Məhkəmə qərarları › İş №2(125)-982/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-982/2023

15.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-982/2023 15.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3500 manat pul vəsaitinin və ödədiyi 55 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 4-5 il olar ki, ailəsi ilə birgə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayır. X1 adlı şəxs onun qonşusudur. Ramin Qasımov və onun ailə üzvləri ilə qonşu kimi yaxın münasibətləri olmuşdur. Beləliklə, Ramin Qasımov ondan bir neçə dəfə borc pul almışdır. Ramin Qasımov təxminən bir il bundan öncə Cavabdeh qohumu kimi onunla tanış etmiş və ondan xahiş etmişdir ki, qohumudur, onun oğlunu tuturlar, mümkündürsə ona köməklik etsin. Cavabdeh ağlayaraq ondan xahiş etmişdir ki, pul versin, oğlunun arxasınca getsin. O da yazığı gələrək cavabdehə iki dəfəyə, 1-ci dəfə 2000 manat, 2-ci dəfə 1500 manat, cəmi 3500 manat vermişdir. Cavabdeh ona öz pensiya kartını vermişdir ki, o, cavabdehə verdiyi pulu aybaay geri çəkərək alsın. Təxminən 1-2 ay o, həmin kartdan pul çıxarsa da, cavabdeh ondan xahiş etmişdir ki, həmin ayların pulunu ona geri versin, ehtiyacı çoxdur, növbəti aylardan alar. O da bunu belə etmişdir. Lakin 3-cü ay kartı bankomata salıb pulu almaq istədikdə kartın bağlanılmasını görmüş və kart bankomatda qalmışdır. Bundan sonra o, cavabdehdən bunun nə olduğunu soruşduqda o “yaxşı etmişəm, özüm eləmişəm” deməklə cavab vermişdir. Belə olan halda o, cavabdehlə görüşərək söhbət etmələri üçün şəhərə dəvət etmişdir. Onlar görüşəndən sonra cavabdeh orada pulu qaytarmayacağını bildirmiş, həmin vaxt onlar arasında dava düşmüş və onlar polisə düşmüşlər. Bu barədə polisin qərarı da mövcuddur. O, cavabdehdən pulunu məhkəmədən kənar qaydada ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehə 2000 manatdan əlavə 1500 manat da vermişdir. Hətta Yeganə demişdir ki “arada mən varam, pulu ver.” Ancaq qəbz olmadığına görə bunu sübut edə bilmir. Şahidlər yalan ifadə vermişdirlər, borcdan heç bir məbləğ ödəniş etməmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq cavabdehin polisdə etirafının olduğunu qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək 1500 manat borc aldığını, qəbzdəki imzanın ona məxsus olmamasını, həmin borcunu qaytararkən iddiaçının qəbzə qol çəkmədiyini göstərmişdir. Cavabdehin vəsatəti üzrə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Cavabdeh dostunun anasıdır. Cavabdeh iddiaçını onun vasitəsilə tanımışdır. Tərəflərin hər ikisi ilə münasibəti normaldır. Xanım Nəzifəyə 2021-ci ildə 1500 manat pul borc vermişdir. Cavabdeh onunla birgə 1000 manat borcu İddiaçı aparıb qaytarmışdır. Cavabdehdən eşitdiyinə görə qalan 500 manat borcu da Yeganə ilə aparıb iddiaçıya vermişdir. Ödəniş etmələri barədə iddiaçı qəbzə imza etdirməmişdir. Cavabdehin vəsatəti üzrə məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Nəzifə onun qonşusudur. İddiaçıı da sələmçi kimi tanıyır. Hər iki tərəflə münasibəti normaldır. Cavabdeh ona dediyinə görə iddiaçıya 1500 manat borcu olmuşdur. Nəzifə iddiaçıya hər ay 225 manat ödəmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc aldığını göstərərək, imza etmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Xanım adlı qadından 1 il əvvəl 1000 manat borc pul götürdüyünü etiraf etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuş, cavabdeh iddiaçıdan 2000 manat məbləğində borc almışdır. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə hissəhissə 2000 və 1500 manat borc verməsini iddia etsə də, 1500 manat pulun verilməsinə dair sübut təqdim etməmişdir. 1500 manat pulu inandığı üçün verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçıdan 1000 manat borc aldığını, həmin pulu da qaytardığını göstərsə də, məhkəməyə sübut təqdim etməmiş, vəsatəti üzrə dindirilmiş şahidlər onunla ziddiyətli ifadə verərək borc məbləginin 1500 manat olmasını onun da 1000 manatının və 500 manatının Nəzifə tərəfindən qaytarıldığını, digər şahid isə hər ay 225 manat ödədiyini göstərmişlər. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, mülki işin materiallarında olan sübutlarla birlikdə araşdırıb, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq 2000 manat pul cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə münasibətdə 40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar