Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-953/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi 62.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 276 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, əvvəllər onun mərhum atasının, atası vəfat etdikdən sonra isə onun Cavabdeh ilə ticarət əlaqələri olmuş, onlar xurma alğı-satqısını etmişlər. Belə ki, o, həmkəndilərindən xurma alaraq, Cavabdeh satmışdır. 2018-ci ilin sentyabr ayından Cavabdeh onun yaşadığı Goranboy rayonu, Xanqərvənd kəndinə gələrək xurma alacağını bildirmişdir. Cavabdeh cəmi 72.000 manat dəyərində ondan xurma almış və bundan sonra onlar arasında hər hansı alğı-satqı olmamışdır. Lakin Cavabdeh verdiyini vədinə əməl etmədiyi üçün o, məcbur olub xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Bundan sonra Cavabdeh puldan 10.000 manat ödəniş edərək polisə veridiyi şikayətin geri götürməsini, digər yerdə qalan 62.000 manat məbləğində pul vəsaitini isə ödəyəciyini bildirmişdir. O, Cavabdeh etimad edərək, Gəncə şəhər Baş Polis İdarəsinə verdiyi şikayəti xx.xx.2019-cu il tarixdə geri götürmüşdür. Lakin keçən müddət ərzində dəfələrlə pulu geri ödəməsi barədə Cavabdeh müraciət etsə də heç bir nəticə əldə etməmişdir. Bunun əksinə 2019-cu il tarixdən 2025-ci il tarixədək ötən müddət ərzində İddiaçı tərəfindən ona heç bir ödəniş edilməmişdir. O, Goranboy rayonu, Xanqərvənd kəndində yaşayan və xurma bağları olan şəxslərdən xurma toplayaraq, Cavabdeh satmış, xurma bağı olan şəxslər Cavabdeh, Cavabdeh da həmin şəxsləri tanımamış, aralarında heç bir razılaşma olmamışdır. Buna görə də xurma aldığı şəxslər ondan satdıqları xurmanın pulunu tələb edən zaman o, məcbur olub özünə məxsus avtomobili sataraq borcların bir qismini ödəmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş dəftərdə qeyd olunan «Cavabdeh mənə 24.400 (iyirmi dörd min dörd yüz) manat verəcəyi qalmışdır. xx.xx.2019 İddiaçı» xətt yazısı və imzası onun tərəfindən icra olunmuşdur. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xurma ticarəti ilə məşğul olmuş, xurma alaraq, həmin xurmaları satış üçün Rusiya Federasiyasına göndərmişdir. İddiaçı isə mərhum atasının vasitəsi ilə tanımışdır. Əvvəllər iddiaçın atası ilə daha sonra isə özü ilə xurma alğı-satqısı ilə məşğul olmuşdur. O, 2018-ci il tarixdə 15 «TİR» markalı yük avtomobili, hər avtomobildə 2.000-2.200 ədəd yeşik, hər yeşikdə 2 manat dəyərində xurmanı İddiaçı almışdır. Digər şəxslərlə onun arasında hər hansı alğı-satqı müqaviləsi bağlanmammış, İddiaçı kimdən xurma almasını bilməmiş və heç bununla maraqlanmamışdır. Lakin daha sonra T.Ə.Sülyemanovdan aldığı xurmaların Rusiya Federasiyasında satış üçün yararsız olduğunu görmüş, bunu İddiaçı bildirmişdir. Onlar xurmaların yarı dəyərinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. O, 40.000 manatdan çox pul vəsaitini İddiaçı ödəniş etmişdir. Qeyd olunan ödənişin yarısını o, İddiaçı, digər yarısını isə İddiaçı xalasının ərinin qardaşı Arzu adlı şəxsə etmişdir. İddiaçı 2019-cu il tarixdə polisə verdiyi şikayəti geri götürən zaman ona məxsus olan hesab dəftərinə 24.400 manat alacağı olduğunu qeyd etmişdir. Bundan başqa onun 10.000 manat dəyərində yeşiyi İddiaçı qalmışdır. Xurmalar yararsız olduğu üçün o, ziyana düşdüyündən və 10.000 manat dəyərində yeşiklər də İddiaçı qaldığından onlar öz aralarında hesablaşmanın bitməsinə dair razılığa gəlmişlər. O sonuncu dəfə 2019-cu il tarixdə İddiaçı ödəniş etmişdir. Keçən müddət ərzində onlar arasında heç bir ödəniş olmamışdır. İddia tamamilə əsassızdır. E.E.Hüseynovun polisə müraciət etdiyi 2019-cu il tarixdən hazırki tarixədək 6 il müddət keçmiş, bununla bağlı daha sonra heç bir müraciəti olmamış və iddia müddəti ötmüşdür. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin rəisinə ünvanlanmış İddiaçı ərizəsinin surətindən görünür ki, 2018-ci ilin sentyabr ayında Cavabdeh ondan 73.000 manat dəyərində xurma alsa da həmin xurmaların dəyərini ona ödəməmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin rəisinə ünvanlanmış İddiaçı xx.xx.2019cu il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh ona 10.000 manat məbləğində pul vəsaitini geri qaytarmış, 62.000 manat məbləğində pul vəsaitini ödəyəcəyinə dair söz vermişdir. Buna görə də Cavabdeh barəsində şikayəti yoxdur. İş materiallarında olan Gəncə şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş 106-xid-25 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh hərəkətləri barəsində şikayəti əsasında Gəncə şəhər prokurorluğunda heç bir araşdırma materialı olmamışdır. İşdə olan Gəncə şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli, 106-xid-25 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh hərəkətləri barəsində şikayəti əsasında Gəncə şəhər prokurorluğunda hər hansı yoxlama materialı araşdırılmamışdır. İş materiallarında olan X1, X2, X5,X4 və X3 məhkəməyə ünvanladıqları ərizələrindən görünür ki, həmin şəxslər ərizələrində 2018-ci ilin oktyabr-noyabr ayları ərzində İddiaçı ilə aralarında xurma alğı-satqısı olduğunu bildirmişdirlər. İşdə olan Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Cavabdeh ona 24.400 manat məbləğində borcu olmasını qeyd etmişdir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 2018-ci ilin sentyabr ayında İddiaçı və Cavabdeh arasında xurma meyvəsinin alğısatqısına dair şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ayrı-ayrı şəxslərdən ümumi dəyəri 72.000 manat olan xurma meyvəsini Cavabdeh satmışdır. Cavabdeh həmin xurmanın dəyərinin bir hissəsini ödəmiş və İddiaçı xx.xx.2019-cu il tarixə ödənilməmiş borcu 24.400 manat qalmışdır. Həmin tarixdən sonra Cavabdeh tərəfindən İddiaçı hər hansı məbləğdə ödəniş və borcun etirafına dair hər hansı hərəkət edilməmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı oğluna qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlatı ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuş, Cavabdeh tələbi əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı Cavabdeh öhdəliklərini hissə-hissə icra etdiyini və Cavabdeh 24.400 manat qalmasını təsdiq edən sənəd vermişdir. Həmin sənədin həqiqiliyi, oradakı xətt və imzanın İddiaçı məxsusluğu məhkəmə iclasında araşdırılmış, İddiaçı həmin xətt və imzanın onun tərəfindən icra edildiyini bildirmişdir. Cavabdeh isə həmin 24.400 manat məbləğində öhdəliyin icrasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da Cavabdeh İddiaçı qarşısında icra edilməmiş öhdəliyinin 24.400 manat həddində qaldığı müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi 24.400 manat həddində əsaslı olsa da, digər hissədə əsassızdır. Lakin Cavabdeh iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclaslarında, xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh borcun etirafına dair hərəkət etməməsini (borcdan ödəniş, borcun təsdiqi barədə qəbz və s.) bildirmiş, xx.xx.2022-ci il tarixdə iddia müddəti ötürülsə də iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair vəsatətlə məhkəmə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «Viktor Ozerovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı iddia tələbinin yalnız 24.400 manat məbləğində hissəsinin əsaslılığını sübuta yetirmiş və həmin hissədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqinə dair ərizə vermiş, İddiaçı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclaslarında, xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh borcun etirafına dair hərəkət etməməsini (borcdan ödəniş, borcun təsdiqi barədə qəbz və s.) bildirmiş, xx.xx.2022-ci il tarixdə iddia müddəti ötürülsə də iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmiş və bu barədə sübutlarını tədqim etməmişdir. Buna görə də İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası 37.600 manat məbləğində pul tələbinə dair hissədə iddianın əsassız olmasına, 24.400 manat məbləğində pul tələbinə dair hissədə isə iddia müddətinin ötürülməsinə görə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi 62.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 276 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-953/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-953/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver