Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-952/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə münasibəti yaxşı olduğu üçün o, iddiaçıya bildirmişdir ki, kreditlə mobil telefon almaq istəyib, lakin onun 74 yaşı olduğu üçün ona kreditlə telefon verməyiblər və məndən xahiş etmişdir ki, o, öz adına ona kreditlə telefon alsın. 09 sentyabr 2024-cü ildə o, V.X2 ticarət mərkəzinə gedib Kontakt Home mağazasından qiyməti 330 manat olan 1 illik kreditlə Samsung Galaxy A23 DS (SM-A233) 64 GB - Orange telefon almışlar. Bundan sonra Kontakt home mağazasında ondan telefonla birgə sənədləri almış və krediti ardıcıl ödəcəyinə dair ona söz vermişdir. Telefonun 1-ci ayı krediti ödənilməmişdən əvvəl Cavabdeh ona Litvadan xx.xx.2024-cü il tarixində ona səs atıb whatsapla xahiş etmişdir ki, onun İdris adlı vətəndaşa borcu var. İdrisə 500 manat Birbank vasitəsilə borcu ödəməsini, onun yolda olduğunu və Litvadan Azərbaycana satmaq üçün avtomobil gətirdiyini, 2 günə Gəncəyə çatacağını və 500 manat pulu ona qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixində İdrisə Milliön vasitəsilə 500 manat şdəmiş və ödəniş qəbzini whatsap vasitəsi ilə göndərmiş və bundan sonra İdrisin şəxsən özünə demişdir. Telefonun kreditinin 1-ci ayını cavabdeh kiminsə vasitəsi ilə özü Litvada ola-ola xx.xx.2024-cü ildə ödəmişdir. 2-ci ayını ödəməkdən imtina etmişdir və o, məcbur olub xx.xx.2024-cü ildə 28 manat gecikmə ödəmişdir. Cavabdeh artıq dekabrın əvvələrindən Litvadan Azərbaycana qayıtmışdır, onunla telefonla əlaqə saxlamağa cəhdi alınmamışdır. Bir neçə dəfə onun yaşadığı Samux rayonu, Sərkar kəndindəki evinə getmiş, lakin o qəsdən evin qapısını açmamışdır. Beləliklə cavabdeh ona 500 manat borc pul və 300 manat telefon pulu olmaqla, cəmi 800 maat pul ödəməlidir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat vermiş, həmçinin, məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, cavabdeh ona olan borcundan 300 manatını qaytarmışdır. Ona görə cavabdehdən 500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının vəsatəti əsasında şahid kimi dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Cavabdeh ona 500 manat borcu olmuş, İddiaçı isə ona heç bir borcu olmamışdır. Bir gün İddiaçı onun telefonuna zəng edərək, Cavabdeh ona olan 500 manat borcunu ödəməsini xahiş etdiyini və bu xahişə görə Cavabdeh həmin borcunu onun kartına ödədiyini bildirmişdir. Həqiqətən də həmin vaxt onun kartına 500 manat pul köçürülmüşdür. Bundan təxminən 20 dəqiqə sonra İddiaçı onun yanına gəlmiş və 500 manatın onun tərəfindən karta ödənildiyini bildirmişdir. Məhkəmə, iddiaçının izahatını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, irəli sürülən iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla işin faktiki halları kimi müəyyən edilir ki, Cavabdeh iddiaçıdan 800 manat məbləğində borc almış, lakin üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı 800 manat borcdan cəmi 300 manat məbləğini qaytarmış, qalan 500 manat məbləği iddiaçıya qaytarmamışdır. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, borc alan Cavabdeh borcu qaytarmaq öhdəliklərini pozduğundan, iddiaçının Cavabdeh borcun qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qərara gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-952/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-952/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver