Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-90/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyəti Cavabdeh (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “maddi zərər” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı BOKT-a məxsus avtomobilə dəymiş və nəticədə ödənilməmiş 7114 (yeddi min yüz on dörd) manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü il tarixdə Gəncə şəhərində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi «Hyundai Sonata» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Finoko şirkətinə məxsus olan və etibarnamə ilə X5 idarə etməyə verilmiş “KİA Sorento” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə Finoko BOKT-a məxsus olan avtomobilə vuraraq qəza törətmişdir. Qəzadan sonra hadisə yerinə X13 əməkdaşları gələrək ölçmə və qəzanın səbəbinə dair protokol tərtib edərək araşdırmaya başlamışlar. Araşdırma nəticəsində cavabdehin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinin tələblərinin pozulması aşkar edilmişdir. Hazırda Finoko BOKT-a məxsus avtomobilə 11,114 manat məbləğində maddi zərər dəymişdir. Dəymiş zərərin məbləği yüksək təhlükə mənbəyinin yəni cavabdehə ödənilməsi təklif edilsə də ödənilməmişdir. Bu baxımdan qalıq 7114 manat məbləğində zərərin ödənilməsi təmin edilmədiyindən hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan sonra İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, bildirmişdir ki, ekspertiza rəyinə əsasən avtomobilə dəymiş zərər 13164 (on üç min yüz altmış dörd) manat müəyyən edildiyindən və həmin zərərdən 4000 manat ödənildiyindən hazırda avtomobilə dəymiş zərərdən sığorta məbləği çıxılaraq, Cavabdeh 9164 (doqquz min yüz altmış dörd) manat pulun – zərərin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “KİA Sorento” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə məxsusdur. “Avtomotoservis və Ticarət Gəncə Müəssisəsi tərəfindən verilmiş qüsur aktından görünür ki, qəzaya uğramış “KİA Sorento” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və boz metal rəngli, 2011-ci il buraxılışlı, nəqliyyat vasitəsinə vurulmuş ziyan sərbəst bazar qiymətləri əsasında 14874 manat məbləğində müəyyən edilmişdir. 26 may 2023-cü il tarixli, MVC-B 00137-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyəti arasında bağlanmış sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə məxsus olan “KİA Sorento” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023cü il tarixdən xx.xx.2025-ci il tarixinədək "xxxx" ASC-də avtomobillərin tam sığorta növü ilə sığortalanmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, sürücülər Cavabdeh və X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati təbdir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində verdiyi izahatdan görünür ki, “mən təxminən 2 ilə yaxındır ki, avtomobili idarə edirəm. Mənim sürücülük vəsiqəm yoxdur. Mən hərdən atam Elçin Əliyevə məxsus “Hyundai Sonata” markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobili idarə edirəm. 06 noyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində mən atama məxsus “Hyundai Sonata” markalı avtomobillə Gəncə şəhəri, V.Xudiyev küçəsi ilə təxminən 40 km/saat surətlə hərəkət edirdim. Mən Gəncə şəhəri, V.Xudiyev küçəsinin Z.Məmmədov küçəsi ilə kəsişməsinə yaxınlaşdıqda avtomobilin surətini bir qədər də azaltdım. Mən Z.Məmmədov küçəsinin Vaqif Xudiyev küçəsi ilə kəsişməsini keçən vaxt qəfildən hərəkət istiqamətimin sağ tərəfindən Z.Məmmədov küçəsindən çıxan “Kia Sorento” markalı, **-AB-***v dövlət nömrə nişanlı avtomobil mənim idarə etdiyim avtomobilin qabaq sağ qapısından və arxa sağ qapısından vurdu. Mən idarə etdiyim avtomobilin hərəkət istiqamətinin sağ tərəfində yolun kənarında çəkib saxladım. “Kia Sorento” markalı avtomobil isə hərəkət istiqamətinin əksi istiqamətində dayandı. Mən tez idarə etdiyim avtomobildən düşüb həmin avtomobilə yaxınlaşdım və avtomobilin sürücüsünün qadın olduğunu və avtomobildə iki nəfər az yaşlı uşaq olduğunu gördüm. Mən həmin vaxt sürücüyə kömək təklif etdim. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəldilər.” Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 30 iyul 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhəri, Z.Məmmədov küçəsi ilə Vaqif Xudiyev küçəsinin kəsişməsində “Hyundai Sonata” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 dəqiqədə Gəncə şəhəri yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. xx.xx.2023-cü il tarixdə İddiaçı BOKT ASC-yə məxsus olan və X7 tərəfindən idarə olunan “KİA Sorento” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 məxsus olub, Cavabdeh tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı “KİA Sorento” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə xəsarət dəymişdir. Cavabdeh sürücülük hüququ yoxdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2858/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh (üçüncü şəxs "xxxx" Kommersiya Şirkəti) qarşı “maddi zərər” tələbinə dair iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7567 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Avtomotoservis və Ticarət Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktında 2011-ci il buraxılışlı “Kia Sorento” markalı, **-AB-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 13164,0 müəyyən edilir. O cümlədən: dəyişilməli hissənin qiyməti -9364,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3800,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin arayışından görünür ki, xx.xx.2024cü il tarixində MVC-B-00137-23 saylı sığorta şəhadətnaməsinə əsasən Qala Sığorta ASC tərəfindən 4000 (dörd min) AZN vəsait mülkiyyətçi İddiaçı BOKT ASC-nin hesabına köçürülmüşdür. Qala Sığorta ASC-nin xx.xx.2024-cü il tarixində köçürdüyü vəsait yuxarıda göstərilən avtomobilin qəzası ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 21:00da Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, İddiaçı BOKT ASC-yə məxsus “Kia Sorento” markalı, **-AB-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə İddiaçı BOKT ASC-yə məxsus “Kia Sorento” markalı, **-AB-*** qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh iddiaçıya vurmuş olduğu maddi ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Mübahisənin düzgün və obyektiv araşdırılması məqsədi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2858/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərardadı ilə üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7567 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində “Kia Sorento” markalı, **-AB-*** qeydiyyat nişanlı avtomobilə dəyən zərər cəmi 13164 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin arayışına əsasən xx.xx.2024-cü il tarixində MVC-B-00137-23 saylı sığorta şəhadətnaməsinə əsasən Qala Sığorta ASC tərəfindən 4000 (dörd min) AZN vəsait mülkiyyətçi İddiaçı BOKT ASC-nin hesabına köçürüldüyü bildirilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla, təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. İddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəf məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, ekspertiza rəyinə əsasən avtomobilə dəymiş zərər 13164 (on üç min yüz altmış dörd) manat müəyyən edildiyindən və həmin zərərdən 4000 manat sığorta şirkəti tərəfindən ödənildiyindən hazırda avtomobilə dəymiş zərərdən sığorta məbləği çıxılaraq, Cavabdeh 9164 (doqquz min yüz altmış dörd) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 9/7567 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə “Kia Sorento” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 13164 (on üç min yüz altmış dörd) manat müəyyən edildiyindən və iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında xx.xx.2024-cü il tarixində MVC-B-00137-23 saylı sığorta şəhadətnaməsinə əsasən Qala Sığorta ASC tərəfindən 4000 (dörd min) AZN vəsait mülkiyyətçi İddiaçı BOKT ASC-nin hesabına köçürüldüyü bildirildiyindən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 9164 manat məbləğində pul əsaslı olmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməli, Cavabdeh 9164 (doqquz min yüz altmış dörd) manat məbləğində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi alınaraq İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə o cümlədən hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçıya məxsus avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 9164 (doqquz min yüz altmış dörd) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu olmaqla, cəmi 9256 (doqquz min iki yüz əlli altı) manat tutularaq, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-90/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-90/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver