birlikdə aparıb qaytarmış, qalan 300 manat pulu isə evi satışa qoyduğunu, satıldıqdan sonra gətirib pulu verəcəyini demişdir. Hazırda 300 manat borcu qalmışdır, evi satıb qaytaracaqdır. Pulu alarkən yanlarında iddiaçının əri olmuş, başqa heç kim olmamışdır. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dinlənilmiş X1 ifadəsində göstərdi ki, cəmi 2200 manata 7 ayna, 1 qapı yığılıb quraşdırılması üçün razılığa gəlmişdirlər. Cavabdeh material almaq üçün pul vermələrini demiş, 1500 manat pul verilmişdir. Zəng etdikdə cavabdeh cavab verməmişdir. Daha sonra özü zəng etmiş, 2-3 günə gəlib aynanı qoyacağını demişdir. Sonra yenidən zəng etdikdə pulun qalanını 2-3 günə evi satıb verəcəyini demişdir. Cavabdehə onun yanında cəmi 1500 manat pul verilmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər BPİ-nin 2ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh barəsində etmiş olduğu müraciətlə bağlı qanuna müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçı iddia etmişdir ki, cavabdeh ondan ilkin olaraq 1500 manat pul alaraq 1ay müddətinə işi tam icra etməyi öhdəsinə götürmüş lakin 300 manat dəyərində 2 ədəd kiçik ölçüdə pəncərə quraşdırsa da, öhdəliyi yerinə yetirməmiş, pulunu geri tələb etdikdə 400 manatını qaytarmış yerdə qalan 800 manatını qaytarmamışdır. Cavabdeh iddiaçıdan işin görülməsi üçün 1500 manat deyil 1000 manat aldığını və həmin pulu iddiaçının ərininn yanında aldığını başqa şəxsin olmadığını, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edəcək başqa sübutunun olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh pulu iddiaçıdan alarkən iddiaçının ərindən başqa orada başqa şəxsin olmadığını göstərmişdir, məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının əri X1 ifadəsində cavabdehə material almaq üçün 1500 manat pul verildiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. MM-in 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öz etiraznın əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının iddia tələbi əsaslıdır, ona görə də iddia təmin olunmalı cavabdehdən 800 manat alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-871/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-871/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver