Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-926/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Azərsu ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərsu ASC-nin nümayəndəsi X8 məhkəmə iclası zamanı, iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X3 məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh Azərsu ASC-nin nümayəndəsi X8 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı sudan istifadə göstəricilərinə əsasən su haqqının hesablanmasının nəzərə alınması, cavabdeh və şahid qismində Gəncə şəhər Məhkəməsinə Cavabdeh ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Şöhrəddin Verdiyev və idarənin sahə nəzarətçisi Müşviq Mikayılovun çağrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-926/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-926/2023
07.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver