Məhkəmə qərarları › İş №2(125)-978/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-978/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-978/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya şöbəsi) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-139 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qeyd olunan ünvanda yaşayır. Üçüncü şəxs "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli 19005-S00001/789284 saylı kredit limit müqaviləsinə əsasən ona 120 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2019-cu il tarixli 19005-S00001/789284 saylı kredit limiti müqaviləsinə xx.xx.2020-ci il tarixli 2 nömrəli razılaşma imzalanaraq ona xx.xx.2022-ci ilədək, illik 17 % ödəmək şərti ilə 350.000 kredit verilmişdir. Həmin kredit müqabilində ona mülkiyyət hüququ ilə məxsus olan çoxlu sayda əmlakı girov qoyulmuş və ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi ilə bağlı olaraq onun banka çoxlu sayda, iri məbləğlərdə ödəmələri olub. Lakin bank həmin məbləğləri onun banka olan borc hesabından silməmişdir. Cavabdeh Gəncə 6 saylı Notariat Ofisinin xüsusi notariusu isə bankın müraciəti əsasında ipotekaya tutmanın yönəldilməsi barədə 17 yanvar 2022-ci il tarixli icra qeydi vermişdir. Həmin icra qeydi əsasında onun mülkiyyətində olan əmlaklar üçüncü şəxs Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən qiymətləndirməyə və açıq hərracdan satılmaq üçün təqdim olunmuşdur. Bu səbəbdən də o, cavabdeh Gəncə 6 saylı notariat ofisinin xüsusi notariusuna ərizə ilə müraciət edib, 17 yanvar 2022-ci il tarixli 81-139 reyestr saylı icra qeydindən narazı olduğunu, həmin icra qeydinin ləğv olunmasını xahiş etmişdir. Lakin cavabdeh həmin icra qeydinin ləğvindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir. Çünki üçüncü şəxs "xxxx" ASC-ti məqsədli şəkildə onun ödəmiş olduğu kredit məbləğlərini onun borcundan çıxmamış, bununla da onun borcunu məqsədli şəkildə artıq hesablamış, onun hesabına varlanmaq, zəhmətsiz gəlir əldə etmək istəmişdir. Cavabdeh isə qəbul etmiş olduğu icra qeydi barədə ona məlumat verməmiş, icra qeydini məlumat üçün onun ünvanına göndərməmişdir. Hazırda aralarında narazılıq olmasını nəzərə almır və icra qeydini ləğv etməkdən imtina edir. Qanun normasının tələbinə görə icra qeydi mübahisəsiz borclar barəsində verilir. O isə həmin borcu mübahisələndirir. Bu halda cavabdeh onun müraciətin nəzərə alıb, icra qeydini ləğv etməyə borcludur. Lakin cavabdeh bundan imtina edir. O isə cavabdehin imtinasını əsassız hesab edir, bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddianın rədd edilməsi baradə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, cavabdeh və digər üçünçü şəxslər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.... İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının İİ. hissəsinin 2-ci bəndinə əsasən, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. İş materiallarında olan "xxxx" ASC (Bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 nömrəli kredit limiti müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi 2 nömrəli razılaşmadan müəyyən olunur ki, İddiaçı 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 500000 manat məbləğində kredit limiti ilə yanaşı, xx.xx.2018cu il tarixli, 19005-S00001/789284 saylı kredit limiti müqaviləsi çərçivəsində illik 17 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixədək 10 ay güzəşt olmaqla 350000 manat borc pul vəsaitini borcalanın mülkiyyətinə vermişdir. Borcalan müqavilələr krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC (Bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqavilələrindən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndi, əmlak kompleksi kimi müəssisə, 0.3155 ha torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.019 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahəsi; eyni tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ipoteka müqavilələrindən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.106 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı kredit müqaviləsi üzrə cəmi 50930.91 manat ödəniş etmiş, onun bank qarşısında 299069.09 manat əsas borc, 2781.07 manat faiz borcu olmaqla, cəmi 301850.16 manat kredit borcu qalmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli 7195 nömrəli ipoteka predmetinə tutma yönədilməsi haqıqnda bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış 299069.09 manat əsas borc, 2781.07 manat faiz borcu olmaqla, cəmi 301850.16 manat kredit borcunu ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinə tutma yönəldiləcəyi barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun rəsmi qeydiyat ünvanı olan ünvan 1lmiş, xx.xx.2021-ci il tarixdə borclunun ünvanında poçt xəbərnaməsinə imza edilməklə, rəsmi qaydada qəbul edilmişdir. İş materiallarıənda olan "xxxx" ASC tərəfindən Gəncə şəhəri 6 saylı notariat ofisinə verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ipoteka saxlayan "xxxx" ASC ilə bağlanmış 19005-S00001/789284 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli 5TORPQ178928403 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı 120 ay müddətinə kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 350 000 manat məbləğində kredit verilmişdir. Kredit limit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə 5TORPQ178928403 saylı xx.xx.2020-ci il tarixli və 19005- S00001/789284 saylı xx.xx.2019-cu il tarixli ipoteka müqavilələri bağlanılmış və onun mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.1060 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndi, Əmlak kompleksi kimi müəssisə, 0.3155 ha torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.0190 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, Kredit limit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə dövri olaraq banka ödənilməli olan kredit və faiz borclarının həmin cədvələ uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı “Bank Respublika" ASC-yə xx.xx.2020-ci il tarixə 299069.09 manat əsas borc, 2781.07 manat faiz və cəmi 301850.16 manat borcu mövcuddur. Qeyd olunanları nəzərə alaraq, Sizdən icra qeydi aparmağınızı xahiş edirəm. Məlumat üçün nəzərinizə çatdırıram ki, ipoteka Haqqında Qanunun tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə ipoteka qoyan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildirişlər göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş “İpteka predmetinə tutma yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 8İ-139 reystr nömrəli icra qeydindən görünür ki, ipoteka müqavilələri üzrə tərəf ipoteka saxlayan Baki Şəhəri, ünvan 2 ünvanlı "xxxx" ASC-nin tələbi ilə ünvan 3nda qeydiyyatda olan ipoteka qoyan-borc alan İddiaçı (AZE ********, xx.xx.2012-Gəncə-Kəpəz RPİ, doğum tarixi: xx.xx.1973, Fin: 3FY255Y) məxsus ipoteka predmetləri olan Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.106 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndi, əmlak kompleksi kimi müəssisə, 0.3155 ha torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.019 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahəsi (müqavilələrə əsasən müddət üçün vaxtında ödənilməmiş) 299069.09 manat əsas borc, faiz borc 2781.07 manat, cəmi 301850.16 manat borc üzrə və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün,dövlət rüsumu kimi ödənilmiş 70 manat, xidmət haqqı kimi ödənilmiş 300 manat olmaqla tutma yönəldilsin. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Bank tərəfindən borcluya yaranmış borc öhdəliyini icra etməyəcəyi təqdirdə ipoteka predmetinə tutma yönədiləcəyi barədə bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən borc öhdəliyi icra edilməmiş və (ya) xx.xx.2021-ciildə bildiriş təhvil alındıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilməmişdir. Bundan sonra "xxxx" ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq icra qeydi verilmiş, ipoteka predmetlərinə tutma yönəldilmişdir. Digər tərəfdən, iddiaçı tələbini icra qeydi barəsində məlumatsız olması ilə əsaslandırmışdır. Lakin iş materiallarından görünür ki, ipoteka saxlayan tərəfindən göndərilmiş ipoteka predmetinə tutuma yönəldilməsi barədə bildiriş ipoteka qoyan İddiaçı ipoteka müqavilələrində göstərilmiş rəsmi qeydiyyat ünvanında təhvil alınmışdır. Halbuki, qanunverici poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildirişi onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş hesab edir. Məhkəmə iclasında iştirak iddiaçının təmsilçisi iddiaçının həmin ünvanda yaşamadığını bildirsə də, iddiaçı yaşayış yerini dəyişdirmişdirsə, yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli idi, belə ki, olduğu yer üzrə qeydiyyat qanunvericiliklə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilir. Lakin ipoteka qoyan İddiaçı məhkəmə araşdırması zamanı da eyni ünvanda rəsmi qeydiyyatda olduğu müəyyən olunmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər... Həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə .... sənədləri təqdim etməlidir. Bundan başqa, iddiaçı tələbini həmçinin onunla əsaslandırmışdır ki, icra qeydinin verilməsi üçün əsas olmuş kredit borcunun məbləği ilə razı deyildir. Halbuki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi. Belə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət veriləcəyi halda, borcun hesablanması qanunvericiliklə nəzərdə tutulmuşdur. İddiaçı borcun mübahisəsiz olduğu halda icra qeydinin verilə biləcəyinə əsaslanır. Lakin qanunvericilikdə təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda icra qeydinin aparıla biləcəyi, fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb etməsi nəzərdə tutulmuşdur. Yəni ipoteka qoyanın borcdan hüquqi müstəvidə əks olunmamış narazılığı notariusun üzərinə əlavə öhdəlik qoya bilməz. Belə ki, qanunverici ipoteka qoyanın kredit borcunu mübahisələndirə bilməsi üçün müvafiq bildirişi aldıqdan sonra müəyyən müddətində məhkəməyə müraciət imkanını nəzərdə tutmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar