Məhkəmə qərarları › İş №2(125)-902/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-902/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-902/2022 14.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5500 manat pulun və Cavabdeh2 6500 manat pulun alınıb ona verilməsi və tərəfindən 126 manat ödənilmiş dövlət rüsumunun hər iki cavabdehdən müştərək qaydada tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu Xudu Rəfıbəyli küçəsi evi 1-də qeydiyyatda olub, Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi ev 27də yaşayan cavabdeh X2 bir qonşu kimi tanıyır. 2020-ci ilin avqust ayında cavabdeh X4 onun yaşadığı ünvana gələrək dayısi oğlunun hərbiçi olduğunu, onun uşağının ağır xəstə olduğunu ürək əməliyyatı olmağı üçün ona təcili borc pul lazım olduğunu və avtomobilini satıb bir həftəyə pulunu qaytaracağını bildirmişdir. O, 5500 manat borc pul istəyib. O, cavabdeh X3 inandığı üçün 5500 manat porc pul vermişdir. Bir neçə gündən sonra cavabdeh X4 bir nəfər dayısı oğlu adlandırdığı Mehralı adlı hərbiçi ilə onu yaşadığı evin həyətə çağırmışlar. Cavabdeh X4 bildirdi ki, Mehralının uşağının ürək əməliyyatına borc verdiyi 5500 manat pul azlıq edir, əməliyyat 10000 manatdan yuxarı əmələ gəlir. Cavabdeh X4 onu inandırmışdır ki, tanışı Cavabdeh2 hərbiçdir aylıq maaşı yüksəkdir. Sonradan tanıdığı Cavabdeh2 onun evinə gəlib bildirdi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəsinin MAHHXHQ-sudurvə uşağı xəstələnib, uşağının müalicəsi üçün ona 6500 manat əlavə təcili pullazımdır. Ona 6500 manat pulu versə o, da ona onunla gələn həmin hərbi hissədə MAHHXHQ-su işləyən hərbiçi yoldaşları X11 MAHHXHQ-su olması barədə AD№ ******* nömrəli şəxsi vəsiqəsini və ABB-dən verilmiş 5167 5133 4660 0646 nömrəli maaş kartını, X6 MAHHXHQ-su olması barədə AD№ ******* nömrəli şəxsi vəsiqəsini və ABB-dən verilmiş 7121 2081 2307 6350 nömrəli maaş kartını, X12 MAHHXHQ-su olması barədə AD№ ******* nömrəli şəxsi vəsiqəsini və ABB-dən verilmiş 9120 2081 2912 1268 nömrəli maaş kartını, X7 MAHHXHQ-su olması barədə AD№ ******* nömrəli şəxsi vəsiqəsini və ABB-dən verilmiş 5167 5133 4311 6604 nömrəli maaş kartını X14 MAHHXHQ-su olması barədə AD№ ******* nömrəli şəxsi vəsiqəsini, X8 Azərbaycan Ali Məktəbdən verilmiş MN № ******* nömrəli şəxsi vəsiqəsini, X9 MAHHXHQ-su olması barədə AD№ ******* nömrəli şəxsi vəsiqəsini ona verib bildirdilər ki, onların hər ay kartına pul daxil olanda verdiyi borcu onların kartlarından çıxarar. O, Cavabdeh2 6500 manat borc pul vermiş, lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəsinin MAHHXHQ-ları vermiş olduqları yuxarıda qeyd edilən maaş kartlarını ABB-nin terminallarında yoxladıqda heç bir pul köçürülmədiyini görüb, Cavabdeh2 istifadə etdiyi- ***-***-**-** ;051- 425- 05-05 mobilni telefonlara zəng etmişdir. Cavabdeh2 isə bildirdi ki, yaxın vaxtlarda onun borcunu ödəyəcəkdir. Lakin, Cavabdeh2 söz versə də bu günə kimi ondan aldığı 6500 manat pul borcunu qaytarmamışdır. O, xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissənin komandirinə şikayət ərizəsi göndərsədə ona hərbi hissədən heç bir cavab verilməmişdir. Bundan başqa cavabdeh X1 verdiyi 5500 manat borc pulu tələb etsədə uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Cavabdehlər müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 yazılı ərizə təqdim edərək iddiaçıdan 5500 manat məbləğində borc aldığını bildirdi. Bundan başqa, Cavabdeh2 iddiaçıdan 6500 manat pul borcun almasında şəxsən iştirak etdiyini, habelə özünün daha əvvəl iddiaçıdan borc aldığı 5500 manat pulu digər cavabdehə verdiyini bildirdi, bu səbəbdən borcun bütövlükdə Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 verdiyi xx.xx.2022-ci il tarixli ərizə ilə İddiaçı 5500 manat borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Məhkəmə belə qənaətə gəlir ki, 5500 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, Cavabdeh1 həmin pul məbləğinin digər Cavabdeh2 tutulmasını xahiş etsə də, bu halı təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı Aygünlə qonşu olmuşlar. Aygünün evində qonaq olduğu vaxt Mehralı və Zülfiyyə birlikdə Aygünün evinə gəldi və Mehralı 6500 manat borc istədi. Onlar bir az söhbət etdikdən sonra, Aygün Mehralıya 6500 manat borc verdi. Mehralı borcun qarşılığında hərbçilərin vəsiqələrini Aygünə verdi və avtomobilini tezliklə satıb borcu qaytaracağını bildirdi. Mehralı və Zülfiyyə getdikdən sonra, niyə o qədər məbləği borc verdiyini soruşduqda, Aygün isə Mehralının övladının xəstə olduğunu və müalicəsinə pul lazım olduğu üçün həmin borcu verdiyini bildirdi. Mehralı verilən pulu özü də saydı və 6500 manat borc verildiyini təsdiqlədi. Borc verilən məbləğ müxtəlif pul nişanlarından ibarət idi. Mehralı və Zülfiyyə birlikdə Aygünün evinə borc istəməyə gələndə günorta vaxtı idi. Mehralı və Zülfiyyə gəldikdə onun da oturduğu qonaq otağındaki stol ətrafında əyləşdilər, buna görə borcun istənilməsini və verilməsini aşkar görmüşdür. İddiaçının Cavabdeh2 65000 manat pul verməsi sübut növləri olan şahid ifadəsi və digər cavabdehin izahatı ilə öz təsdiqini tapır. Bundan başqa, Cavabdeh2 məhkəmə iclaslarında şəxsən iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmamışdır. Məhkəmə araşdırması zamanı sübutlarla verilməsi təsdiqlənən 6500 manat borcun tam və ya qismən ödənilməsini sübut etmək yükü Cavabdeh2 üzərinə düşür. Lakin həmin cavabdeh bununla bağlı heç bir sübut təqdim etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayarq, məhkəmə iclasında hər hansı üzrlü səbəblər təqdim etmədən iştirak etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 5500 manat və Cavabdeh2 6500 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 5500 (beş min beş yüz) manat və Cavabdeh2 6500 (altı min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirimi altı) manat tutularaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar