Məhkəmə qərarları › İş №2(125)-877/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-877/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-877/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və İddiaçının vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) ABŞ dolları pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-2015-ci illər ərzində Cavabdeh 6000 (altı min) ABŞ dollara (kurs-1,05 manat olan zaman) Gəncə şəhəri, Gənc zavoduna gedən yol istiqatəmində torpaq sahəsi almışdır. Həmin torpaqda ev tikdirən zaman müəyyən olmuşdur ki, Cavabdeh dərədə yerləşən torpaq sahəsini dolduraraq altı boş torpaq sahəsini onu aldadaraq satmışdır. Nəticədə həmin torpaqda inşa etdiyi evi bugünkü gündə çökmüşdür. Həmçinin sonradan ona məlum olmuşdur ki, torpaq sahəsini Cavabdeh əvvəlcədən Məharət Əliyevlə birlikdə orada da bir çox insanları aldadaraq altı boş torpaq sahəsi satmışdır. İndi isə Cavabdeh onu aldatması ilə bağlı onun evinin tikintisi zamanı dəymiş zərəri və onu aldadaraq altı boş torpaq sahəsini satması ilə bağlı 6000 ABŞ dolları pulu qaytarmasını istəsə də, Cavabdeh ondan yayınır. Belə ki, əvvəl cavbadehə qaldırdığı iddia tələbi üzrə cavabdeh ondan 6000 ABŞ dolları pulu alaraq torpaq sahəsini ona satdığını etiraf etdiyindən və buna dair qərar qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbi baxımından artıq sübuta ehtiyac qalmamışdır. Hazırda qeyd olunan qərarların surətini iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək izahatında bildirdi ki, qonşusu Arif adlı şəxsə torpaq almaq istədiyini və ona boş torpaq sahəsi tapmasını xahiş etmişdir. Həmin Arif adlı şəxs onu Cavabdeh ilə tanış etmişdir. O, Cavabdeh sonuncunun qaynanasına məxsus olan sərəncam əsasında ayrılmış torpaq sahəsini 6000 (altı min) ABŞ dolları məbləğə almış və həmin torpaq sahəsində özlərinin fərdi yaşayış evi olmadığından fərdi yaşayış evi tikmişlər. Həmin ərazi zibillik olmuş, Müşfiq həmin ərazini təmizlətdirib hissə-hissə ayıraraq satışa çıxarmışdır. Məhz bu səbəbdən də həmin ərazi də tikdirdiyi evi çökmüşdür. Aldığı torpaq sahəsi Müşfiqin mülkiyyətində olmamışdır və onun bundan torpağı alan zaman xəbəri olmuşdur. O, Müşfiqə şifahi torpaq alğı-satqısına görə pulu 2015-ci ilin yanvar ayında şəxsən vermişdir. Müşfiq qaynanasının adından ona torpağı idarə etməklə bağlı ümumi etibarnamə alıb vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddia tələbini müdafiə edərək, iddiaçının dedikləri ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 01 fevral 2023-cü ildə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı ona qarşı 6000 (altı min) ABŞ dolları pul tələbinə dair iddia tələbi üzrə iddia müddətinin ötməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 09 avqust 1986-cı ildə doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 35000 (otuz beş min) manat pul tutularaq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 60 manat hissəsi Cavabdeh, 40 manat hissəsi isə İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – 140155571, müxbir hesab –AZ 41NABZ ********************4, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu -3.) köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiasının təmin edilməməsi və İddiaçı 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – 140155571, müxbir hesab –AZ 41NABZ ********************4, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu -3.) köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3546/2022 nömrəli,12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh hazırki iddia ərizəsinə etirazından görünür ki, iddia tələbində borcun yaranma səbəbi kimi 2014-2015-ci il ərzində ona torpaq sahəsinin satılmasını qeyd etmişdir. 2014-cü ildə 1 ABŞ dolları 0,78 manat dəyərində olmuşdur. Hazırki iş üzrə İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç bir hüquqi əsası olmamaqla onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, işin həqiqi halı ondan ibarətdir ki, iddiaçı qeyd etdiyi torpaq sahəsini etibarnamə əsasında əldə etmiş və həmin torpağa etibarnamə onun adından verilməmişdir. İddiaçı ona qarşı 6000 (altı min) ABŞ dolları verdiyi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi iddia müddətinin keçməsi əsası ilə əlaqədar təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2014-cü il tarixli, 1382 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, Gənc zavoduna gedən yolun sol tərəfində yerləşən torpaq sahəsində sonuncunun qaynanasına fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələşdirilməsinə) icazə verilmişdir. Sözügedən torpaq sahəsini Cavabdeh şifahi razılaşma əsasında 2015-ci ilin yanvar ayında 6000 (altı min) ABŞ dollara İddiaçı satmış, İddiaçı da həmin ərazi də fərdi yaşayış evi tikdirmişdir. Torpaq sahəsi doldurma torpaq sahəsi olduğundan fərdi yaşayış sahəsi yararsız hala düşmüşdür. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı aldığı torpaqda evin bünövrəsini inşa edərkən torpaq sahəsinin tökmə torpaqla doldurulduğunu bilmiş və bu barədə cavabdehə məlumat verdiyindən Cavabdeh apellyasiya şikayəti təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(044)-155/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermiş, onun kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1065/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halhazırda İddiaçı şifahi razılaşma əsasında Cavabdeh 6000 (altı min) ABŞ dolları pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, lakin 01 fevral 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin ötməsini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, 2014-2015-ci illərdə Cavabdeh torpaq sahəsini 6000 (altı min) ABŞ dollara İddiaçı şifahi alqı-satqı müqaviləsi əsasında satsa da, əslində həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmadığı üçün etibarsız əqdir. Ona görə ki, bağlanmış əqd əqdin etibarlı olmasını şərtləndirən tələblərə cavab verməlidir. Halhazırda da görünür ki, əqdi bağlayan tərəflər tam fəliyyət qabiliyyətlidir (əqdin subyekt tərkibi haqqında şərt), əqd tərəflərin razılığı ilə şifahi formada bağlanmışdır.(əqdin formasına aid şərt), habelə iradə və iradəni ifadə etmə vəhdət təşkil edir. Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2014-cü il tarixli, 1382 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, Gənc zavoduna gedən yolun sol tərəfində yerləşən torpaq sahəsində Cavabdeh qaynanasına fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələşdirilməsinə) icazə verilmişdir. Bununla da məlum olur ki, cavabdeh ona məxsus olmayan mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyildir və həmin torpaq sahəsini satmağa ixtiyarı çatmır. Bu cür əqd göstərilən hüquqi prinsip əsasında etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.2-1-ci maddəsinə əsasən sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. 144.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X2 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə həmçinin onu da qeyd edir ki, hazırki iş üzrə cavabdehin iddiaçıdan əldə etdiyi 6000 (altı min) ABŞ dolları pul vəsaiti iş materiallarına əlavə edilmiş və qüvvədə olan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu hal işin mübahisəsiz halıdır. Lakin, cavabdehin iddiaçıdan əldə etdiyi həmin pul məbləği etibarsız əqd üzrə əldə edildiyindən iddiaçı ilə cavabdeh arasında olan münasibətə, yəni cavabdehin əldə etdiyi məbləğ əsassız varlanma kimi qiymətləndirilməli və mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları tətbiq olunmalıdır. Belə ki, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Cavabdeh iddiaçıdan 6000 (altı min) ABŞ dolları pul alaraq əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Lakin, məhkəmə qeyd edir ki, qanunvericilikdə əsassız varlanma iddiasının verilməsini istisna edən hallar müəyyən edilmişdir. Birinci hal ondan ibarətdir ki, öhdəliyin icrası üçün verilmiş əmlakı əsassız varlanma iddiası ilə geri tələb etmək olmaz. Bu cür halda yəni, öhdəliyin icrası edilməsi üçün verilmiş əmlak əsassız varlanma qismində geri qaytarılmır. İkinci hal, varlanmış şəxsin qaytarmanın tələb olunduğu anda daha varlı olmamasıdır. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha varlı olmazsa, ona əmlakın geri qaytarılması və ya əmlakın dəyərinin ödənilməsi barədə iddia irəli sürülməsi istisna edilir. Burada söhbət əsassız əldə edilmiş və ya saxlanmış əmlakın könüllü olaraq geri qaytarılmsından gedir. Lakin, əmlakın könüllü olaraq geri qaytarılması sübuta yetməlidir. Bu cür halda sübutetmə yükünü varlanmış şəxs çəkir. Üçüncü hal isə, əsassız varlanma obyektinin qaytarılması üçün müəyyənləşdirilmiş iddia müddətinin keçməsi və ötməsi halıdır. Əsassız varlanma iddiasının verilməsi üçün qanun iki illik iddia müddəti müəyyən edir. Əgər bu müddət ərzində məhrum olan şəxs (zərərçəkən) əsassız varlanma ilə əlaqədar iddia verməzsə, o, əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İki illik iddia müddəti əsassız varlanma obyektini qaytarmaq hüququnun məhrum olana məlum olduğu vaxtdan hesablanır. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının iddiaçının qeyd etdiyi kimi 2015-ci ilin yanvar ayından hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş iki illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbi iddiası, iddia müddətinin keçməsinə görə təmin edilməsin. Məhkəmə də iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar