Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-904/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 3(üç) ildir Gəncə şəhəri “Dəyirmanın kruqu” deyilən ərazinin yaxınlığında satıcı işlədiyi “X2” tanıyır. O həmin marketdən mütəmadi alver edən vaxtlarda aralarında tanışlıq yaranmışdır. Cavabdeh ondan müxtəlif vaxtlarda hissə-hissə borca 2500 manat pul almışdır. Cavabdeh axırıncı səfər 850 manat pulu alanda bir aya bankdan kredit götürüb verəcəyini bildirmişdir. O isə bir ay gözləmiş, cavabdeh yenə pulu gətirmədiyi üçün ona zəng etmişdir və sonrada işlədiyi marketə getmişdir. Eyni qayda ilə cavabdeh yenədə ona bankdan kredit götürüb verəcəyini bildirmişdir. O, bir neçə dəfə cavabdehlə pulun qaytarılması ilə bağlı əlaqə saxlasa da müxtəlif bəhanələr edərək pulun qaytarılmasından boyun qaçırmışdır. Aradan 6 ay keçməsinə baxmayaraq cavabdeh ondan aldığı 2500 manat pulu qaytarmadığı üçün o, məcbur olub 04 avqust 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda məhkəməyə müraciət etməsi barədə cavab məktubu ona göndərilmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunun surətini ərizəsinə əlavə etmişdir. Odur ki, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək göstərmişdir ki, həqiqətən İddiaçı 2500 (iki min beş yüz) manat borcu vardır. Lakin həmin pulu birdəfəyə ödəyə bilmir, gələcəkdə hissə-hissə ödəmək istəyir. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ödəməli olduğu 2500 (iki min beş yüz) manat pulu qaytarmamışdır. Cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmadığını və borcunu ödəyəcəyini bildirmişdir və cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və 46 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-904/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-904/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver