Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-959/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, birgə nikahdan olan övladları xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq xx.xx.2024-cü il tarixindən, hər ay 235 manat müəyyən olunmasına, həmçinin mediasiya təşkilatına onun tərəfindən ödənilmiş 50 manatın 50%-ni, yəni 25 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Buna görə də o, aliment tələbinə dair iddia ərizəsi ilə bir neçə dəfə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1935/2021 saylı qətnaməsi ilə 160 manat, xx.xx.2022-ci il tarixli, 2(044)-1201/2022 saylı qətnaməsi ilə 190 manat, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1153/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 205 (iki yüz beş) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. İddia ərizəsi üzrə tələbi 2023-cü il üzrə uşaqlar üçün təyin olunan yaşayış minimumu qədər, yəni, 220 manat olmuşdur. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü işləmir, valideynlərinin himayəsində yaşayır. Buna görə də “aliment məbləğinin artırılması” barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gündən-günə artan inflyasiya, ərzaq və sənaye məhsulların, iaşə xidmətlərin və digər artımlar buna sübutdur. Hər dəfə alimentin artırılması ilə əlaqədar məhkəməyə müraciəti zamanı Cavabdeh işdən çıxır və məhkəmədə özünü işsiz kimi, çarəsiz və yazıq göstərməklə alimentin artırılaraq, uşaqlar üçün yaşayış minimum səviyyəsinə çatdırılmasına mane olur. Reallıq isə tamamilə əksinədir. Qeyri rəsmi yaşadığı qadını və onun qızını necə saxlayır? Yaşadıqları evin kirəyə haqqını, həmin qızın hazırlıq kurslarının ödənişlərini necə edir? Göründüyü kimi, hər dəfə məhkəməni aldadaraq, yalan danışmaqla özünü məsuliyyətdən yayındırır. Rəsmi iş yerləri haqqında cədvəl ərizəyə əlavə olunur. Əmək fəaliyyətinə nəzər saldıqda açıq-aydın görünür ki, Elnur müxtəlif vəzifələrdə çalışıb. 2 ali təhsil diplomu var. Hətta, Çin dili üzrə tərcüməçi vəzifəsində çalışıb. Hal-hazırda qeyri-rəsmi biznes fəaliyyəti ilə məşğuldur. Alimentdən yayınmaq üçün biznesini dostları və tanışları adına rəsmiləşdirmişdir. Yaşadığı mənzilin məhkəmə qərarı ilə ona məxsus olan ½ hissəsini xx.xx.2023-cü il tarixində 22000 (iyirmi iki min) manata ona satmaqla biznes fəaliyyətini daha da genişləndirmişdir. CXR-dən daşınma şəbəkəsi ilə məşğuldur. Aldıqları məlumata görə Şəmkir rayonunda mağazası fəaliyyət göstərir. Digər tərəfdən cavabdeh bildirmişdir ki, 3-cü qrup əlildir və aliment ödəyə bilmir. Lakin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh 3-cü dərəcəli əlildir və görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər. Həmçinin hazırlıq iclasında cavabdeh özü də 477 manat pensiya aldığını etiraf etmişdir. Ali Məhkəmənin Plenumunun qərarından və ölkə Başçısının “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması” üzrə AR Qanunundan göründüyü kimi, hətta əlilliyi olan şəxslərin işləməsi və fəaliyyəti üçün ölkədə bütün şərait yaradılmış və digər vətəndaşlar kimi əmək fəaliyyyəti ilə məşğul ola bilirlər. Dövlətimizin Ali qanunları heç kimi məsuliyyətdən azad etmir və hər kəs qanunlar çərçivəsində öz hüquq və vəzifələrini dərk etməli, övladının maddi tələbatının təmin edilməsi üçün vicdanla çalışmalıdır. Cavabdeh keçirilməsi nəzərdə tutulan sessiyanın vaxtı və tarixi barədə məlumat verilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, birgə nikahdan olan övladları xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq xx.xx.2024-cü il tarixindən, hər ay 235 manat müəyyən olunmasına, həmçinin mediasiya təşkilatına onun tərəfindən ödənilmiş 50 manatın 50%-ni, yəni 25 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1153/2023 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 205 (iki yüz beş) manat aliment məbləğinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin aliment onun tərəfindən çox çətinliklə ödənilir. Belə ki, onun əlilliyə görə aldığı əmək pensiyasının məbləği ilə o, özünün saxlanmasını ancaq qarşılaya bilir. Onun iddia tələbində göstərilən miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş xx.xx.2022-cı il tarixli, AZ-T 195346 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ № 405553 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 nikahları xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Hüseynli soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1153/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(044)- 1201/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılması və 27 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına kimi saxlanılması üçün Cavabdeh hər ay 205 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X2 filialının arayışından görünür ki, Cavabdeh adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək müqaviləsi bildirişləri altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh 3-cü dərəcəli əlildir və görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər. Elektron Sistem məlumatlarından görünür ki, Cavabdeh 2-ci qrup əlil kimi 530.59 manat pensiya alır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki, əqli və sosial cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu 2023-cü il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minimumunun artdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq 220 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə alimentin artırılmasının xx.xx.2024-cü il tarixdən hesablanması ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən yalnız alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1153/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-959/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-959/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver