Məhkəmə qərarları › İş №2(125)-986/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-986/2023

02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-986/2023 02.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 Cavabdeh2 iştirakı ilə, İddiaçı X5 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov X2 Orxan Azim oğluna və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 2.532 manat məbləğində pul vəsaitinin və ödənilmiş xidmət haqqının əvəzi qismində 50 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14 oktyabr 2022-ci il tarixdə saat 11-12 radələrində, yaşadığı Füzuli rayonunun Kərimbəyli kəndindən mülkiyyətində olan «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə çıxaraq, həmin kəndin ərazisində yerləşən «Şirin Petrol» yanacaq doldurma məntəqəsindən dizel yanacağı almaq üçün Hacıqabul-Mincivan yolu ilə hərəkət etmişdir. O, həmin yanacaq doldurma məntəqəsinə girdiyi zaman onunla eyni istiqamətdə hərəkətdə olan «Chevrolet Cruze» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun avtomobilinin arxa sol tərəfindən vurmuşdur. Bunun nəticəsində «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək yanacaq doldurma məntəqəsinin daş hasarına çırpılmışdır. Hadisə yerinə gələn Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları, hadisəni araşdırmış, hadisə yerində sənədləşmə işlərini aparmış və cavabdeh X7 barəsində inzibati tənbehetmə barədə qərar qəbul etmişdirlər. Orada avtomobili idarə edən X7 və avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 onunla şifahi razılığa gəlmişdirlər ki, ona dəymiş ziyanı sığorta və ya digər formada ödəyəcəklər və onun avtomobilini təmir etdirəcəklər. Lakin buna baxmayaraq, cavabdehlər ona dəymiş maddi ziyanı ödəməmişlər, hətta qaçıb Gəncə şəhərinə getdikdən sonra maraqlanmamışlar. Sonradan ona məlum olmuşdur ki, cavabdehlərin yol nəqliyyat hadisəsini törətdikləri «Chevrolet Cruze» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil heç bir sığorta təşkilatı tərəfindən sığortalanmamışdır. Avtomobilə dəymiş ziyanın hesablanması ilə əlaqədar «Sərxan» avtomotoservis və ticarət firmasının əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş, ehtiyyat hissələri, təmir materialları və usta pulu ilə birlikdə ümumilikdə 2.532 manat ziyan dəydiyi müəyyən edilmişdir. O, dəfələrlə cavabdehlərlə əlaqə saxlayaraq, vurulmuş maddi zərərin qarşılığını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Buna görə də, o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 16 fevral 2023-cü il tarixli ərizəsində məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı etiraf edərək, bildirdi ki, «Chevrolet Cruze minik» markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 14 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində o, O.A.Ələkbərovun idarə etdiyi həmin avtomobillə şəxsi işi ilə əlaqədar Fizuli rayonuna gedərkən, yol nəqliyyat hadisəsi baş vermiş və İddiaçı idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Buna görə də O.A.Ələkbərovun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və O.A.Ələkbərova tətbiq olunmuş inzibati cərimə növündə tənbeh tədbirini də o, icra etmişdir. Sonda Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı etiraf etdiyini və 400 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh O.A.Cəfərov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, Cavabdeh2 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AD seriyalı 610618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Chevrolet Cruze minik» markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan İXP seriyalı ******* nömrəli 16 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol və TP seriyalı ******* nömrəli 05 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 14 oktyabr 2022-ci il tarixdə saat 11:00-da Hacıqabul-Mincivan yolunun 163-cü kilometrində «Chevrolet Cruze minik» markalı ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İşdə olan «Sərxan» avtomotoservis və ticarət firmasının 18 noyabr 2022-ci il tarixli, 135 saylı ziyan aktından görünür ki, İddiaçı müraciətinə əsasən, «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı, **********1829 mühərrik nömrəli, WDB2011221A603042 ban nömrəli, «tünd boz metallik» rəngli, 1990—cı buraxılış illi nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə texniki baxış keçirilmişdir. Texniki baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının arxa kapotu, arxa kapot petləsi, arxa paneli, arxa fənəri, arxa sol qənədi, arxa sol spoyleri, arxa sağ qənədi, kuzovun sol arxa qolu və digər hisssələri güclü zərbə nəticəsində əzilərək yarasız vəziyyətə düşmüşdür. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 2.532.00 manat təşkil edir. İş materiallarında olan X3 14 oktyabr 2022-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o, Cavabdeh2 məxsus «Chevrolet Cruze» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə Cavabdeh2 və onun yeznəsi Vüsal adlı şəxslə birlikdə Horadiz şəhərinə qonaq qismində getmişdirlər. Həmin vaxt avtomobilə o idarə etmişdir. Təxmin saat 11:00 radələrində Hacıqabul-Mincivan yolunun 163-km ərazisində digər istiqamətdə hərəkət edən «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili manevr edərək keçmək istərkən, həmin avtomobil yolun solunda yerləşən yanacaq doldurma məntəqəsinə girmişdir. Bunun nəticəsində o, «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinə vurmuşdur və avtomobil sürüşərək yanacaq doldurma məntəqəsinin daş hasarına çırpılmışdır. İşdə olan Cavabdeh2 14 oktyabr 2022-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o özünə məxsus «Chevrolet Cruze» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Orxan Ələkbərov və yeznəsi Vüsal Baxışovla birlikdə Füzuli rayonunun Horadiz şəhərinə yola düşmüşdürlər. X6 idarə etmişdir. Təxmin saat 11:00 radələrində Hacıqabul-Mincivan yolunun 163-km ərazisində digər istiqamətdə hərəkət edən «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili keçmək istəyərkən həmin avtomobil sol tərəfdə yerləşən yanacaq doldurma məntəqəsinə girmişdir. Onların avtomobili yolun əks istiqamətində həmin avtomobillə toqquşmuşdur. «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanad və baqaj hissəsi, «Chevrolet Cruze» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin isə ön hissəsi zədə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh2 iddianı etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, X1 Kifayət Ələddin qızına məxsus olan «Chevrolet Cruze» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bunun nəticəsində İddiaçı məxsus olan «Mercedes-Benz-190» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat məbləğində maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində də göstərildiyi kimi, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda yolnəqliyyat hadisəsi Cavabdeh2 mülkiyyətində və həmin hadisə baş verərkən sahibliyində olan «Chevrolet Cruze» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə törədildiyinə görə, vurulmuş maddi zərərin qarşılığında pul vəsaitinin ödənilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları baxımından hazırki mübahisə üzrə cavabdeh X5 aid hissədə iddia rədd olunmalı, Cavabdeh2 400 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsinin nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh2 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi qismində 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh2 dövlət büdcəsinin nəfinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar