Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-113/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “maliyyələşdirmə üçün ərizəyə əsasən borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında 2021-ci il # ###### tarixində onGTC-SE/***** nömrəli Bank xidmətlərinin göstərilməsinə dair X1 2021-cı il ## #### tarixli 1.0.* nömrəli versiyası imzalanmışdır.
2. Bank xidmətlərinin göstərilməsinə dair X1 2021-cı il ## #### tarixli 1.0.* nömrəli versiyasının: - İ bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. - İ bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. - IV bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s. kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qüvvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. - Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan IV bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. - IV bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. - IV bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
3. Cavabdeh (müştəri) ilə İddiaçı ASC-yə (bank) arasında 2021-ci il ## #### tarixli DC00260191-01, 2021-ci il ## ####### tarixli DC********-** nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2024-cü il ## ####### tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250.000 manat məbləğində daşınmaz əmlakın alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Ərizə müştəri Cavabdeh elektron imzası ilə təsdiq edilmişdir.
4. Cavabdeh (müştəri) ilə İddiaçı ASC-yə (bank) arasında 2021-ci il 19 avqust tarixli DCLT********-** nömrəli Maliyyələşdirmə üçün ərizə (kartın hesab nömrəsi: 41040AZNSK**********) imzalanmış və Bank tərəfindən Borcalana 2022-ci il ## ###### tarixinədək illik faiz dərəcəsi 24%, illik cərimə faizi 33.5% olmaqla, 10.390 manat məbləğində tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti açılmışdır. Ərizə müştəri Cavabdeh elektron imzası ilə təsdiq edilmişdir.
5. Cavabdeh (müştəri) ilə İddiaçı ASC-yə (bank) arasında 2021-ci il ## ###### tarixli DCL********-** nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2022-ci il ## ###### tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10.000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə kredit xətti açılmışdır. Ərizə müştəri Cavabdeh elektron imzası ilə təsdiq edilmişdir.
6. 2025-ci il ## ### tarixli maliyyə arayışına əsasən 2025-ci il ## ### tarixinə İddiaçı ASC qarşısında kredit üzrə Öhdəlikləri DC********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 241.414,77 manat əsas borc, 76.169,19 manat faiz borcu, 87.121,33 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2023-cü il ## ####### tarixindən 2025-ci il ## ### tarixinədək Mərkəzi Bankın illik 7.25 % uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 28.538,92 manat olmaqla olmaqla, cəmi 433.244,21 manat təşkil edir. Gecikmə günü: 1248
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il ## ###### tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 241,414.77 manat əsas borc, 76,169.19 manat faiz borcu, 87,121.33 manat cərimə borcu olmaqla, cəmi 404,705.29 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,71 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (Bank) ilə cavabdeh (Borcalan) arasında 2021-ci il # ###### tarixində onGTC-SE/***** nömrəli Bank xidmətlərinin göstərilməsinə dair X1 2021-cı il ## #### tarixli 1.0.4 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X1 çərçivəsində 2021-ci il ## ####### tarixli DC********-** nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana 2024-cü il ## ####### tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250.000 manat məbləğində daşınmaz əmlakın alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 2024-cü il # ######## tarixinə Bank qarşısında kredit üzrə öhdəlikləri DC********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 241.414,77 manat əsas borc, 76.169,19 manat faiz borcu, 87.121,33 manat cərimə borcu olmaqla, cəmi 404.705,29 manat təşkil edir, gecikmə günü: 1001. Iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 694,71 manat dövlət rüsumu ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış X1 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.
9. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən DC********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 241.414,77 manat əsas borc, 76.169,19 manat faiz borcu, 87.121,33 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2023cü il ## ####### tarixindən 2025-ci il ## ### tarixinədək Mərkəzi Bankın illik 7.25 % uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 28.538,92 manat olmaqla olmaqla, cəmi 433.244,21 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 723,24 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2025-ci il ## ##### tarixli ekspert rəyi verilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən DC********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 241.414,77 manat əsas borc, 74.516,52 manat faiz borcu, 12.070 manat cərimə borcu, 7.507 manat illik 5%-lə borc və ödənilmiş 625 manat dövlət rüsumu iddiaçının xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğin 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – G.Həşimova).
12. Məhkəmə araşdırması zamanı, iş materiallarına əlavə edilmiş sübutlarla, tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsi, hesabdan çıxarış, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı (Bank) ilə cavabdeh (Borcalan) arasında 2021-ci il # ###### tarixində onGTC-SE/***** nömrəli Bank xidmətlərinin göstərilməsinə dair X1 2021-cı il ## #### tarixli 1.0.4 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X1 çərçivəsində 2021-ci il ## ####### tarixli DC********-** nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana 2024-cü il ## ####### tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250.000 manat məbləğində daşınmaz əmlakın alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, 2024-cü il ## ####### tarixində tərəflər arasında imzalanmış müqavilənin müddəti bitmişdir.
14. Mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş və ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alınaraq 241.635,62 manat, faiz borcu üzrə 74.516,52 manat məbləğində olması müəyyən edilmişdir.
15. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 206.1-ci maddəsinə əsasən, ekspert rəylərini tədqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
16. Həmçinin məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia ərizəsinə uyğun olaraq, iddia tələbindən kənara çıxmamaqla 241.414 manat, faiz borcu tutulması hissəsində isə ekspert rəyinə uyğun olaraq 74.516,52 manat məbləğində təmin edilməlidir.
17. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə müqavilə üzrə 87.121,33 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələb qismən əsaslı olmuşdur.
18. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 12.070 manat məbləğində müəyyən edilməlidir.
19. Bundan əlavə iddiaçı 2023-cü il ## ####### tarixindən 2025-ci il ## ### tarixinədək Mərkəzi Bankın illik 7.25 % uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 28.538,92 manat pulun tutulmasını xahiş etmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının MM-in 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün tutulmasını xahiş etdiyi məbləğ ekspert rəyinə uyğun olaraq, illik 5%lə 19.577 manat hesablanmalı, yalnız hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (12.070 manat) ilə əhatə edilməmiş hissəsini, yəni 7.507 manat (19.577-12.070) manat hissəsinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
21. Eyni zamanda məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 723,24 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddia tələbinin təmin edildiyi hissəyə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 629,98 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Birinci instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 467-ci; MPM-in 106.3, 107, 119.1-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 23.
24. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi - əldə çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün illik 5%-lə zərərin məbləği hissəsində dəyişdirilmiş, həmin hissədə iddia qismən təmin edilərək, cavabdehdən gecikmə müddəti üçün illik 5%-lə zərərin məbləği olaraq 19.280,11 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
26. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən əldə çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün illik 5%-lə zərərin ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
27. Hazırkı işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
28. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizingecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
29. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.
30. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd etmişdir ki, əldə çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün illik 5%-lə zərər məbləğinin tutulması hissəsində məhkəmə düzgün hesablama aparmamışdır, ona görə də 241.414,77 manat əsas borca və öhdəliyin gecikdirildiyi 583 günə münasibətdə gecikdirilmiş əldən çıxmış faydanın əvəzi olaraq (241.414,77x0.05:365 günx583 gecikmə günü)=19.280,11 manat pul cavabdehdən tutulmalıdır.
31. Məhkəmə kollegiyası cərimə borcunun məbləği hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, tərəflər arasında bağlanmış maliyyələşdirmə üçün ərizəyə əsasən kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15% müəyyənləşdirilərək razılaşdırılmışdır. Göründüyü kimi müqavilədə kredit ödənişləri üzrə gecikmələrin olduğu təqdirdə dəbbə pulunun ödənilməsi şərti nəzərdə tutulmuşdur.
32. Işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və MM-in 462.1 və 467-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, dəbbə pulunun təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
33. Məhkəmə kollegiyası iddiaçı Bankın heç bir kommersiya fəaliyyəti olmayan, mülkiyyətində heç bir daşınmaz əmlakı olmayan cavabdehə belə yüksək məbləğdə krediti həm də “online” qaydada kredit verməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, elektron məhkəmə informasiya sistemindən əldə olunan çıxarışa əsasən, cavabdehin 2017-ci il # ###### tarixindən hal-hazırda aktiv, əsas fəalliyyət növü ağır çəkili yüklərin daşınması olan VÖEN 1101698182 hesabı mövcuddur. Həmçinin maliyyələşmə ərizəsində kreditin təyinatı kommersiya fəaliyyəti deyil, daşınmaz əmlakın alınması ilə əlaqədar olmuşdur.
34. Apellyasiya şikayətinin kreditin X2 tərəfindən imzalanaraq rəsmiləşdirilməsi, onun tərəfindən nağdlaşdırılması, L.Məmmədova barəsində Kibercinayətkarlıqla Mübarizə Idarəsində araşdırılma aparılması dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, kreditin X2 tərəfindən imzalanaraq rəsmişləşdirilməsi, onun tərəfindən nağdlaşdırılmasına dair, həmçinin cavabdehə məxsus xxxxdan istifadə etməsi və nəticədə onu aldatması barədə hər hansı orqana şikayət etməsinə dair hər hansı sübut cavabdeh tərəfindən iş materiallarına əlavə edilməmişdir. X2 barəsində hazırkı işlə bağlı sözügedən Idarədə araşdırma aparılması ilə əlaqədar məhkəmə iclası zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə suallar verilmiş və nümayəndə tərəfindən bildirilmişdir ki, X2 barəsində Kibercinayətkarlıqla bağlı Mübarizə Idarəsində aparılan araşdırma banka qarşı etdiyi başqa əməllərlə bağlı bankın müraciəti əsasında aparılır. Bu araşdırmanın cavabdehlə heç bir əlaqəsi yoxdur.
35. Məhkəmə kollegiyası tərəflər arasında hər hansı bir yazılı borc müqaviləsi yoxdur dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il # ###### tarixində onGTC-SE/***** nömrəli Bank xidmətlərinin göstərilməsinə dair X1 2021-ci il ## ####### tarixində cavabdehə məxsus elektron imza ilə imzalanmışdır.
36. Kollegiya hesab etmişdir ki, tərəflər arasında elektron qaydada kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə MM-in 407.2-ci maddəsində qeyd edilən “sadə yazılı müqavilə” şərtini ödədikləri üçün etibarlı müqavilədir.
37. Həmçinin kollegiya qeyd etmişdir ki, cavabdehə məxsus elektron imzadan başqa şəxslər tərəfindən istifadəsinə görə şəxsən cavabdehdir.
38. Əsas, faiz, cərimə borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd etmişdir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Belə olan halda isə ekspertiza rəyinin mötəbərliyinə şübhə doğuracaq və təkrar ekspertizanın keçirilməsini zəruri edəcək hal müəyyən edilməmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386,1, 407.2, 445.1, 445.2, 445.5, 445.7, 462.1, 467-ci; “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 3.5, 20.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarına; MPMin 14.2, 77.1, 88, 102.2, 217.3, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
40. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını, bu mümkün olmadıqda işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
41. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı; MM-in 329.1, 739 və 740.1-ci maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş Idarəsinin Istintaq və Təhqiqat Şöbəsinə məhkəmə sorğusunun verilməsi barədə vəsatət əsaslandırılmadan rədd edilmiş, halbuki həmin orqanda cavabdeh və digər şəxs barədə cinayət araşdırmasının aparılması, kreditin cavabdehin iradəsi olmadan rəsmiləşdirilməsi ehtimalı mübahisənin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb edir. Eyni zamanda, kreditin cavabdeh tərəfindən alınmadığı, onun adından və “xxxx”sından istifadə edilməklə üçüncü şəxs – X2 tərəfindən əldə edildiyi barədə məlumatlar, həmin şəxsin işə üçüncü şəxs qismində cəlb olunması barədə vəsatət, eləcə də bu faktlarla bağlı aparılan araşdırmalar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla yanaşı, bank tərəfindən yüksək məbləğli kreditin “onlayn” qaydada və müvafiq tələblərə əməl edilmədən verilməsi, habelə borcun məbləğinin düzgün müəyyən edilməsi üçün təkrar ekspertiza təyin olunması barədə vəsatətin təmin edilməməsi işin natamam araşdırıldığını göstərir.
42. Bundan başqa, məhkəmə MM-in 740.2-ci və 329.1-ci maddələrinin tələblərini pozaraq, yazılı formada bağlanması zəruri olan borc müqaviləsinin mövcudluğunu sübuta yetirilmədən qəbul etmiş, faktiki olaraq forma tələbinə əməl olunmayan əqdi etibarlı hesab etmişdir. Eyni zamanda, MM-nin 739-cu maddəsinin tələbləri və MPM-nin sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı normaları pozulmuş, borcun məbləği düzgün müəyyən edilməmişdir. Nəticədə, məhkəmə sübutlara düzgün hüquqi qiymət vermədən, iş üzrə əhəmiyyətli vəsatətləri təmin etmədən və mühüm halları araşdırmadan qətnamə qəbul etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və Avropa Konvensiyasının 6-cı maddəsi ilə təmin olunan ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
43. MPM-in 217.1, 218.3, 418-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in imperativ normalarına zidd olmaqla yanaşı, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququnu, habelə “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnu və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində təsbit olunmuş hüquqi müəyyənlik prinsipini pozur. Bu baxımdan, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edildiyi hissədə maddi və prosessual hüquq normalarına zidd olmaqla yanaşı, əsassız və ədalətsizdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)- ****/**** nömrəli qətnaməsi iş materialları tam və obyektiv araşdırılmaqla, sübutlara düzgün hüquqi qiymət verilməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edilmiş, müəyyən edilmiş hallar sübutlar və müqavilə sənədləri ilə tam təsdiq olunmuşdur. Iş materiallarından görünür ki, tərəflər arasında 2021-ci il # ###### tarixində X1 imzalanmış, borcalan həmin şərtləri qəbul etmiş, 2021-ci il ## ####### tarixli maliyyələşdirmə əsasında ona 250.000 manat kredit verilmiş və kreditin müddəti 2024-cü il ## ####### tarixində başa çatmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ##### tarixli rəyinə əsasən, 2024-cü il ## ####### tarixinə əsas borc 241.414,77 manat, faiz borcu 74.516,52 manat, əldən çıxmış fayda isə 11.981,10 manat təşkil etmiş, bu da borcalanın öhdəliklərini icra etmədiyini və borcun müqavilə şərtlərinə uyğun hesablandığını təsdiq edir.
45. Kassasiya şikayətindən görünür ki, kassator maddi hüquq normalarının pozuntusunu konkret əsaslandırmamış, şikayət əsasən işin faktiki hallarının yenidən qiymətləndirilməsinə yönəlmişdir ki, bu da MPM-in 416 və 417-ci maddələrinə görə kassasiya baxışının predmetinə daxil deyildir. Sübutların qiymətləndirilməsi ilə bağlı iddialar əsassızdır, çünki apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinə uyğun olaraq sübutlara hərtərəfli və obyektiv hüquqi qiymət vermişdir və bu qiymətləndirmə ilə razılaşmamaq hüquq normasının pozulması sayıla bilməz. Elektron imza ilə bağlı arqumentlər də apellyasiya instansiyası tərəfindən araşdırılaraq rədd edilmiş, müvafiq sənədlərin hüquqi qüvvəyə malik olduğu müəyyən edilmişdir. Eyni zamanda, borcun məbləğinin düzgün müəyyən edilməməsi barədə iddialar sübut olunmamışdır. Nəticə etibarilə, qətnamə qanuni və əsaslıdır və kassasiya şikayətində göstərilən arqumentlər onun ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.
Kassasiya baxışının hədləri
46. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir). ...”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir). ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
49. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi ... 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. ... 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. ...”
“Maddə 20. Imza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti ... 20.3. Imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. ...”
50.
“... kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. ...”
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
“... yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər:- tərəflər, onu şəxsən imzalamaqla;- mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən);- elektron imzadan istifadə etməklə;şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3 cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. ...”
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
“... bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin- gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. ...”
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
55. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
56. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
57. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
58. Belə ki, apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın təmin olunan hissədə əsaslı olması qənaətinə gəlmişdir.
59. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.
60. Kassasiya şikayətinin dəlillərində “iddia tələbində qeyd olunan borc məbləğinin faktiki olaraq cavabdeh tərəfindən götürülməməsi, etibardan sui-istifadə edilərək krediti onun adından başqa şəxsin götürdüyünü və.s” qeyd edilmişdir. Şikayətin sözügedən dəlilləri apellyasiya məhkəməsində də bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.
61. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
62. Bundan başqa, kassatorun “məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməməsinə dair” dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş üzrə ekspertizanın (həmçinin təkrar və ya əlavə ekspertizanın) təyin edilməsi MPM-in 97.1 və 102.3-cü maddələrinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmə növbəti dəfə ekspertiza təyin etməməklə sözügedən hüququndan istifadə etməmişdir. Kollegiyanın qənaətinə görə, məhkəmə ekspertizanın keçirilməsinə lüzum görməmiş və bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
63. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
64. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.
65. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
66. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.