Məhkəmə qərarları › İş №2(125)-92/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-92/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-92/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1, İddiaçı iştirakı ilə, İddiaçı X6 qarşı «maddi zərərin əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bəhrəmzadə X4 Natiq Zakir oğluna qarşı iddiaçının evinə suyun axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 6.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh X7 isə onunla qonşuluqda yaşayır və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125B nömrəli fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdehin evinin hamamı və ayaqyolu onun evinin divarı ilə bitişikdir. Buna görə də N.Z.Atakişiyevin ikimərtəbəli olan evinin hər iki hamam və ayaqyolundan gələn çirkab suları onun evinə ziyan vurur. Qeyd olunan səbəbdən onun evində daim nəm və rütubət olur. Bununla bağlı cavabdehə hər nə qədər müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. O, evinin divar və tavanını 3.000 manat məbləğində xərc çəkdikdən sonra bərpa etdirmiş, yenidən cavabdehin evinin hamam və ayaqyolundan axıdılan çirkab suyun nəticəsi ilə evinə 1.750 manat məbləğində ziyan dəymişdir. Hazırda onun evinə yenidən 2.000 manat məbləğində ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün o, aidiyyətı orqanlara da müraciət etmişdir. O, bu barədə Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmiş, oradan ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə o, N.Z.Atakişiyev ona vurduğu maddi zərəri ödəməlidir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bundan başqa xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş etirazında X7 bildirmişdir ki, onun təqsiri nəticəsində iddiaçının evinə ziyan dəyməmişdir. Hazırda iddiaçıya məxsus olan ev onun əmisinin evi olmuşdur. İlk öncə həmin evi, o almaq istəmiş, lakin ev nəm çəkdiyi üçün bu fikrindən yayınmışdır. Belə ki, iddiaçının evi və kanalizasiya sistemi olduqca köhnədir. Buna görə də həmin ev nəm çəkir və daimi olaraq rütubətli olur. Sonda N.Z.Atakişiyev iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, **********15-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixi, 3-13-57-3/2-B-25xx/xx/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Natiq Atakişiyevin çirkab sularını axıdaraq evinə maddi ziyan vurması ilə bağlı müraciəti üzrə aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan xx.xx.2012-ci il tarixli, RX seriya ******* nömrəli, **********14-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4771 nömrəli rəyindən görünür ki, X5 istifadəsində olan hamam və ayaqyolu tikilisinin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evinin yaşayış otağının arxa divarına bitişik vəziyyətdə inşa edildiyini, eləcə də, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otağının arxa divarlarında qüsurlar əmələ gəldiyini nəzərə alaraq, həmin tikililərə su sızmasının cavabdehin istifadəsində olan hamam və ayaqyolu tikililərindən olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, X5 mülkiyyətində olan mənzilin çirkai sularının axıdılması üçün başqa texniki imkanların olub-olmamasının müəyyən edilməsi, “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, qərardadda qoyulmuş ikinci sualın ikinci hissəsi və qərardadın üçün sualı üzrə tədqiqat aparılmadı. Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən 125A saylı fərdi yaşayış evində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 821 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125A nömrəli fərdi yaşayış evi İddiaçı və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125B nömrəli fərdi yaşayış evi isə cavabdeh X5 xüsusi mülkiyyətindədir. İddiaçı məxsus fərdi yaşayış evinin divarı ilə N.Z.Atakişiyevin evinin sanitar qovşağının divarı bitişikdir. Qeyd olunan səbəbdən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 125A nömrəli fərdi yaşayış evinin yaşayış otağının arxa divarlarında qüsurlar N.Z.Atakişiyevin istifadəsində olan sanitar qovşaqdan suyun sızması nəticəsində baş vermiş, nəticədə İddiaçı mülkiyyətində olan mənzilə 821 manat məbləğində zərər vurulmuşdur. Qeyd olunan xüsusat məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/4771 nömrəli rəyi ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 821 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, X3 məhkəmə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilməli, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. X3 vurulmuş maddi zərərin əvəzi qismində 821 (səkkiz yüz iyirmi bir) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 851 (səkkiz yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. X3 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar