Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-119/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 xxxx, cavabdeh3 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3 və cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC ilə cavabdeh1 xxxx arasında 2022-ci il ## #### tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2022-ci il ## #### tarixli 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-*****LE/**** saylı Razılaşma imzalanmışdır.
2. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq tərəflər arasında bağlanmış 2022-ci il # ###### tarixli GL**** nömrəli kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh1 xxxx-yə birdəfəlik və ya hissələrlə verilən kreditlər üçün 10 il müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 manat məbləğində kredit limiti ayrılmışdır.
3. Həmin müqaviləsi daxilində cavabdeh1 xxxx tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş 2022-ci il # ###### tarixli K**** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) əsasında bank tərəfindən cavabdeh1 xxxx-yə 2023-cü il # ### tarixədək illik 15% dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir.
4. Kredit limiti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə cavabdeh3 və cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər yuxarıda göstərilən maliyyələşdirmə üçün ərizə üzrə kredit alanın öhdəliklərinə zamin durmuşlar.
5. Həmçinin kredit limiti müqaviəsinin təminatı kimi İddiaçı ASC ilə cavabdeh3 (ipoteka qoyan), cavabdeh1 xxxx (borc alan) arasında 2022-ci il # ###### tarixli İ**** saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ipoteka qoyana məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
6. 2022-ci il # ###### tarixli K**** nömrəli Maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2023-cü il # ### tarixli * saylı Əlavə ilə kreditin müddəti 2023cü il # ######## tarixədək müəyyən edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh1xxxx“xxxx”xxxx“cavabdeh3”xxxx“cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xxxx və cavabdeh2 birgə qaydada K**** saylı kredit müqaviləsinə əsasən 96,920.11 manat əsas borc, 4,458.32 manat cərimə borcu olmaqla, cəmi 101,378.43 manat məbləğində borcun, *****AZNHK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 4.22 manat cərimə borcunun iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 43.6 kv.m ümumi sahədən ibarət ** saylı mənzilə (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, həmin mənzilin hərracdan ilkin satış qiymətinin 72.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər xxxx və cavabdeh2 iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər xxxx və cavabdeh2 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün 391.38 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh xxxx kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. xxxxnin kredit müqaviləsi üzrə banka 96.920,11 manat əsas, 4.458,32 manat cərimə borcu olmaqla, cəmi 101.378,43 manat məbləğində borcu vardır.
9. Cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişlər.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia “Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim – K.Hüseynov).
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2022-ci il # ###### tarixli K**** saylı Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 96.920,11 manat, cərimə borcu üzrə 4.458,32 manat, cəmi 101.378,43 manat pulun cavabdeh2 və xxxx-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 2022-ci il # ###### tarixli K**** saylı Kredit müqaviləsi üzrə tutma cavabdeh3 mülkiyyətində olan ipoteka predmetinə ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
12. 2024-cü il ## ##### tarixli maliyyə arayışına istinadən məhkəmə qeyd etmişdir ki, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.
13. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməlidir.
14. Həmçinin məhkəmə iddia tələbinin müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsini əsaslı hesab edərək qeyd etmişdir ki, işin hallarına görə, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 4.458,32 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
15. Məhkəmə iş üzrə keçirilmiş ekspertizanın rəyini nəzərə alaraq hesab etmişdir ki, 2022-ci il # ###### tarixli K**** nömrəli kredit müqaviləsi üzrə tutma cavabdeh3 mülkiyyətində olan ipoteka predmetinə ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.5, 317.1, 462.1, 470.1, 472.1, 472.2, 739.1 və 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “xxxx”) 14.1, 14.2 və 77.1ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh xxxx həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borc, məhkəmə xəcləri və cavabdehdən tutulacaq ümumi məbləğ hissəsində dəyişdirilməsi, cavabdehlər cavabdeh2 və xxxx-dən iddiaçının xeyrinə tutulacaq əsas borc 26.404,76 manat və ümumi məbləğ isə 30.863,08 manat məbləğində, həmçinin dövlət rüsumunun əvəzi olaraq tutulacaq pul vəsaitinin 115 manat məbləğində müəyyən edilməsi qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).
20. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisəli kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləğləri mübahisələndirildiyindən cavabdehin iddiaçıya əsas və faiz borcunun məbləğlərinin müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinə görə, cavabdehin mübahisəli maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni 2023cü il # ######## tarixinə əsas borcunun 202.653,85 manat, faiz borcu 6.676,48 manat məbləğində olması, həmin tarixdən qətnamənin çıxarıldığı tarixə, yəni 2025-ci il # ### tarixə kimi cavabdeh tərəfindən həmin müqavilə üzrə 169.157,58 manat ödənilməsi, nəticədə 2025-ci il # ### tarixə 40.172,75 manat məbləğində əsas borcunun qalması, faiz borcunun isə qalmaması, bundan sonra 2025-ci il ## #### tarixə 13.768 manat məbləğində ödəniş edilməsi və nəticədə cavabdehin banka əsas borcunun 26.404,75 manat təşkil etməsi müəyyən edilmişdir.
21. Məhkəmə ekspert rəyində müəyyən edilmiş 2023-cü il # ######## tarixinə olan əsas və faiz borcu məbləğləri ilə razılaşması, lakin ekspert tərəfindən sonrakı ödənişlərin dəbbə pulu borcuna silinməməsi səbəbindən rəyin verildiyi tarixə hesablanmış qalıq əsas borc məbləği ilə razılaşmaması barədə iddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə bildirmişdir ki, hazırkı iddia ərizəsində iddiaçı tərəfindən kredit müqaviləsi üzrə əsas borcu ilə yanaşı dəbbə pulu borcunun ödənilməsi də tələb edilmiş və həmin hissədə iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir.
22. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilməsi tələb edilən əsas borc məbləği 96.920,11 manat təşkil etdiyi halda ekspert tərəfindən cavabdehin əsas borc məbləğinin ekspert rəyinin verildiyi tarixə 26.404,75 manat məbləğində olması müəyyən edilmişdir. Iddiaçının mövqeyinə görə göstərilən fərqin müqavilə müddəti bitdikdən sonrakı dövrdə (yəni müqavilə üzrə yeni faizlərin hesablanmadığı dövrdə) borcun dəbbə puluna silinməməsi nəticəsində əmələ gəldiyini nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, bank tərəfindən müqavilə müddəti bitdikdən sonrakı dövrdə borc alan tərəfindən ödənilmiş 70.000 manat yaxın məbləğdə ödənişlər dəbbə puluna silinmiş, bundan əlavə qalıq əsas borca hesablanmış 4.458,32 manat məbləğində dəbbə pulunun tutulması məhkəmə qaydasında tələb edilmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, əsas borcun təxminən 35%-i məbləğində ödənişlərin bank tərəfindən dəbbə puluna silinməsi cavabdehlərdən tənasübsüz surətdə yüksək məbləğdə dəbbə pulu tutulmasına səbəb olmaqla qanunvericiliyin mütənasiblik və vicdanlılıq prinsipinə uyğun davranış hesab edilə bilməz. Belə olan halda kollegiya ekspert rəyi ilə razılaşmaması üçün əsas olmadığından hesab edir ki, əsas borcun tutulması hissəsində qətnamə dəyişdirilməli, mübahisəli kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan əsas borc məbləği həmin rəy əsasında 26.404,75 manat məbləğində müəyyən edilməlidir.
24. Iddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəticəsində hazırda kredit müqaviləsi üzrə əsas borc məbləği azalsa da, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi müqavilə müddətinin bitdiyi tarixə gecikdirilmiş borc məbləği 202.653,85 manat təşkil etmişdir. Odur ki, kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdehlərdən tutulması tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək deyildir və belə olan halda həmin hissədə iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Cavabdehin ipoteka predmeti olan mənzilin ilkin satış dəyəri ilə bağlı dəlillərinə münasibətdə məhkəmə bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış dəyərinin əmlakın real qiymətini əks etdirmədiyini iddia etsə də qiymətləndirmə rəyini şübhə altına ala biləcək konkret hallara istinad etməmiş, eləcə də ipoteka predmeti olan mənzilin sahəsinin artırılması barədə arqumentlərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin dəlillər formal mülahizə kimi dəyərləndirilmişdir.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1 və 472.2-ci maddələrinə, “Ipoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4 və 1.0.9-cu maddələrinə, xxxx-in 77.1, 78.1, 119.1 və 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək, iddia tələbinin əsas borca münasibətdə təmin edilməyən hissəsində dəyişdirərək, həmin hissədə iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 390.1, 432.4, 443.1, 462.1, 462.3, 465.2-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddələri üzrə - iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə baxmayaraq ekspert qarşısında qoyulmuş kredit müqaviləsi üzrə hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı sual cavablandırılarkən qanunvericiliyin və tərəflərin razılaşmasına uyğun olmayan silinmələr aparılmış, silinmə ardıcıllığına riayət edilməmiş, ekspert faizə və cəriməyə silinməli məbləğləri əsas borca silmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Iddiaçı tərəfndən borcun məbləği tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun cərimə, faiz və əsas borcun hesablanması qaydası və silinmələr nəzərə alınmaqla, hesabdan çıxarış məlumatları əsasında tam qanuni şəkildə müəyyən edilmişdir. Ekspert rəyində qanunsuz olaraq kreditin verilməsi müddətinin bitdiyi tarixindən sonra edilmiş ödənişləri əsas borcdan çıxılmaqla, həmin dövrə qədər hesablanan cərimə (peniya) faizlərini – dəbbə pulunu nəzərə almamış, ödənilən bütün məbləği əsas borcdan silmişdir. Təqdim edilən hesabdan çıxarışla uyğun olaraq ekspertin rəyindəki cədvəl nəzərdən keçirildikdə məlum olur ki, ekspert müştərinin ödənişlərini düzgün ardıcıllıqla silməmiş və fərqlər yaranmışdır. Kredit müqaviləsi və maliyyələşdirmə üçün ərizədə gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faizləri nəzərdə tutulmuşdur. MM-in qey olunan normaları baxımdan cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi əsas borc məbləğinə münasibətdə mübahisəyə düzgün hüquqi qiymət verməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamışdır.
29. xxxx-in 88, 103.1, 217.1 , 217.3, 218.1 və 220.4-cü maddələri üzrə - məhkəmə tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərini, gecikdirilmiş günlərin sayının xeyli müddət təşkil etməsini və qeyd olunan maliyyələşdirmə üçün ərizəyə əsasən tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcələrini nəzərə almamış və nəticədə sübutlara düzgün qiymət verilməməsi səbəbindən istinad edilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
31. Kassasiya şikayətində iddianın yalnız əsas borca aid hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və xxxx-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”
“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”
“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni əsas borca aid hissədə ləğv olunmaqla iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
35. Belə ki, mülki prosessual qanunvericiliyin tələbləri və mülki məhkəmə icraatında baxılan mübahisələrin həlli metodikası baxımından məhkəmə ilk olaraq işin mübahisəsiz və mübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanma və s.) olmaları və həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərinin və iddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müəyyən edilməlidir.
36. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə iddianın hüquqi əsası, sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı).
38. Işə baxan apellyasiya instansiya məhkəmələri isə qeyd olunan tələblərə riayət etməmişdir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsas borcun məbləğini müəyyən edərkən məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etmiş, cavabdeh tərəfindən kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra həyata keçirilmiş ödənişlərin əsas borcdan çıxılması nəticəsində qalıq əsas borcun 26.404,75 manat təşkil etməsi qənaətinə gəlmişdir.
40. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tərəflər arasında bağlanmış müqavilə şərtlərini və ödənişlərin silinmə ardıcıllığını tənzimləyən müqavilə müddəalarını nəzər almamış, bununla da işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verməmişdir.
41. Belə ki, tərəflərin imzaladığı 2022-ci il ## ###### tarixli kredit limiti müqaviləsinin 3.4-cü bəndinə əsasən kredit alandan daxil olan pul vəsaiti hesabına ilkin olaraq xərclər, cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəlyi silinir.
42. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinsipindən irəli gələrək ödənişlərin silinməsi qaydasını əvvəlcədən müəyyən etmişlər. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər öz iradələri ilə müqavilələr bağlamaqda və onların məzmununu müəyyən etməkdə sərbəstdirlər. Apellyasiya instansiyası məhkəməsi isə ekspert rəyini qəbul edərkən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin müqavilədə müəyyən edilmiş ardıcıllıqla silinibsilinmədiyi
43. və ekspert hesablamalarının tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olub-olmadığı üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Halbuki iddiaçının apellyasiya baxışı zamanı irəli sürdüyü əsas etiraz məhz ödənişlərin müqavilədə nəzərdə tutulmuş qaydada əvvəlcə dəbbə puluna və faizlərə deyil, birbaşa əsas borca silinməsi ilə bağlı olmuşdur.
44. xxxx-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və həmin rəy xxxx-in 88-ci maddəsində müəyyən edilmiş qaydada digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan ekspert rəyi məhkəməni iş üzrə hüquqi nəticə çıxarmaq vəzifəsindən azad etmir. Məhkəmə ekspert tərəfindən aparılmış hesablamaların işin müəyyən edilmiş hallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğun olub-olmadığını yoxlamalıdır.
45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi ekspert rəyində əks olunmuş hesablamaların müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş ödənişlərin silinmə ardıcıllığına və iddiaçının bu barədə dəlillərinə ətraflı hüquqi qiymət verməmiş və yalnız ekspert rəyinə istinad etməklə əsas borcun məbləğini müəyyən etmişdir. Halbuki, kredit münasibətlərindən irəli gələn borcun məbləğinin müəyyənləşdirilməsi zamanı yalnız mühasibat hesablamalarının aparılması kifayət etmir. Həmin hesablamaların müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğu da məhkəmə tərəfindən yoxlanılarq hüquqi dəyərləndirmə aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə dəyərləndirmə aparmadan ekspert rəyini əsas götürməklə nəticə çıxartdığı üçün onun gəldiyi qənaət hüquqi cəhətdən yetərincə əsaslandırılmış hesab edilə bilməz.
46. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində yol verilmiş nöqsanlar iş üzrə əsas borcun məbləğinin düzgün müəyyən edilməsinə təsir göstərmişdir. Həmin pozuntular xxxx-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə cavab verməyən qətnamənin qəbul olunması ilə nəticələndiyindən qətnamə əsas borca aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilədə ödənişlərin silinməsi qaydasını müəyyən edən müddəalarını, aparılmış ödənişlərin həmin qaydalara uyğun silinib-silinmədiyini, ekspert rəyinin müqavilə şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğu üzrə hüquqi dəyərləndimə aparmalı, bundan sonra müəyyən edilmiş hallara uyğun əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
48. Göstərilənlərə əsasən və xxxx-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni əsas borca aid hissədə ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.