Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-889/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Məhrəsə bağı, 16 saylı binada yerləşən 59 saylı mənzildəki paylı mülkiyyətdən payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məhrəsə bağı,16 saylı binada yerləşən 59 saylı mənzilin 6/8 hissəsinə mülkiyyət hüququ ona, 1/8 hissəsinə mülkiyyət hüququ Cavabdeh2 və 1/8 hissəsinə mülkiyyət hüququ Cavabdeh1 məxsus olmaqla paylı mülkiyyətdə olan mənzildir. O, öz payının naturada ayrılmasını istəyir lakin paylı mülkiyyətin digər mülkiyyətçiləri isə bunu könüllü olaraq həll etmək istəmirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, göstərdi ki, başqa yaşayış yeri yoxdur, mənzilin naturada bölünməsi onun həmin evdən istifadə etməsini məhdudlaşdırır. Digər Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdeh Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş:- xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrli çıxarışdan görünür ki, ünvan 1, mənzil 59 paylı mülkiyyət hüququ üzrə 6/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 10/1347 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 59 saylı mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının iddia etdiyi mənzil tərəflərin paylı mülkiyyətində olsa da paylarına uyğun şəkildə naturada ayrılması inşaat norma və qaydalarının tələblərinə uyğun deyildir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, hazırki işdə payın real surətdə ayrılması mümkün olmasa da iddiaçı öz payının dəyərini digər mülkiyyətçilərdən tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan payın naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyri 50 manat və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan payın naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-889/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-889/2023
24.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver