Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-956/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 4600 manat məbləğində zərərin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh etibardan sui-istifadə etmək yolu ilə ona qarşı dələduzluq əməli törədərək 4600 (dörd min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Onun əməli Gəncə Şəhər Məhkəməsinin 1(125)- 80/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli hökmü ilə sübuta yetirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdehin təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı gedərkən ondan şikayət etməməsini ondan xahiş edərək, ələ keçirdiyi pul vəsaitini hissə-hissə qaytaracağına dair vəd vermişdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, ona hər hansı bir məbləğdə pul vəsaiti qaytarmamışdır. Hesab edir ki, cavabdeh ona vurduğu zərəri könüllü şəkildə ödəmək niyyətində deyildir. Bu səbəbdən ona vurduğu zərərin qaytarılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən pozulmuş hüquqları məhkəmə vasitəsi ilə bərpa olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, dəfələrlə İddiaçı razılaşmaq barədə təklif etsə də, iddiaçı razılaşmamışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İddiaçıdan 4600 manat məbləğində pulu dələduzluq yolu ilə əldə etsə də, heç bir ödəniş etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AA seriyalı, 383836 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Məmmədov X4 rayonundan məcburi köçkündür. Gəncə Şəhər Məhkəməsinin 1(125)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178. 1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 01 bir 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün müəyyən etdi hissəsindən görünür ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı İddiaçı özünün Al marketdə xüsusi bir vəzifədə işlədiyini, yağ işi ilə məşğul olduğunu, yağlarla bağlı hər hansı bir şirkətlə müqavilə bağlayıb əlavə qazanc əldə edəcəkləri adı ilə yalan vədlər verib onu aldatmış, aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 25 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Simsim” çay evində İddiaçıdan 500 manat pul almış, cinayətkar əməllərini davam etdirərək həmin tarixdə saat 17-54 radələrində İddiaçı məxsus “Unibankın” 4098-5844-6766-4510 nömrəli “Leo bank” kart hesabından arvadı X1 məxsus 4098-5844-6547-3211 nömrəli Unibankın Leo bank kart hesabına göndərilmiş 2200 manat məbləğində, həmin gün saat 23-34 radələrində eyni qaydada 300 manat məbləğində pulu, 28 dekabr 2022-ci il tarixdə saat 11-14 radələrində eyni üsulla 1000 manat məbləğində pulu, 02 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində yerləşən X2 Məmmədovun qaynı İsmayıl Mehtiyev vasitəsi ilə 300 manat məbləğində pulu, 04 yanvar 2023-cü il tarixdə isə Gəncə şəhərində yerləşən Beynəlxalq Xəstəxanada 300 manat məbləğində pulu, cəmi 4600 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 01 bir 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus cəmi 4600 manat məbləğində pulu ələ keçirməklə İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sözügedən hökm qanuni qüvvəsini almışdır. Ona görə də həmin hökmlə müəyyən olunan hallar (hadisənin (münasibətin-faktın) olub-olmaması) hissəsində hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh İddiaçı vurduğu ziyana görə hazırda 4600 (dörd min altı yüz) manat pul qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2-ci maddəsinə əsasən Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin olunmalı, Cavabdeh 4600 (dörd min altı yüz) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-956/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-956/2025
01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver